Hər dəqiqəni boş yerə sərf etmək heyifdir
yalnız bir tərəfə biletin varsa...
Şeirlərini oxuculara təqdim etmək istədiyim Alicja Maria Kuberska polyak poeziyasının istedadlı şairlərindən biridir. Əvvəllər adını dünya şeir antologiyalarından duyduğum Alicja ilə keçən ilin oktyabr ayında Şimali Makedoniyada keçirilən dünya şeir festivalında tanış oldum.Və bu tanışlıq sonunda ədəbi dostluğa çevrildi.
Şair, nasir, tərcüməçi və redaktor olan Alicja bir neçə dil bilir. Bu da onun dünya şeir okeanında məşhurlaşmasına, ün qazanmasına səbəb olur.
Şeirləri Polşa, Çexiya, Slovakiya, İngiltərə, Belçika, Bolqarıstan, Macarıstan, Albaniya, Makedoniya, Serbiya, İspaniya, İtaliya, Türkiyə, Argentina, Çili, Peru, Meksika, İsrail, ABŞ, Kanada, Hindistan, Banqladeş, Pakistan, Özbəkistan, Cənubi Koreya,Tayvan,Yeni Zellandiya, Çin, Marokko, Cənubi Afrika, Zambiya, Keniya, Avstraliya və başqa ölkələrdə nəşr olunub.
Çox sayda dünya poeziya mükafatlarının laureatıdır.
Dilimizə çevirdiyim şeirlərini oxusanız onun şair istedadının şahidi olacaqsınız.
Məmməd İSMAYIL
Alicja Maria Kuberska
Şeir üçün resept
Şeir yazmaq asan deyil
çovğun zamanı qar dənəcikləri kimi
tez fırlanan
fikirləri toplamaq gərək
tutun onları ərimədən,
və yox olmağa üz tutmadan əvvəl.
Daha sonra əlavə edin qızdırmalı hissləri
və emosiyanın gücünü.
Cümlələrinizi düşən ulduzların gümüş tozundan yığılmış
xəyallarınızla bəzəyin.
Siz də edə bilərsiniz
bir melanxoliya seçin
gölün dibindən çıxarın həsrəti
kirpiklərdən asın göz yaşı ilə parlasın.
Sonra hüznün islaq sisini toplayın
Gülümsəsin hind qamışı üzərindəki şeh damlaları kimi,
Bozluq əlavə edin noyabr mənzərəsinə
Acı və peşmanlıqla dadlandırın,
ya da
yüksək dağ zirvələri arasında
küləyin isti nəfəsi ilə qaldırılan
əks-səda ilə dayandırılmış gülüşü ələ keçirə bilərsiniz.
Hörümçəklərin torunda şən sözləri tutun
Göy qurşağını çevirin göyə təbəssüm əlavə etmək
Yumor və sevinc toxumunu səpmək üçün.
Nəhayət, çılğın metaforaları buraxmaq lazımdır
Şeir şəffaf bir yüngüllük qazansın deyə.
Qoy rənglər təsəvvürdən çəkilsin
və sabun köpüyü kimi gündəlik həyatın üstündən qalxsın
Şeirə naməlum istiqamətə uçmasına icazə verin.
Mənim şeirim
Bir neçə söz yazdım və həmişəlik sabitləşdirdim onları
Düşüncələr və duyğular misraları yaratdı.
Son ifadəni söylədim,
və şeirim zefir kimi tərpəndi,
ayrılarkən dodaqlarımı yüngülcə öpdü,
yanına yol aldı yad adamların.
Göz yaşlarının doğulduğu gözlərə axdı
Ürəklərə pıçıldadı incə sözlər
və yüngülcə tərpəndilər.
Gündəlik işlərdən qabıq bağlayan
Yatmış vicdanları iynələdilər
Və kədərli Melanxoli "xanıma" təsəlli verdilər.
Gecələr göylərə uçdu
ağır pərdələrini aralayaraq buludların.
Ulduzlar parıldayırdı sevgililər üçün işıqlandırılmış Aylı yollarda.
Tənha bülbülün zərif nəğməsi
qaranlıq uçurumun ətrafında əks-səda verib
güllərin bayıldan qoxularına yumşaq bir şəkildə qovuşaraq...
- ilhamın sevimli oğlu vəfasız sevgilim
geri qayıdar hərdən, amma o
daha mənim övladım deyil.
Filosof və şair
Daha yüksək abstraksiya səviyyəsində
real dünyanın maneələrini dəf edərək
zaman və maddənin gərəksiz olduğu yerdə
göylə yer arasında görüşdülər.
Oğlan ağ kətan və fəlsəfi kəlamlar gətirdi
boya fırçalarını gətirdi qız.
Və kəlmələrdə bir ovuc xəyal
şəkli mavinin bir çox çalarlarıyla çəkir
fikir və hisslərini efirə tökürdülər.
Oğlan, həyatın konturlarını qalın tünd-göy rənglə çəkdi
fonu zərif göy rəngli qotazlarla doldurdu qız.
Birlikdə bir neçə rəngli sürpriz sıçramaları əlavə etdilər
oğlanın gözləri qəhvəyi, qızınkı isə yaşıldı.
Yuxuların oğrusu
Razılığın olmadan götürməyimi gözləmirdin.
Çox yaxın idim və əlimə çatacağı yerdəydi hər şey.
Saysız-hesabsız düyünlərlə bağladım
düşüncələrini, sıx bir tor hördüm,
Və yuxulardan qadın fiqurunun incə bir əyrisini toxudum.
Baxışlarını, tənhalığını oğurladım oğru kimi.
Gözlərində ehtiras qığılcımını
alovlandırdım və od püskürdü.
Saçlarımın çiçək qoxusuyla sardım bizi
Və yol aldıq çox uzaq gecələrə doğru.
Sən Marsdan, mən Veneradan.
Uzaq planetlər - incəlik qübbəsinin parlaq nöqtələri.
Sözlərimiz və əllərimiz həyatın cazibə qüvvəsini cəlb etmədə...
Şans bileti
Başıma gəldi həyat;
Yaxşını pisdən ayırmaq istedadı.
Keçici düşüncələri söyləyə
Və bir sözlə vaxtı dayandıra bilərəm.
gündəlik ləzzətlər,
Böyük sirlərin açımı
Daimi heyrət payımdır mənim.
Yarpaqların yaşıllığına heyranam
Və nə qədər səslər
Quşların boğazında gizli.
Müstəsna şansdır
Buludların forma və rənglərini araşdırmaq,
İldırım təhlükəsini hiss etmək.
Mənasız kədərlər üzərində
Hər dəqiqəni boş yerə sərf etmək heyifdir
Yalnız bir tərəfə biletin varsa...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!