2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı Amerikalı şair Luisa Qlüka təqdim edilib. 1968-ci ildə "Firstborn" adlı ilk kitabını yayımlayan Qlük, Amerikan ədəbiyyatının ən əhəmiyyətli şairlərindən biri kimi qəbul edilir. O, hər zaman şeirlərində həssas məqamlara diqqət çəkir. Tənhalıq, ailə münasibətləri, boşanma və ölümə dair fikirləri ilə tanınır. Qeyd olunur ki, “məyusluq, imtina, zərər və izolyasiya haqqında yazılarına görə tənqidçilər tez-tez onun şeirlərini "ümidsizlik" və ya "qaranlıq"adlandırırlar.”
1943-cü ildə New Yorkda dünyaya göz açan şair, Sarah Lawrence Kolleci və Kolumbiya Universitetində təhsil almış, sonralar universitetlərdə təlim-tədris işləri ilə məşğul olmuşdur. Vurğulayaq ki, Qlük, Yale Universitetinin İngilis dili professorudur.
Bu günə qədər 12 şeir kitabı yayımlanan şair, Nobellə yanaşı,1993-cü ildə "The Wild İris" kitabıyla Pulitzer Mükafatını, 2014-cü ildə isə "Faithful and Virtuous Night" kitabıyla Milli Kitab Mükafatını da qazanıb.
"Səhvsiz poetik səsi, sadə gözəlliklə fərdi mövcudluğu universal etdiyi üçün” Nobeli aldığı bildirilən sənətkar, 27 ildən sonra ədəbiyyat üzrə Nobel Mükafatını alan ilk Amerikalı qadın şair oldu. Qeyd edək ki, eyni mükafat 1993-cü ildə Toni Morrisona verilmişdi.
Nobelin yeni qadın siması olan Qlükün "Averno" (Farrar, Straus və Giroux, 2006), "Yeddi Çağ" (Ecco, 2001), "Vita Nova" (1999), “Meadowlands” (Ecco Press, 1996) , “The Wild Iris” (Ecco Press, 1992), “Ararat” (Ecco Press, 1990), 2006) və “Axillesin zəfəri" (1985), “Sübutlar və nəzəriyyələr: şeiriyyət barəsində esselər" (1994) adlı kitabları mövcuddur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!