Alban şairi Jeton Kelmendinin şeirləri - Tərcümə

 

Jeton Kelmendi alban şairidir. O, yazıçı, dramaturq, publisist, tərcüməçi və universitet professoru kimi fəaliyyət göstərir.

1978-ci ildə Kosovanın Peja şəhərində anadan olub, ilk təhsilini də Pejada alıb. Daha sonra Pristina Universitetində təhsilini davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib.

Onun əsərləri başqa dillərə ən çox tərcümə edilən alban şairidir. Tənqidçilərin fikrincə, Jeton Kelmendi müasir alban poeziyasının əsl nümayəndəsidir. Beynəlxalq səviyyədə tənqidçilər və şairlər onun yaradıcılığı haqqında çoxsaylı məqalələr yazıb, onu böyük bir Avropa şairi hesab etdiklərini vurğulayıblar.

 

Sənə bir sözü deyəcəm

 

Qəribə fikirlər çıxar

ağzımdan,

ruhumdan,

fərqli bir dünyadan.

Gahdan gedərkən,

Gahdan gələrkən hiss edirlər...

 

Bilirəm,

onlardan bir neçəsinin...

danışılmayan,

Və yazılmayan dili var.

Amma deyirəm ki, o bir yerdə...

Sən və mən arasında bir yerdə...

Həyatım,

Ax... çox tez keçdi getdi.

 

Bütün dillərin öz əlifbaları olduğu zaman

yeni başlanğıclarında

bizim dilimizdən doğulur zaman...

 

Və zamansız bir adadır zaman

zamanı olmayanlara zaman verir

ruhun-zehnin

sərhəd qapısında

bir sıra sözsüz hərflər tərəfindən yoxlanılır.

 

Başqa şeylərdə olduğu kimi

özümdən gizlənirəm.

Qulaqlarım görmür məni

Gözlərim eşitmir məni...

Danışılmayan,

zamansız dilləri bilmək daha xoşdur

mənasız mənaların başında,

danışdıqlarımız misalı...

 

Qəribəliyimdən sonra

Heç bir şeyə boyun əymirəm,

Burax,

Bu oyunun quranlarını!

 

Nəticənin sonunu kim bilirsə bilsin,

biri qazanacaq,

biri məğlub olacaq...

 

 

Sevdiyim yerdəyəm

 

Bir yerdəyəm,

Səbrin danışılmayan cümləsində

Xatirədən yüksək bir nöqtədə,

bir şəkil çərçivəsində yaşayıram.

Öz-özümün sonunda, aşağıda

bir yerdə yaşayıram.

Məna məni anlayırsa

Xoşbəxt oluram.

Yorğun hüznümdə

tapıram özümü,

bura kimi heç bir röyada

görülməmiş kimi,

zamanın əlimdən sürüşüb getdiyini

görürəm...

və yoxluğumun var olmadığına razılaşdım...

özümü tapmaq üçün

hər yerə göz gəzdirirəm...

bilirəm, bütün ipucları sənə çatır

və heç bir sualım yoxdur,

adını xatırlayıram...

və bu yetərlidir!

 

 

Sevginin kökü

 

Həyatın anlamı

Gələcəyə doğru addımlamağımızdır,

Görməyə hər kəsin haqqı olan

bir röya...

Elə bir varlıq ki,

Sevginin hardan gəldiyini

Və hara gedəcəyini bilməsə də,

Hər kəs onu özünə,

Yaxınlarına istər...

 

Sən onun kökünü bilə bilməzsən,

bu bir sirdir,

zamanın bizimlə

buraya qədər gətirdiyi bir sirr...

hava kimi gizlin.

 

Alimlər eşqin mənşəyi haqqında

danışıqlarında,

açıqlamalar və şeirlər yazdılar,

amma dəqiq olan bir şey var,

eşq hər gün doğular

hər gecə,

gecə yarısından sonra...

Hər yerdə ortaya çıxar.

Sevgi harda yaşayarsa,

həyat hardaca aşiq olur,

Harda onun

kökü, məkanı, zamanı...!

 

İlin yeni səhifəsi

bir fəsilin digərini izləməsi kimi.

Kök mənadır...

Həm açıq-aşkar

Həm də gizli.

Eşq Tanrıdan gələr,

mənşəyini

sadəcə o bilər...

 

 

Zamanda qal!

 

Ordasan əgər

tale sənə doğru gəlir, qapını döyəcək,

Özünlə bağlı nə soruşsan, soruş...

Bir fürsətin qaça biləcəyi qədər sənə baxar.

İtmişdirsə, bil ki, sən mənim içimdə itmisən,

Artıq istədiyini anlamayacaqsan.

Taleyə doğru sürükləyən

belə bir səfərlərə çıx!

Nə sən dünyanı sayırsan,

Nə də sən dünyanın önəmlisi deyilsən.

Burdasan əgər

zaman gəlir, pəncərəni döyür

özündən qalx,

Bir az zamanı ələ keçir,

Və zamanda qal...

 

 

Hərəkətsiz oyun

 

Zamanı gələcək

Özünü zirvəyə daşımaq üçün

hazır olduğunda

qapı açılacaq,

gecə gözləyəcək

kim kimi qarşılayacaq -

Sən, yoxsa mən?

Və hazırlaş... yola çıx...

 

Səbr etməyi sevəcəksən zamanında

Özünü təslim etməkdən qorxan birisinə

zaman ver, sevgi ver, özünü ver...

oyunun bütün qaydaları,

sənin hərəkətlərindən asılı qalır...

gözənilməz hadisələri xatırla

səssizliyi şəkillərlə

və məsumluğun surətini qaldır...

Gerçəyi söylə

Və otağında fərəhlə oturub məni gözlə

Gəlirəm,

Bir oyun oynamağa,

Eşq oyunu...

 

Tərcümə etdi: Ümid NƏCCARİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!