Xanlar Həmidin Avesta – Yasnadan tərcümələri - İlqar Fəhminin təqdimatında

Qədim tariximizdən keçən müqəddəs mətnlərin arasında Zərdüştiliyin ana kitabı olan "Avesta"nın xüsusi yeri olub. Azərbaycan xalqının islamdan əvvəlki mentalitetini, dünyagörüşünü dərk eləməkçün bu kitabın xüsusi yeri var. Hərçənd, son yüz ildə bu kitabın Azərbaycan tarixindən qoparılması prosesi də gedib, lakin şükürlər olsun ki, son onillikdə bir tarixi şəxsiyyət olaraq, Zərdüşt peyğəmbərin özünün də, Zərdüştiliyin də birbaşa Azərbaycan ərazisiylə bağlı olduğunu sübut edən çoxsaylı elmi araşdırmalar ortaya çıxıb... Lakin əfsuslar olsun ki, bu müqəddəs kitabın əldə olan, müasir dövrə gəlib çıxan hissələri Azərbaycan dilinə yalnız fraqmentlər şəklində tərcümə edilmişdi. Yalnız son illərdə araşdırmaçı şair  Xanlar Həmid tərəfindən "Avesta"nın hər üç kitabının Azərbaycan dilinə tərcüməsi həyata keçirilib. Son üçüncü kitab yaxın günlərdə işıq üzü görüb və mayın on dördündə AYB-nin Natəvan klubunda təqdimatı keçiriləcək.

Tərcümələrin maraqlı cəhəti ondan ibarətdir ki, müəllif, sadəcə, əldə olan mətnlərin tərcüməsi ilə kifayətlənməyib, məsələyə araşdırmaçı-alim kimi yanaşaraq, kitablara zəngin izahlar və şərhlər əlavə edib ki, müasir oxucular tərəfindən rahat dərk olunsun. Heç bir təmənna olmadan bu ağır işin altına girən, tərcümələrə iyirmi ilə yaxın vaxt sərf eləyən Xanlar Həmidin bu işi, əlbəttə ki, təqdirəlayiqdir və Azərbaycan tarixini öyrənənlər üçün çox qiymətli mənbə olacaq...

İlqar FƏHMİ

AYB-nin katibi

 

Avesta - Yasnadan tərcümələr

 

"Avesta" mətnləri o qədər qədimdir ki, bu dövrdə yalnız iki etnosun adı çəkilir: ariyalılar və turanlılar. Digər başqa hansı xalqların olması barədə heç bir məlumat verilmir.

1. Ariya ölkələrindən olan fravaşi kişilərə və

fravaşi qadınlara biz ehtiram göstəririk.

Turan ölkələrindən olan fravaşi kişilərə və

fravaşi qadınlara biz ehtiram göstəririk.

Bütün dünya ölkələrindən olan 

fravaşi kişilərə və fravaşi  qadınlara biz ehtiram göstəririk.

2. Nə vaxt o salehlər nəvələri və nəticələri

arasında görünəcəklər, Turanlı Friyanın nəslindən adlandırılan canlı yaradılışı Sən möminlik şövqü ilə firavanlığa gətirəcəksən. 

Onları Yaxşı Fikirlə birləşdirən Ahura Mazda, onlara dəstək üçün İnancı elan etsin.

3. Kim insanlar arasında Spitama Zərdüştü səxavəti ilə razı saldı, o ər şöhrətə layiqdir və Ahura Mazda ona həyat verir. O, onun üçün canlı yaradılışı Yaxşı Fikirlə firavanlığa aparır.

Onu Həqiqətlə sizin yaxşı yoldaşınız hesab edirik.

4. Kim mənə öz həyatını həsr edər, buna ən yaxşısı öz bədəninizdir. Öz ritual gücümlə mən Yaxşı Fikirlə vəsiyyət etdim. Sizin iradənizi təmin etmək üçün səy göstərdim. 

Bu mənim ağlımın və düşüncəmin qərarıdır.

5. Kim ki Həqiqətə uyğun olaraq Həqiqəti həyata keçirər, mən Zərdüşt üçün iradəyə uyğun olaraq ən çox ona, Dəyişdiriciyə, Mükafata layiq olana düşüncə ilə çatacağam. Amma Sən, ya Mazda, mənə bütün bunların sahibi kimi göründün.

6. Mən onu öz tərifimizlə və ibadətimizlə əhatə edirəm. Belə ki öz gözlərimlə görmüşəm. Əməli Həqiqətlə Ahura Mazdadan, sözləri Yaxşı Düşüncədən bildim.

Ona Mahnı Evində himnlər qoyacağıq.

7. Onu bizim Yaxşı Fikrimizlə razı salıram. Kim ki ibadətimizlə müqəddəs olanı və müqəddəs olmayanı elan etdi. Öz Hakimiyyəti ilə Ahura Mazda canlı yaradılışın icmasını heyvanlarımızın və ərlərimizin firavanlığı üçün yaxşı  nəsil sayəsində Yaxşı Fikrin Həqiqəti ilə yaradır.

8. Mən ona Möminlik ehtiramlarımızı bəxş edirəm. Kim ki nəfəsində Ahura Mazda kimi tanındı. O, Həqiqət və Yaxşı Düşüncə ilə sıralandığında Onun Hakimiyyətində Bütövlük və Ölməzlik vardır. Ona güc və  əbədiyyət veriləcək. Onlar onun olsunlar.

9. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, Sizə təzimetmə necə olmalıdır? Ya Mazda, Sənin kimi biri dostuna, mənim kimisinə desin. Qoy, bizim üçün Həqiqətlə dostluq əməkdaşlığı yaransın. O, bizə Yaxşı Düşüncə ilə gələcək.

10. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, Ən Yaxşı Varlığın başlanğıcı olaraq, bunun üçün səy göstərən üçün qurtuluşla xoş bir şəkildə tamamlanacaqdır. Çünki o, bütün varlıqlar üçün qalan Müqəddəs Həqiqətdir, ruhu gözləyən, şəfa verən varlıq, əhdlərə əməl edəndir, ya Mazda.

11. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, belə nəyi ki mən elan edirəm, o doğrudurmu? Möminlik əməlləri ilə Həqiqəti möhkəmləndirir. Yaxşı Fikrin Hakimiyyətini Sənə aid edirlər.

12. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, onu anlayın ki o, Sənin sözündür.O sözləri, hansı ki mən Yaxşı Fikirlə danışdım və onu varlıqdan hansı ki Həqiqətlə hərəkətə gətirdim ki, o öyrənilsin.

Hansı yaxşı yolu mənim ruhum izləyəcək?

13. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, mən İnancı təmiz vəziyyətə necə gətirim? Hansı ki Hökmdar alicənab hakimiyyəti ilə elan etsin.Sənin Hakimiyyətin kimi elan edilsin.

14. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, onlardan kimlə mən danışacağam, salehləmi? Bəs yalançı kimdir? Kim qəzəblidir? Bunu o yalançı, Sənin xilaskar gücünü məndən uzaqlaşdırır?

15. Bunu mən Səndən soruşuram, mənə doğrusunu de, ya Ahura, mən yalanı Həqiqətin əlinə necə təslim edim ki, Sənin elanınla, mantranla silinsin və yalançılar arasında güclü bölünmə yaransın, hansı ki bu onlara əzab və işgəncə gətirsin, ya Mazda.

16. O ər yaxşıdan daha yaxşısını əldə edəcək, o bizi birbaşa qurtuluş yollarına yönəldəcək.

Bu cismani və ruhani dünyaya - həqiqi yerlərə, harda kı Ahura yaşayır. O, Sənin kimi səmimidir, yaxşı ailədəndir, müqəddəsdir, ya Mazda.

17. O dönəmdə, hansı ki Sən öz Müqəddəs Ruhunla, ya Mazda, onun üzərinə Hakimiyyətinlə və Yaxşı Fikirlə gələcəksən. Kimin ki əməlləri ilə canlı yaradılış Həqiqətlə birlikdə çiçəklənir. Onlar üçün Möminlik Sənin adından gələn hökmü verəcəkdir. Hansı ki heç kimi aldatmaz 

18. Mən özümü əvvəlcədən ona bəyan etdim. Mən Zərdüştəm. Həqiqətən, mən yalançılara qarşı bacarıqlı olacağam və salehlərə güclü dəstək olacağam. Bəli, mən sərbəst idarəçiliyin gözəlliyini qazanacağam. O dərəcədə ki, Səni tərifləyirəm və himnlə ucaldıram.

 

19. Sən mənə Həqiqəti göstər, hansı ki hər zaman mən onu çağırıram. Səndən istədiklərimizi bizdən də istə. Çünki Səndən soruşulanlar qüdrətlilərə məxsus olanları soruşmaq kimidir. Buna görə də bizim üzərimizdəki hökmünüz Səni qüdrətli və güclü edir.

20. Səni Müqəddəs düşünürəm, ya Mazda, ya Ahura, nə zaman ki, mənə Yaxşı Düşüncə ilə yaxınlaşırsınız, mən sizin dediyiniz sözlərdən orijinal təlimi öyrənirəm. İnsanlarda inam mənə kədərli görünür. Öyrənirəm, hansı ki mənimlə ən yaxşı olan yerinə yetirilsin. Hansı ki onu mənə siz deyirsiz.

21. Ya Ahura Mazda, Sənin Yaxşı Hakimiyyətini biz həmişəlik əldə edərik. Hər iki dünyada bizim üzərimizdə Varlıqlar arasında  Ən Xeyirxah olan, Yaxşı hakimiyyətli ər və arvad idarəçiliyi olacaq.

22. Biz Səni möcüzəli qüdrət sahibi, tərifə layiq, ehtirama layiq, Həqiqətin yoldaşı olaraq qəbul edirik. Bəli, Sən bizim üçün hər iki dünyada həyat və bədən olacaqsan, ey varlıqlar arasında ən xeyirxah olan.

23. Qoy biz qalib gələk və layiq olaq, ya Ahura Mazda, Sənin dəstəyinlə çalışmaqla uzun ömür üçün. Sənin sayəndə qüdrətli və güclü olaq. Bəli, Sən bizi uzun müddətə, sərbəst şəkildə Ən Xeyirxah varlıqlar arasında dəstəkləyəcəksən.

24. Biz sizə, ey Ölməz Müqəddəslər, ehtiram edirik. Suların mənbəyinə biz ehtiram edirik. Suları axan dağlara biz ehtiram edirik. Suları saxlayan göllərə biz ehtiram edirik. Taxıl sahələrinə biz ehtiram edirik. Qoruyucu yaradılışlara  biz ehtiram edirik. Mazdaya, Zərdüştə biz ehtiram edirik.

25. Biz yerə və göyə ehtiram edirik. Biz Mazdanın yaratdığı sərt küləyə ehtiram edirik. Biz yer üzərində bütün yaxşı şeylərə ehtiram edirik. Biz saleh Haraya ehtiram edirik, hansı ki Vourukəş dənizinin ortasında durur. Vourukəş dənizinə ehtiram edirik.

26. Biz sarı, yüksək Haomaya ehtiram edirik. Biz alovlu Haomaya, böyüyən canlı yaradılışa ehtiram edirik. Biz ölümü aradan qaldıran Haomaya ehtiram edirik.

27. Ya Ahura Mazda, Həqiqəti sevən salehlərin, çoxsaylı icmaların tərifinə layiq olan zərərsiz çobanlara, bizə dəstək olanlara, bizdən dəstək alanlara müjdə ver.

28. Madam ki Sən, ya Ahura Mazda, yaxşı olanı düşündün, söylədin, yaratdın, təcəssüm etdirdin, biz Sənə bu yaxşı nemətlə ehtiram edirik; Sənə ibadət edirik, borcumuzu ödəyirik, ya Mazda!

29. Beləliklə, biz yaxşı ərlərə, yaxşı arvadlara - Ölməz Müqəddəslərə, Əbədi Yaşayanlara, Əbədi Xilaskarlara; ərlərə, hansı ki Yaxşı Fikirdə yaşayırlar və həmçinin qadınlara ehtiram edirik.

30. Biz Həqiqəti, suları, ən yaxşı bitkiləri, işığı, yeri, hər cür nemətləri yaradan Ahura Mazdaya ehtiram edirik.

31. Sənə Yaxşı Fikirlə, Sənə Yaxşı Həqiqətlə, Sənə Ağlın əməlləri ilə və sözləri ilə yaxınlaşırıq.

32. Mən oyam, kim ki Sənə ən böyük itaətə çağıracaq. Uzun ömür və Yaxşı Düşüncə Gücü əldə etməklə Həqiqətə  və o kəslərə birbaşa yollarla, hansı ki aralarında  Ahura Mazda məskunlaşır.

33. Mənim məqsədimi öyrənin, hansı ki mən Yaxşı Düşüncə ilə çalışacağam. Ehtiram Sizə, ya Mazda, Sizin kimilərə və ya Həqiqətin tərifli sözləri ilə. Qurbanlıq çörəklə sizə Ölümsüzlük, Bütövlük və əbədiyyət verilmişdir.

34. Həyatınızın bütün nemətlərindən - hansı ki vardı, hansı ki var, hansı ki var olacaq, öz sevincinizlə pay qazanın. Yaxşı Düşüncə ilə Xoşbəxt bədəndə Qüdrət və Həqiqətlə böyüyün.

35. Geniş baxışlı olana dəstək üçün mənə o körpünü göstər, hansı ki onunla sizə tərəf keçəcəyəm. O Qüdrət körpüsü üzərindən, ya Ahura, Yaxşı Fikrin mükafatı gələr.

36. Bunu mənə söylə, hansı ki mən müəyyənləşdirə bilim, Siz Həqiqətlə mənə hansı faydanı verəcəksiniz.Yaxşı Fikirlə bilməklə anlayım  onu ki, mənim təyinatım nə üçündür, hətta, ya Ahura Mazda, nə olacaq, nə olmayacaq?

37. Mən Səni düşüncə ilə Birinci kimi dərk etdim, ya Mazda, gənc olan Yaxşı Fikrin Atası kimi, nə vaxt səni gözüm ilə qucaqlayanda, Həqiqət ipinin həqiqi Yaradıcısı kimi, Varlığın əməldə Rəbbi kimi.

38. Haçan ki, ya Mazda, başlanğıcda Sən bizim həyatımızı və imanımızı öz Düşüncənlə və ağlınla yaratdın, haçan ki Sən cismani gücü yerləşdirdin, haçan ki Sən əməlləri, nitqi qurdun, onlarda azad seçiminə istəkləri əldə etmək olar. 

39. Orada yalan danışanın və ya doğru danışanın səsi ucalır, bilən də, bilməyən də öz ürəyi və düşüncəsi ilə razılıqdadır.

40. Mən bunu soruşuram: O Xeyirxah kim olacaq, kim ki Hakimiyyəti evdə, qəsəbədə,ölkədə Həqiqətlə tərəqqiyə Sənin kimi aparar. O, haçan gələcək və nə edəcək?

41. Qoy, o kəsə qulaq assınlar, kim ki Həqiqəti düşünür, o, varlığın Şəfaçısıdır, biləndir, ya Ahura, sözün doğru deyilişindən ötrü dilini sərbəst idarə edən, iki tərəfə paylaşılan Sənin qırmızı atəşinlə onların yaxşı mükafata səy göstərməsinı, ya Mazda.

 

42. Ahura Mazda Bütövlük, Ölməzlik və Həqiqət bolluğu ilə, Xeyirxah Hakimiyyətlə ittifaqda Yaxşı Fikir Qalasını o kəsə bəxş edir ki, kim ki ruhu və əməli ilə Onunla müttəfiqdir. 

43. Qoy, biz də Sənin üçün onu, dünyanı dəyişdirənlər olaq. Mazda və ahuralar Həqiqətlə bir araya gələcək. Harda ki ağıl yanılır, orda fikir yaranır.

44. Saleh Zərdüştə yaxşı fikir gətirən, yaxşı söz, yaxşı əməl gətirən Qataları Ölməz Müqəddəslər qəbul etsin! Sizə baş əyirəm, Saleh Qatalar!

45. Mən oyam, kim ki sizə Yaxşı Düşüncə ilə yaxınlaşır, mənə iki dünyanın verilməsi üçün: Cismani və Ruhani dünyanı Həqiqətlə harmoniyada qazanmaq, onun sayəsində dəstəkləyənlər Xoşbəxtliyə gətirilir.

46. Xeyirxah Fikirlə gəl! Həqiqətə hədiyyə olaraq uzun ömür bəxş et! Ya Mazda, əzəmətli sözlərlə qüdrətli Zərdüştü və bizi dəstəklə. Biz isə, ya Ahura Mazda, düşmənin düşmənçiliyinə qalib gələcəyik!

47. Sizi incitməyəcəyik, ya Ahura Mazda,  ey Həqiqət, ey Yaxşı Fikir. Bu yüksəlişə hərəkət edirik ki, sizi alqışlayaq; siz eynən ən sürətli, ən qüdrətli və xilas ediləcək nemətlərin üstündə Hakimiyyətsiniz!

48. Layiq olanların Rəbbi kimi Zaotar elan edəcək.

Layiq olanların Rəbbi kimi Zaotar kimi elan edəcək,

Qoy, Rat saleh bilən Həqiqətlə razılaşaraq elan etsin!

Beləliklə, Rat Həqiqətlə razılaşır,

Rat Yaxşı Düşüncəyə, 

Varlığın əməlləri Mazdaya,

Hakimiyyət Ahuraya keçdi.

Kimi yoxsullara Çoban qoyacaqdır,

Məsul olanlar qoy, elan etsin.

Yaxşı Həqiqət Ən Yaxşı Olandır,

Xoşbəxtlik var,

Xoşbəxtlik var o kəs üçün ki,

Ən Yaxşı Həqiqətə görə Həqiqətdir.

 

Xanlar HƏMİD

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!