***
Səndə ən xoşladığım - ətrindi...
Sən torpaq qoxursan,
Çəmənlik qoxursan,
Bir az da başqalarından
Çox insanlıq ətrin var...
***
Biz sevgi üfüqündə
Bir seçim edirik -
Yazıqlıq duyğusunu...
***
Sən elə düşünürdün ki, mən şəhərəm -
Əylənmək üçün kifayət qədər böyük,
Ancaq mən qonşu bir şəhərciyəm -
Hansı ki heç vaxt eşitmədiyin,
Hər dəfə yan keçdiyin,
Heç bir abidə və memarlığı olmayan
Lakin körpüləri silkələyən
Şimşək kimiyəm...
Mən hazır qida deyiləm -
nə də ev mürəbbəsi,
Kifayət qədər quru
və dadını ala bilməyəcəyin
Bütün şirniyyatlardan uzağam...
Mən özümü səndə alovlandırdım,
Ancaq sən bunu bilmədin...
Mən otel deyiləm, mən evəm,
Sevdiyin içki deyiləm,
Suyam, yanğısında olduğun...
Öz gözləntilərini mənə gətirmə,
Məzuniyyətini başqa bir yerdə keçir...
***
Məni daha çox qorxudan -
Paxıllıq və kin çığırtısıdı...
Nə vaxt ki başqaları uğur qazanır
Biz məyus oluruq və kədərlənirik...
Sonra onlar uğursuz olurlar
Və beləcə məyusluq böyüyür...
Getdikcə insanlıq yolunda
Bütün cəhdlərimiz alınmır
Və hər şey çətinləşir...
***
Əgər mən sənin
həyatının eşqi deyiləmsə,
onda mən sənin həyatının
ən böyük itkisi olaram...
Tərcümə etdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!