Tərk edilmiş Alma ağacının altında... - Kosovolu şair Lulzim Tafanın şeirləri

 

Tərk edilmiş Alma ağacının altında...

 

Professor Lulzim Tafa şair və Priştinada AAB Universitetinin rektorudur.

1970-ci ildə Kosovo Respublikasının Lipcan şəhərində anadan olub. Priştina Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsilini alıb, Sarayevo Universitetində isə doktorantura təhsilini  başa vurub.

1999-cu il müharibəsi zamanı o, Kosovoda olub. Onun bütün əmlakı, o cümlədən kitabxanası, şəkilləri və ən əsası 300-dən çox şeiri olan əlyazması, ailə evi ilə birlikdə yandırıldı. Müharibədən sonra o, şeir yazmağa, insan haqları və azadlıqları sahəsində məşğul olmağa başladı.

O, çoxsaylı kitab və şeir toplularının müəllifidir. Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub və müxtəlif müəlliflər tərəfindən bir çox antologiyalara daxil edilib.

İndiyədək onun əsərləri ingilis, alman, italyan, serb, xorvat, Monteneqro, Bosniya, makedon, rumın, fransız, ərəb, yunan, türk, İsveç, macar, rus, fars dillərinə tərcümə olunub.

O, dünyanın ən məşhur alban şairlərindən biri olmaqla yanaşı, həm də ən çox tərcümə edilən şairdir. Dünyanın hər yerindən nəşriyyatlar onun kitablarını tərcümə edib nəşr etdiriblər. Kosovadan olan müəlliflər və ədəbiyyatşünaslar isə onun bədii yaradıcılığını yüksək qiymətləndiriblər. Ədəbiyyat sahəsində ən məşhur beynəlxalq ədəbi jurnallarda da onun əsərləri dərc olunub.

 

Ümid NƏCCARİ

 

 

 

 

Lulzim Tafa

 

Dərdlə birlikdə

 

Dərd ilə dünyaya göz açmış,

dərdlə yaşamış

və dərdlə öləcəkdir.

İlahi,

Mən sənin zarafatlarını sevirəm,

dərd ilə...

 

Mən və sən

 

Mən sənin üçün varam, İlahi.

Sən isə mənim üçün...

Biz bir-birimiz üçün varıq

və belədir,

biz necə bir Tanrılarıq,

mən və sən

göy üzünün ortasında

nəyin axtarışındayıq?

 

Böcək

 

Sənin haranda dayanıb,

o ruhun bütünlüyü,

enli,

dəniz kimi,

bizim kimi,

həyat üçün çalışır,

və mübarizə aparır

həmin o böcək.

 

Eh

 

Lənət sənə,

necə sevgiyə düçar olmursan,

mən özümü havaya atmışam.

Bilmirsən,

sənin üçün nə qədər rahatdır.

Mən batıram,

sadəcə bir nəfəs almaq ilə...

 

Hisslərdən öncə

 

Onlar havanın durumunu bilirlər,

şansı tanıyanlar...

hisslər qanın istiliyini proqnozlaşdırırlar

və sabahın kədərini,

qasırğa və zəlzələni,

ürək döyüntülərini,

öpüşləri,

necə azdır öpüşlər...

 

Azad terroristlər

 

Onlar azad terroristlər idi.

Bir uzun və şən gün içində

Alma ağacları altında bir-birimizi öpdük

birdən raketlərin atəşi açıldı,

azad terroristlər

onları çöl terroristlərinə çevirdi.

Biz isə tərk edildik.

Səncə, orada kimlər bir-birini öpdülər?

Orada,

tərk edilmiş alma ağacının altında...

 

1998

 

Sözlərin ölümü

bildiriş göndərir

 

Bu savaşda öləcəyəm

simgələr üçün,

şüşələr üçün,

mən güllələnəcəyəm

və hər damla qan

bir simgəyə çevriləcək

əsgərlərin, mayorların pencəkləri üzərində

köynəkləri üzərində...

 

Sabah yağış yağacaq

 

Sabahı görməyəcəyik,

yağış yağacaq,

bazar günüdür.

Bir əsr yatacağıq,

bilmirəm,

günəş doğacaq,

bir-birimizi görəcəyik

günəş doğan zaman...

sabah yağış yağacaq,

səndən təşəkkür edəcəm,

gözlərin Tanrıların şanssızlığıdır.

Bilmirəm,

Tanrı ağlasa əgər

yağış yağacaq,

sabahı görməyəcəyik

yağış yağacaq.

Sabah hər ikimiz öləcəyik...

 

 Bazar günlərində

mənə zəng etmə

 

Daha bazar günlərində mənə zəng etmə,

ola bilsin yuxudan ayılmayam,

əbədi olaraq ölümə yatmış,

bazar günündən başqa bir günü seç.

Sənin üçün öldüyüm zaman,

yeddi dağı ötüb-keçdikdən sonra bir ad qazandım,

ah, nədən başqa bir gündə gəlmirsən?

 

Ölüm-itimdən sərxoş

 

Sənin ölümcül xəstəliyin var,

sərxoş olduğunda,

təkbaşına öldürürsən məni.

Mən sərxoş olduğum zaman isə,

sevirəm səni.

Bizim dəhşət sərxoşluğumuz var,

hər ikimizin də...

 

Hisslər

 

Qaçsan əgər

mən dünyanın ən böyük qəm istehsalçısı olacam.

Həmişə dişləyəcəm dodaqlarımı

Başqa bir şey yeməyəcəm,

başqa bir şey içməyəcəm.

Sümüyə,

dəriyə,

betonların yorğunluğuna and içəcəm.

 

Körpü

 

Bir körpü tikəcəm

Burada Sarayevoya qədər...

uzun,

naxışsız,

memarsız heç bir xatirə canlanmaz.

Dəmir məftillər və

betonla qarışıq bir ilham düzəltmişəm,

möhkəm,

ürəyimin dərinliyindən ki,

azad yaşasın.

Səndən danışmaq

əllərini tutmuş

bir ağ paltarlı mələyə bənzər...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!