“O başqaları kimi “peşəkar axmaq” olmaq istəmirdi” - Alman filosofu Rudiger Safranski ilə Martin Haydeqqer haqqında söhbət

Alman filosofu və "Haydegger: Bir alman ustad" kitabının müəllifi Rudiger Safranski ilə Martin Haydegger haqqında söhbəti təqdim edirik. Safranski Haydeggerin totalitar rejim tərəfindən necə təhrik edildiyindən, Hitlerə verdiyi dəstəyin həyatında hansı çatışmazlıqlara və istəklərə uyğun gəldiyindən bəhs edir.

 

- Martin Haydegger yatı boyu ölkəsində lakəb olan iki nya haribəsinin şahidi olub. Bu haribərdə bilavasitə tirak etmədə, bu, ciddi yat crüsidir. Sizcə, bu iki haribə onun nyagörüşünecə sir edib?

- Birinci Dünya müharibəsi Haydegger üçün çox mühüm təcrübə idi. Xüsusilə də intellektual sahədə. XIX əsrin və müharibədən əvvəlki dövrün ənənəvi dəyərləri şübhə altına alınıb və ya çökmüşdü. Müharibələr, milyonlarla insanın ölümü ilə müasirlik ölümcül hala gəlmişdi və yeni düşüncəyə ehtiyac vardı. 1920-ci ildə Haydeggerin ekzistensializminin meydana çıxdığı şərtlər beləydi. "Narahatlıq" (Sorge), "Atılma" (Geworfenheit), "Ölümə qaçmaq" (Vorlaufen in den Tod) onun tezislərinin açar sözləri idi. O, ənənəvi dini rədd edirdi, onun düşüncəsində "Əziz Tanrı" yoxdur, inanclı daseina* etibar etmək olmaz. Fərdlər cəsarət və güvəni özlərindən almalıdırlar. Bu tip ekzistensializm 20-ci və 30-cu illərin əvvəllərində çox müasirdi. Deməli, Haydegger o vaxtlar "modern" filosof idi. Haydeggerin ilk fələsəfəsi kollektivist, ya da ənənəçi deyil, fərdiyyətçi idi. Lakin bu vəziyyət dəyişdi, məsələn, "Həqiqilik" ("Eigentlichkeit") ilkin olaraq tamamilə fərdin üzərində qurulmuşdu. Fərdi varlıq idealı, yalnız 1933-cü ildə hakimiyyətin ələ keçirilməsi ilə bütöv bir xalq, "əsl" ("həqiqi") oldu. Bu, onun ilkin düşüncəsində köklü dəyişiklikdir, xəyanət olduğu da deyilə bilər.

- Haydegger üçün hazırladığız rcümeyi-halı oxuyanda onun yatında davamlı ziddiyyətlər skin çevrilmər k. Bunu Haydeggerin düşüncə nyasında da rmək mkündür? susən 1933-ildə rektor olduqdan sonra, sizcə, onun fikirləri tamamilə yişdi, yoxsa elə mişə bu fikirlərdə olub?

- Yuxarıda qeyd etdiyimiz "həqiqiliyin" təfsirində aydınlanan şey Haydeggerin həyatındakı ziddiyyətin refleksidir. Fərd olmaq ehtiyacı ilə kollektivin bir hissəsi olmaq ehtiyacının ziddiyyəti. Məsələn, mənsub olduğu katolik kilsəsi kollektivinin bir parçası, xırda burjua-kəndli kollektivinin bir üzvü, eyni zamanda isə akademik kollektivin iyerarxik hissəsinə çevrildi. Haydegger gəncliyində üsyankar, az qala anarxik xasiyyətə malik idi. Həmin illərdə o, cəsarətli tezisləri ilə vicdanlı akademik ictimaiyyəti qıcıqlandırmaq, eyni zamanda onlar tərəfindən də tanınmaq istəyirdi. O, başqaları kimi "peşəkar axmaq" olmaq istəmirdi. O özünü daha çox Sokratdan əvvəlki dövrün vəhşi nəslin davamçısı kimi görürdü. Haydegger fəlsəfədə güclü mənlik hissi, ömrünün qalan hissəsində isə burjuanın əziklik kompleksi arasında gedib-gəlirdi. Bu ziddiyyət, qəzəbdən doğan güc fantaziyalarını yaratdı: Böyük filosof nəhayət, ictimai sahədə söz sahibi olmaq istədi. 1933-cü ildə bunu etmək imkanı əldə etdi. Artıq bir filosof kimi özünü bir hərəkatın başında yerləşdirə biləcəyinə inanırdı. Nəticədə o, bir növ Sokratiklərdən əvvəlkilərlə Hitlerin davamçılarının sintezinə çevrildi. Gizli, anlaşılmaz "varlıq" ideyası ona Hitlerlə birlikdə gəldi. O, hesab edirdi ki, bu yolla o, ümumi varlıq mənasında köklü dəyişikliyi hiss edir, siyasi mistisizmi. Bütün bunlar çılğın fikirlər kimi səslənir və əslində çox təhlükəli şeylərdir.

- Haydegger katolik kilsəsini rk etdikdən sonra metafizika ilə bağfikirlərini yenidən rdən keçirir sanki. Bu ziyyət bizə lsənin inancdan ayrıla bilməyini, tta lsənin inanca birbaşa sir etdiyini stərir? Ayrıca, Haydeggerin heç bir rziyyə olmadan sual vermək sarəti bizdən onu bir neçə vrdə araşrmağı b edir. Siz necə düşürsüz?

- Əlbəttə, Haydeggerin ömür boyu araşdırdığı "varlıq" məsələsinin həmişə dini sfera ilə əlaqəsi olub. Nəhayətdə, bu, mənəvi bir sualdır. Söhbət bilavasitə sensasiyadan kənara çıxan təcrübə ölçüsünü "açmaqdan" gedir. Bu "açılış" teoloji-spekulyativ və ya dini-doqmatik deyil. Bəlkə də bunu təsvir etməyin ən yaxşı yolu "intensivlik" (Intensit?t) terminindən istifadə etməkdir. Məsələn, Haydeggerin bu qədər güclü vurğuladığı "həqiqilik" belə bir intensivlikdir. Bunu əvvəllər daha aktivist mənada başa düşsə də, sonrakı fəlsəfəsində passiv-mistik əks-sədalar üstünlük təşkil edir. Belə halda bu cür demək olar; Keçmiş katolik namizədi kimi fenomenoloq, sonra fərdi ekzistensialist, sonra kollektiv ekzistensialist (Hitlerizm kontekstində), sonra bir növ avropalı Buddist və ya Şvarsvadlı ("Qara Meşə") Taoist oldu. 20-ci illərin şiddətindən sonra isə onun üçün varlığın qoruyucusu bir pastorala (çoban) çevrilmişdi.

- Haydeggerin kcə lsəsində deyil, m insani nasibətlərində çox skin nqidlər etdiyini k. n, onun m dostu, m müəllimi olan Husserli (Edmund Husserl - alman filosof, Fenomenologiya ktəbinin banisi - rc.) fenomenologiya vzusunda nqid etdiyini k. m bu fikir ayrılığı, m Haydeggerin bu xarakteri haqqında demək istərdiniz?

- Husserl ona dərindən təsir edib. Hər şeyə yenidən başlamağa, şüurda baş verənlərə yeni rakursdan baxmağa təşviq edib. Husserl ona yeni bir başlanğıc təklif edib, lakin fəlsəfi cəhətdən olduqca ixtiraçı olan Heydegger öz yolu ilə getməyi seçib. Fenomenologiya cəhətdən o, təkcə şüuru deyil, həm də "dünya içində var olmağı" öyrənib (araşdırıb). Bu onun şüur-fenomenologiyasının şüur həbsxanasından dünyaya doğru dahiyanə şəkildə partlaması idi. Yol onu şüurdan varlığa apardı. Haydegger Husserlə minnətdar idi, amma eyni zamanda qeyri-müəyyən hissə də qapılırdı. Özünü Husserldən azad etdiyi üçün hiss etdiyi minnətdarlıq Husserlə qarşı duyduğu pis hisslə birləşdi. Əvvəlcə bunun nasist dövrü ilə heç bir əlaqəsi yox idi, lakin nasist dövrü problemi daha da pisləşdirdi. Artıq, təkcə qətiyyətsizlik deyil, eyni zamanda Haydeggerin şəxsi qorxaqlığı da üzə çıxdı, çünki təcrid zamanı Husserlə insan kimi dəstək verməyə də laqeyd yanaşırdı.

- Gənc Haydegger heç vaxt irəli çəkilməsə də Hitlerin akademiyanı monopoliyasına almaq üçün etdiyi dəyişikliklərlə bərabər Haydeggerin də yüksəldiyini görürük. Haydegger Hitleri buna görə dəstəkləyirdi? Gücdən istifadə edirdi, yoxsa ideyaları əslində Hitler və nasist hərəkatına paralel idi?

- 1933-cü ildə Haydegger partizan və ya opportunist deyildi, özünü inqilabçı kimi hiss edirdi. Sadəcə, zahirən uyğunlaşmaqla qalmadı, zəhər içinə də nüfuz etmişdi. Nasist hərəkatını öz xeyrinə istifadə etmək istəyirdi. Onun aydın siyasi anlayışı yox idi, sadəcə qeyri-müəyyən baxışı vardı. İdeyaları; kütləvi demokratiya olmadan daha sinfi əsaslı cəmiyyəti hədəfləyirdi. O, Federal Gənclər Hərəkatının xarizmatik lider prinsipi ilə tanış idi və düşünürdü ki, bu, bütün cəmiyyətdə olmalıdır. Onun fikrincə, böyük kilsələrin siyasi təsiri azaldılmalı, universitetlər formalaşdırıcı qüvvə kimi yenilənmiş fəlsəfə ilə yenidən bir növ Platonçu akademiyaya çevrilməlidir. Bu, onun yanlış yönləndirici və "rəsmi" doktrinadan uzaq "şəxsi" milli sosializmi idi. Haydegger 1930-cu illərin ortalarına qədər Hitlerə heyran olmağa davam etdi. Haydegger bundan sonra heç vaxt bu rəğbətdən bəhs etmədi, təhlil də etmədi. Fəlsəfi olaraq niyə bu qədər yanıldığı barədə heç vaxt düşünməmişdi. O, totalitar təfəkkürün onu necə bu qədər təhrik etdiyini heç düşünməmişdi, düşünübsə də belə, bunu açıq şəkildə dilə gətirməyib. O, heç vaxt mistisizmin siyasi mistisizmə çevrilməsi barədə düşünməyib.

- Bu gün Almaniyada Haydegger necə qiymətləndirilir? Həmçinin dil baxımından da bənzərsiz mütəfəkkir olan Haydegger, sizcə, alman ziyalıları tərəfindən adekvat şəkildə oxunur, başa düşülür?

- Bu gün də Haydeggerin fikrincə, mühüm yer tutan bəzi fəlsəfi impulslar var, məsələn, Daseinin "Varlıq və Zaman"dakı fenomenoloji və gündəlik həyat kontekstində təhlili, ekzistensial terminlərlə "Həqiqilik" fəlsəfəsi, texnologiya fəlsəfəsindəki son dövr tənqidləri və təbiətin məhv edilməsi və istismarının fəlsəfi tənqidi bunlardan bəziləridir. Təəssüf ki, indi Almaniyada insanlar demək olar ki, Haydeggerin yalnız siyasi günahları haqqında düşünürlər. Haydeggeri müzakirə edəndə gənc fəlsəfə alimləri çox vaxt fəlsəfi ruhu olmayan siyasi ittihamçılara çevrilirlər. Bəlkə də siyasi düzgünlük bəzən fəlsəfi cəhaləti ört-basdır etmək üçün istifadə edilən örtükdür. Digər məsələlərdə də cəhalət çox vaxt əxlaqa təşviq edir.

- Haydeggerin nələrə məruz qaldığını da nəzərə alsaq, sizcə, filosof siyasətlə məşğul olmalıdır? Yoxsa siyasət və fəlsəfə bir-birinə toxunmamalı olan iki ayrı dünyadır?

- Siyasi qərarların həmişə fəlsəfi mülahizələrlə əlaqəsi var. Bununla belə, bu səbəbiyyət deyil. Siyasi baxımdan Haydeggerin 1920-ci illərdəki fəlsəfi düşüncəsindən tamamilə fərqli nəticələr çıxarmaq olar. Məsələn, Sartr 1939-1940-cı illərdə solçu siyasi fəaliyyətə qayıtmasına haqq qazandırmaq üçün Haydeggerin "tarixilik" konsepsiyasından istifadə edib. Fəlsəfə ilə siyasət arasında əlaqə var, amma səbəb əlaqəsi yoxdur. Bu o deməkdir ki, Haydeggerin bütövlükdə fəlsəfi düşüncəsi onun nasist dövründə oynadığı rola görə nüfuzdan düşməz.

- Siz də Haydeggerin iddia edildiyi kimi sadə və adi bir mistik olduğunu iddia edirsiniz, yoxsa yenidən qurub yaratmaq istəyən və sorğu-suala cəsarət edən ustad?

- Haydegger rasionallıq və reallıq anlayışlarının təhlükəli birölçülülüyünü dərindən nümayiş etdirən filosofdur. Bunu edərkən istər-istəməz zaman-zaman mistik ölçüyə də toxunur. İnsanlar virtual mühitdə getdikcə daha çox hərəkət etməyə davam etdikcə və artıq reallıqda kim olduqlarını bilməz hala gəldikcə, mövcud olmaq istəyi aktual olaraq qalacaq.

 

*Dasein - almanca "varlıq" mənasına gəlir, Martin Haydegger tərəfindən "Varlıq və Zaman" adlı əsərində istifadə edilən bir termindir.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!