Mustafa Ziyanın şeirləri - İraq-Türkman şairləri silsiləsindən

Şair-alim, Dr.Mustafa Ziya haqqında bilgi Dr.Şəmsəddin Kuzəçinin ikicildlik "Kərkük şairləri" (Ankara, 2006-2007) kitabı əsasında əlavələrlə tərtib etdiyim, professor Qənirə Paşayevanın Ön sözü, akademik İsa Həbibbəylinin redaktəsi ilə çap etdirdiyim "İraq türkman poeziya antologiyası" kitabından (Bakı, "CBS-PP", 2021, səh.246-247) götürülmüşdür.

Mustafa Ənvər lu Ziya 1959-cu ildə rkükdə doğulub. İbtidai orta hsilini rkükdə başa vurandan sonra leymaniyə Universitetinin Geologiya fakültəsinə daxil olub. zun olduqdan sonra elmi rini davam etdirib. Magistr hsilini Mosul Universitetində alıb. Doktora tezini dafiə etdikdən sonra Mosul Universitetində müəllim yib.

Mustafa Ziya əbiyyata çox nc yaşlarından maraq stərməbaşlayıb. clü axıdili ilə l şeirlər yazmağa başlayıb. 14 yaşındaykən "Altun çiçək" (rkük, 1973), Daha sonra "l nəğri" (Bağdad, 1976), "sillər" (Bağdad, 1988) kitabları çap olunub.

Mustafa Ziya İraq-rkman-Azərbaycan əbi əlaqərinə hfər verən şair-alimdir.

Əli ndəroğlu ilə birgə çox maraqlı "Xoyratlar bayatılar" (Bağdad, 1989, 382 h.) yazmışr.

Mustafa Ziya Azərbaycan Yazıçılar Birliyinin xri üzvür. O, elərkiyə və İraq Əbiyyatçılar Yazarlar Birliyinin üzvür.

O, uzun illər Ankarada İraq rkmaneli ltür rkəzinin Başqanı kimi xalq qarşında k xidmətlər stərib. kcə onu demək kifayətdir ki, rkmanların İraqda rk dilində oxuduğu 250-n artıq ktəbin kitab rs saitləri ilə min olunmasında Dr.Mustafa Ziyanın əyi olub. Hazırda Ankarada rkmaneli qfinin baş müşaviridir.

rtibçidən: Azərbaycanlı yazar alimlər Mustafa Ziyanı keçən əsrin sonlarından tanırlar.

1994-ildə 128 rdən ibarət Azərbaycan mayəndə heyəti zulinin 500 illik yubileyinə İraqa gedəndə İraq findən təşkilatçıq inə Əbdüllətif ndəroğlu Dr.Mustafa Ziya cavabdeh idi.

rkükdə qocaman əbiyyatşünas Əta rzibaşıziyarət etmək Yazıçılar Birliyinin üzvlük siqəsini qdim etmək üçün Anar, Yaşar Qarayev, Sabir stəmxanlı, Ayaz falı ni Əta yin rüşüMustafa Ziya apardı.

O, bizim yaddaşızda l ziyalı kimi qaldı. Sonralar İraqda Azərbaycanda rüşrimiz zamanı onun əsl ziyalı olduğunun şahidi olduq.

Azərbaycan-İraq-rkman əbi-elmi əlaqərinin inkişafında xidmətləri olan Mustafa Ziya nim rtib edək çap etdirdiyim "İraq rkman nağılları" (Bakı, 2014, 432 h.) və "Əta rzibaşın folklorşünaslıq aliyyəti" (Bakı, 2016, 264 h., Ankara, 2017, 214 h.) kitabıma Ön z yazmışr. Dr. Mustafa Ziya, elədə Əta rzibaşın 13 cildlik "rkük şairləri" və 3 cildlik "Ərbil şairləri" kitabları əsasında rtib və çap etdirdiyim "İraq rkman poeziya antologiyası" (I kitab (Bakı, "Elm hsil", 2019, 464 h.) kitabıma da Ön z yazmışr.

Mustafa Ziya verdiyimiz munərdən yiniz kimi, m heca znində, m rbəstdə urla şeirlər yazır.

Onu da qeyd edim ki, Mustafa Ziyanın Dr.Şəmsəddin Kuzəçinin "rkük şairləri", II cild (Ankara, 2006) kitabında yer alan, şairin əsasən, nclik illərində yazdığı, poetik tdən naətbəolmayan şeirləri əzinə, onun ahıl çağında yazdığı, na, zmun tdən oxucunu düşündürmək ndə olan, şairin "Balam rkük (Ankara, 2017) və "On rd Temmuzda q" (Ankara, 2021) kitablarında toplanan şeirlərinə üstünlük verdik.

 

nfər PAŞAYEV

 

 

 

Şeirlərindən munər

 

 

qalan sadəcə, xatirər

 

Bu gün 11 eylül, yaşım əlli beş,

Keçmişin kölgəsi düşmüş önümə.

İçimdə yanırmı hələ də atəş?

Tərəddüdlə sordum kəndi kəndimə.

 

Küllərin altında köz bulamadım,

Həyatdan geriyə nələr qaldı ki?

İllərin içində gün çalamadım,

Hamsı mənim olmalıydı, halbuki.

 

Ömür ilərlərkən, həyat gerilər,

Yer üzü daralır, səccadə olur.

Əllərinə bir pusula verilər,

Göy üzü açılır, yol caddə olur.

 

Düşünürsən: kim məndən nə çalmışdır?

Ürəyini yaralarmı? Yaralar.

Hər kəs səndən aldığını almışdır,

Sənə qalır, sadəcə, xatirələr.

 

n ni sevirəm

 

Mən səni sevirəm,

Məcnun kimi degil.

Kimsəyə bənzəmədən

Mən səni sevirəm.

 

Mən səni sevirəm,

sadə və düpədüz.

adını qoymadığım bir eşq

alabildiginə.

 

Mən səni sevirəm,

Ama nə günəşimsən, nə də ayım.

Nə də gülsən və ya çiçək.

Heç bir şeyə bənzətmirəm.

 

Səni sevirəm, qüruba qarşı,

Xəyalımda degil, yanımda ol,

Mutluluğu toxunaraq yaşa.

 

Mən səni sevirəm,

dünya gözəli olmasan da.

sadəcə, sevirəm,

gərəkcə, uydurmadan.

 

Mən səni sevirəm,

sevə bildiyim qədər.

və kəndimi

aşiq sanıram.

 

İnsan ol

 

Kim yarına saxlamış ki ömrünü?!

Səninlə yarını xəyal edəməm.

Yeni gün doğmadan, sakın, ayrılma,

Yoxsa, haqqımızı halal edəməm.

 

Acılar kimsəyə qədər olmasın,

Nəsib, qismət sən var ikən gözəldir.

Düşünmə! Vaxtımız hədər olmasın,

Könül işə yarar ikən gözəldir.

 

Zənn etmə ki, başqasını bulursan,

Mən sənə məhkumam, sən mənə məhkum.

Eşq olmadan inan, unudularsan,

Eşq şan qazanır, gerisi məlum.

 

Bir ovuc torpaqsa bizi bəkləyən

Ən dəgərli zaman yaşadığındır.

Qarmaşıktır deyə sevilir orman,

sarmaş-dolaş bir eşq adsız dügündür.

 

Çıxar cəkətini, yağmurda islan,

Qışın titrə, yazın tərlə, insan ol.

Çocuq kimi istə, isyan et, nazlan,

Ciddiliyi burax, pür həyəcan ol.

 

 

Deyirlər ki, hər şey bitər beyində,

Bitən degil, yaşanan mənə lazım.

Yetər, gəzdigin xəyal göylərində,

Mələk istəməm, insan mənə lazım.

 

Türkmaneli sızlamağı

 

Sən gedəni il oldu,

Yanan ocaq kül oldu.

Qəbrin üstə gül oldu,

Adına qurban, balam.

 

Adın Alidən gəlir,

Türkmanelidən gəlir.

Deməyin, gedən gəlir,

Adına qurban, balam.

 

Türkmanın kədəridi,

Ömrümün hədəridi.

Betərin betəridi,

Adına qurban, balam.

 

Kərkük

 

Sənə gəldim qəlbimdəki atəşlə,

Xoyratınla söndür bu atəşimi.

Sənə gəldim, gözlərim dolu yaşla,

Sil, qucaqla, ovut, oxşa başımı.

 

Göstər məzarını şəhit dayımın,

Göstər yıldızını göydə ayımın.

Ver daşını yıxılmış sarayımın,

Ürəyimdə daşıyım mən daşımı.

 

Dört divarın cəsətmi örülüdür?

Ya gök kübbən həsrətmi örülüdür?

Aramızda bir sədmi örülüdür?

Səndə yaşayamıram mən düşümü.

 

Sən olmasan, yer-göy mənə dar gəlir,

Bir ovuc soyumuş kül qədər gəlir.

Səndən uzaq qalmaq mənə ar gəlir,

Zəhirlər ruhumu, suyum, aşımı.

 

Demiştim, ya canımı istə Kərkük,

Onu bəxş et bir eşə, dosta Kərkük.

Sənə gəldim çiyinlər üstə Kərkük,

Aç toprağını, qucaqla nəşimi.

 

Daşın da ürəgi var

 

Daşın da ürəgi var,

Titrər yer titrəyəndə.

Daşın da ürəgi var,

Damar-damar qabarar

Güllər mor titrəyəndə.

İnsana bənzəməz, hardan baxsan, bax,

Daşdı, tək üzlüdü.

Dili yoxdu ağzında dolandırsın,

tək sözlüdü.

Gözü yoxdu,

ama coşar ürəkdən

boğazı yox, burnu yox nəfəs alsın.

yaşar ürəkdən.

 

Selə qarşı, yelə qarşı durub dayanır,

ağlı yoxtu, qaçmaq bilsin,

ağlı yoxtu, hesab etsin,

seçmək bilsin

karı, ziyanı.

Yerdə sürünəni sevməz

nifrət edincə dağ olur.

sevdiysə, ürəkdən sevər,

bir qoxusuz çol gülü üçün

ovulur, torpaq olur.

biz daş için savaşırıq,

biz ölərig, daşa nə olur.

düşər bin baş,

daş qalı, daş.

qanımızı süzə-süzə

ruhumuza vətən olur.

 

Daşın da ürəgi var,

bənzəməsə də bizə,

Qucağında yaşırığ,

Qucağında ölürüğ.

Daşın da ürəgi var,

daş demə ürəksizə.

 

Mosul

 

Bu toprak susamış canan istəyir,

Bu toprak vəfalı qurban istəyir.

Tozunu qoparan, daşını dələn

Yavuz atlılara dövran istəyir.

 

Kükrə, Gurgurbaba, yax siyah suyu,

Dağıt bu düzəni, poz bu pusquyu.

San pis petrol degil, saf qan gərək,

Hər Türkmanın qəlbində aç bir kuyu.

 

Dəclənin suları ağlasın artık

Nuh tufanı kimi çağlasın artık.

Teləfər səsiylə oxunsun əzan,

Xoyrat ürəkləri dağlasın artık.

           

Bu toprak susamış canan istəyir

Nurəttin Zəngidən fərman istəyir.

Atabəylər bəklər Qarasarayda,

Süleyman kimi bir sultan istəyir.

 

Sadun Köprülüyə ağı

 

Bu gün yenə xatirəni anarkən,

Dügümlənir boğazımda hecələr.

Qəlbində Gürgür qədər günəş varkən,

Nasıl oldu erkən çökdü gecələr?

 

Bəlkə də tam zamanında ayrıldın,

Tərtəmiz qaldın, kirlənmədi adın.

Gettin də, dürüstlük getti səninlə,

Bulanıq sularda yaşayamadın.

 

Bu gün göyə həsrət dolu baxarkən,

Say, say bitməz ayları, günləri də.

Sizlər haqqa vardınız çox erkən,

Bir yarıştı, bizlər qaldıq geridə.

 

Daha nə istəyirsən?

 

Həyatımı dilədin,

Həyatım sənin olsun.

İstədin boşluğumu,

Qoy sənə dolsun.

 

Gözlərimi bəyəndin,

Gözlərinə ərməğan.

Yerişim də xoş idi,

Dizlərinə ərməğan.

 

Tanrı sənin yerinə

Yorsun həmişə məni.

Uydum diləklərinə,

Daha nə istəyirsən?

 

Qarabağ

 

Şahlanır qıratlar, ulur bozqurdlar,

Qurtulur Qarabağ, qurtulur Turan.

Allahdan əmanət bizə bu yurdlar,

Kimsə set hörəcək, kim zəncir vuran.

 

Qarabağdan qopar bir çığlıq səsi,

Sədasına qarışır Kərkükün səsi.

İstanbuldan yüksəlir Türklük səsi

Tək deyil, yalnız deyil Azərbaycan.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!