Paris qeydləri - Xulio KORTASAR

Hər dəfə Buenos-Ayresdə və burada Parisdə gəzəndə, xüsusən də, gecələr tək oluram və bu yalnızlığın yaxşı yanı odur ki, mən gündüzlər adi və normal həyat sürən adam deyiləm. Ucuz romantizmə təslim olmaq istəmirəm. Mən pis əhval-ruhiyyədən danışmaq istəmirəm. Ancaq aydındır ki, gecələr Parisdə və ya Buenos-Ayresdə dolaşmaqla biz adi dünyaya aid olmağı dayandırırıq. Sürrealistlərin "müstəsna" adlandırmağı xoşladığı münasibətdə belə bir gəzinti məni şəhərlə, şəhəri isə mənimlə birləşdirir.Yəni, elə bu məqamda keçid, körpü, osmos yaranır, əlamətlər üzə çıxır, kəşflər baş verir. Yaratdıqlarım da budur, daha çox roman və ya hekayə şəklində yazdıqlarım. Paris ətrafında hərəkət etmək - və buna görə də mən Parisi mifik bir şəhər hesab edirəm - Paris ətrafında hərəkət etmək özünüzlə münasibətinizdə irəliləmək deməkdir. Amma bunu sözlə demək olmaz. Yəni, hərəkət etdiyim bu vəziyyətdə mən azmış kimi görünürəm, sərgərdan, dalğın, sonra afişalara, bar işarələrinə, görüşən insanlara baxmağa başlayıram və hər zaman bir-birini yaradan əlaqələr qururam; ifadələr, fikir parçaları, hisslər... Bütün bunlar zehni bürclər sistemini və hər şeydən əvvəl, mənim sözlə izah edə bilmədiyim bir dili müəyyən edən hiss bürclərini yaradır.

Məsələn, bu dəqiqə Parisdə mənim üçün həmişə müstəsna olan yerlər görünür. Belə bir yerin adını çəkə bilərəm, ilk ağlıma gələni. Buradan bir qədər aralıda, Yeni Körpüdə, IV Henrix heykəlinin yanında, su avtobusuna enmə yeri olan aşağıda lampa var. Gecə yarısı, heç kim olmayanda mənim üçün bu tənha guşə Paul Delvauxun tablosuna çevrilir. Paul Delvauxun rəsmlərində mövcud olan bu sirr hissi var, görünə biləcək bu qaçılmazlıq, məntiq və adi hadisələr kateqoriyaları ilə artıq heç bir əlaqəsi olmayan bir vəziyyətdə özünü göstərə və mövqe tuta bilər. Eyni sözləri Paris metrosu haqqında da demək olar. Metro mənim üçün həmişə piyada yeri olub. Digər tərəfdən, "Təqibçi" hekayəsində zamanın tamamilə fərqli olduğunu kəşf edən bir personaj var: biri metroda olanda, digəri isə, üzdə olanda. Bunlar, ən azı, on beş gündə bir dəfə yaşadığım təəssüratlardır. Yəni birdən-birə müəyyən təfəkkür hallarında, metroda açılan, zahiri zamanla heç bir əlaqəsi olmayan, çölə çıxan kimi yaranan bir zamanda yaşamağın mümkün olduğunu. Və sonra qapalı qalereyalar var - Vivienne qalereyaları... Parisdə insanların mağaza axtarışında qaçdığı və buna baxmayaraq Bourse gəmisində Lautreamontu belə narahat edən bütün bu yerlər.

Parisin özü tamamilə sehrli, sirli, örtülü qalereyadır - mən bunu "mifik" adlandırıram.

 

Tərcümə: Malik ATİLAY

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!