Haqqımızda

 

“Ədəbiyyat qəzeti” 1934-cü ildə nəşrə başlayıb. Qəzetin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934-1953-cü illərdə “Ədəbiyyat qəzeti”, 1959-cu ilin aprelindən “Ədəbiyyat və incəsənət” (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən “Ədəbiyyat qəzeti” adı ilə nəşr edilib.

Müxtəlif vaxtlarda «Ədəbiyyat qəzeti»nin baş redaktorları Hacıbaba Nəzərli (1934). Məmməd Kazım Ələkbərli (1934–1936). Seyfulla Şamilov (1936 −1937), Redaksiya heyəti (1937–1938). Qəzənfər Məmmədov  (1938–1939), Məmməd Səid Ordubadi (1939–1939), Məmməd Cəfər Cəfərov (1945–1949), Ənvər Əlibəyli  (1949–1951), Süleyman Rüstəm (1951–1957), Qasım Qasımzadə (1957–1963), Yusif Əzimzadə (1963–1966) Hüseyn Abbaszadə (1966–1971) , Nəriman Həsənzadə ( 1978–1991) Cabir Novruz (1991 −1993), Sabir Əhmədov (1993–1996),  Ayaz Vəfalı (1996–2014), Elçin Hüseynbəyli (2014-2015). 

Hazırda baş redaktor Azər Turandır.

«Ədəbiyyat qəzeti» həftədə bir dəfə, cümə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir.

Ədəbiyyat qəzetinin saytı isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt “Ədəbiyyat qəzeti”nin uğurunu elektron mediaya daşımağı hədəfə alıb. Saytın redaktoru Turan Etibaroğludu.