Öncə bir qəfəs rəsmi yaparsan
Qapısı açıq bir qəfəs
Sonra quş üçün
Bir şey çəkərsən içinə
Sevimli bir şey
Yalın bir şey
Gözəl bir şey
Yararlı bir şey
Sonra götürüb bir ağaca
Asarsan bu rəsmi
Bir baxçada
Bir qoruqda
Ya da bir ormanda
Gizlənib gözləyərsən
ağacın arxasında
Səs çıxarmaz
Qımıldamazsan
Quş bəzən tez gələr
Amma uzun illər
gözləyə də bilər.
Qərar verməzdən öncə
Usanmayacaqsan
Gözləyəcəksən
İllərlə gözləyəcəksən gərəkirsə
Rəsmin başarısıyla heç bağlılığı yoxdur çünki
Quşun tez ya da yavaş gəlməsinin
Gələcəyi olub da gəldimi quş
Səs çıxarmaq yox
Qəfəsə girməsini gözlərsən
Girdimi qəfəsə fırçanla
Üsulluca qapısını qapayarsan
Sonra quşun bir tükünə toxunmadan
Bütün qəfəs tellərini bir-bir silərsən
Yerinə bir ağaç rəsmi çəkərsən
Budaqlarının ən gözəlinə qondurarsan quşu.
Təbii nə yapraqlarının yaşılını unudacaqsan
Nə yellərin sərinliyini
Nə də yayın istisində böcək səslərini
Otlar arasında.
Sonra gözləyərsən ötsün deyə quş
Ötməzsə çox pis
Rəsm çox pisdir deməli
Ötərsə gözəl olduğunun rəsmidir
İmzanı ata bilərsən artıq
Bir tük qopararsan üsulca
Quşun qanadından
Və yazarsan adını rəsmin bir köşəsinə.
Sabahattin Eyüboğlunun tərcüməsi əsasında
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!