Türkiyəli aktyor Levent Üzümçü: "Teatr tanrıları bizi bağışlasın" - Müsahibə

 

 

Türkiyəli aktyor və siyasətçi Levent Üzümçü 6 iyul 1972-ci ildə yunan mühacir ailəsində anadan olub. İbtidai təhsilini Qarşıqaya Aydoğdu İbtidai Məktəbində alıb, liseyi İzmir Əşrəfpaşa Liseyində bitirib. Daha sonra Eskişehir Anadolu Universiteti Dövlət Konservatoriyasında Teatr aktyorluğu üzrə və Los Anceles Film Məktəbində rejissorluq üzrə təhsil alıb.

2004-2009-cu illər arasında yayımlanan "Avrupa yakası" adlı serialdakı Cem Onaran rolu ilə məşhurlaşıb. Bir müddət aparıcılıq da edən aktyor daha çox teatr aktyoru kimi tanınır.

2015-ci ildə "Bir yay gecəsi röyası" adlı tamaşadakı roluna görə Sədri Alışıq Teatr Mükafatlarında "İlin ən uğurlu aktyoru" seçilib.

Bir müddət siyasətlə məşğul olan aktyor müxalif çıxışlarına görə 2015-ci ildə teatrdan uzaqlaşdırılsa da 2020-ci ilin martında yenidən İstanbul Şəhər Teatrlarına geri qayıdıb.

20 ilə yaxın psixoloji məsləhətçi Ebru Tuay ilə evli olan aktyorun Batu və Ata adlı iki oğlu var.

Aktyorun Türkiyə teatrının günümüzdəki vəziyyəti, irəliləyişi, uğurları və nöqsanları ilə bağlı verdiyi müsahibəni təqdim edirik.

 

 

- Son illərdə teatrda rəçarpacaq yişikliklər var: susən, k adamlıq pyeslər ddindən çox artıb. Sizcə, bunun bi dir?

- Əslində, hər hekayənin ekonomik tərəfləri də var. Komanda yığmaq, Türkiyənin hazırki şəraitində iqtisadi baxımdan çox çətindir. Çünki həddindən çox seriallar çəkilir, filmlər çəkilir və dotasiyalı teatrların proqramları da kifayət qədər doludur. Belə olanda başqa yerlərdən sənətçilər dəvət edib komanda yaratmaq, teatr bahalı iş olduğu üçün həm maliyyə baxımdan, həm də eyni zamanda strateji olaraq mümkün deyil. Adamların məşqdə iştiraklarını eyni vaxta salmaq, saatlarını uyğunlaşdırmaq müşkülə çevrilib... İnanın mənə, indi Türkiyədə dörd nəfərdən çox adamlıq tamaşa qoymaq artıq çox çətinləşib. Onunçün də məsələyə bir az da bu tərəfdən baxmaq lazımdır.

Əgər teatrlarımızda baş verən dəyişikliyi yalnız təkadamlıq tamaşaların artımında görürüksə, bu təbii ki, məhdud çərçivədən baxdığımızı göstərər. Heç bir şey yerində dayanmır. Teatr da dəyişir, illərə görə mövzular fərqlənir, mövzular tamam fərqlidir, aktyorluq standartları başqadır... Məsələn, tamaşa əvvəllər daha emosional oynanırdı. Həddindən artıq pafoslu. Aktyorlar hisslərini ifadə edə bilmək üçün daha çox pafosdan, qışqırıqdan istifadə edirdilər. Amma bu gün, xüsusilə serial və filmlərdə çox asanlıqla görə bildiyimiz, eşidə bildiyimiz səsli çəkiliş texnikasının inkişafı ilə aktyorluq da başqa yöndə irəliləyib. İndi aktyorlar çox aşağı tonda danışırlar. Texnikanın köməyi ilə səslər yüksək səviyyədə eşidilir, hisslər tamaşaçıya olduğu kimi çatdırılır. Bu da dediyim fərqlərlə baş verir. Təbii aktyor oyunu indi teatrlarda daha üstünlük təşkil edir. Yəni, həm təbii şəkildə oynayıb, həm də səsinizi normal, aşağı temprdə istifadə edirsiniz. Bütün bunlar, əlbəttə ki, yavaş-yavaş sınaqdan keçirilir. Təbii ki, insanlar bir müddət sonra eyni şeyi dəfələrlə izləməkdən və oynamaqdan sıxılırlar. Müxtəlif yeniliklər lazım olur, bunlar çətin işlərdir. Təbii ki, təhsil də dəyişir. Silsilə olaraq çox şey dəyişir və inkişaf edir. Biz buna bu yöndən baxa bilərik. Tək adamlıq tamaşalar, necə izah edim, teatrda baş verən dəyişiklər sırasında səhrada görünən su kimi bir şeydir.

- ddindən artıq vazökar, minimalist dekorlarla oynanılan tamaşaları necə qiymətləndirirsiniz? hnəki insanların sayı ilə yanaşı dekorasiya da azalmağa başlayıb. Bu barədeyə bilərsiniz? (n, kcə çiçək, bir çanta, bir qutuluq dekor əşyaları...)

- Bəli, elədir. Gəlin bunu bir az kobud şəkildə izah edim: Məsələn; bir aktyor geyimi və dekoru ilə problem yaşamağa başlayıbsa, demək ki, onun rolu ilə problemi var. Nə qədər az dekor, aksesuar, kostyum varsa bunun mənası budur ki, mətnə güvənirəm, aktyorluğuma güvənirəm. Amma çox təkmil dekorasiyalar, çox gözəl kostyumlar olması o demək deyil ki, aktyorluğuna güvənmir, aktyor ya da rejissor aktyoruna güvənmir.

Təbii ki, yenə də maliyə baxımdan yanaşmalıyıq bu məsələyə də. İstanbulda 200-ə yaxın teatr var. Bu, çox mühüm rəqəmdir. Nərdivan altında teatrlar da var bu rəqəmin içində və bu təvazökar teatrların uğurları da qiymətləndirilir. Bu mənim üçün çox vacibdir. 50-dən çox tamaşaçısı olan teatrlar kateqoriyalara daxil olur, qiymətləndirilir və onların tamaşaları münsiflər heyəti tərəfindən izlənilir. Yəni, indi mən bu axşam 500 nəfərlik zalda oynayıram, amma 50 nəfərlik zalda oynasaydım bu tamaşanı 10 gecə nümayiş etdirməliydim. Arada fərqə fikir verin. Bunlar çox vacib parametrlərdir. Diqqətli olmaq lazımdır. Bunlara münasibət bildirərkən, belə şeyləri nəzərə almaq lazımdır.

Minimalizm çox yerdə özünü göstərməyə başlayıb. İnsanlar indi evlərində daha az xalçadan istifadə edirlər, daha az divan dəstindən istifadə edirlər. Bu həyatın teatra yansımasıdır. Sənin soisal həyatındakı statusunun göstəricisidir. Məsələn, artıq çox qalın geyinmirlər, çünki çöldə çox vaxt keçirmirlər. Küçədə çox gəzmirlər. İctimai nəqliyyat, avtobuslar, metrolar çox artıb.Ona görə da çox qalın geyinib çölə çıxmırlar. Bu da bir növ minimalizmdir. Sosial həyata da təsir göstərir. Köhnə təmtəraqlı, yorucu şeylər yoxdur. Məsələn, 1970-ci illəri düşünün, o vaxtı dəbi, evləri, çərçivələri, mebel dəstlərini... İndi nə qədər sadə olmuşuq. İnsanlarda nə qədər az şey var. Həyatımızdakı bütün əşyaları azaldırıq. Lazımsız kapitalist xərcləri etmirik. Biz kapitalizmdə yaşasaq da, bunu etmirik. Bunların hamısı teatrda da öz əksini tapır.

- Teatr aktyorunun bir mövsümdə birdən çox tamaşada rol alması ona fiziki və psixoloji cəhətdən  necə təsir edir? Siz belə vəziyyətlə qarşılaşmısınız? Necə təsir göstərib?

- Dörd gün ardıcıl dörd fərqli tamaşada oynadığımı xatırlayıram. Yadımdadır, cümə axşamı İstanbul Xalq Teatrında bir tamaşada oynayıb, cümə günü başqa tamaşada oynamışdım. Həmin həftənin şənbə günü şəhər teatrında bir tamaşada, bazar günü də başqa bir tamaşada oynamağa getmişdim. Dörd ardıcıl gündə dörd fərqli rol oynamışdım. Bir müddətdən sonra təbii ki, çox yorulur adam. Amma Avropa belə işləyir. Ruhr Regional Teatrında (Theater a. d. Ruhr) bir aktyor dörd gündə dörd fərqli tamaşada oynaya bilir. Bu necə baş verir? Bir az avtomatlaşır insan, zövq almağı azalır. Amma həm də əyləncəlidir. Çünki bu gün başqa ertəsi gün başqa rol oynayırsan, hər gün eyni tamaşada oynamırsan. Əgər özünüzə bunun öhdəsindən gələ biləcək şəkildə diqqət etsəniz, həm fiziki, həm də mənəvi baxımdan, problem olacağını düşünmürəm. Düzü bilmirəm, Türkiyədə ardıcıl dörd gündə dörd fərqli tamaşada oynayan neçə aktyor var. Amma mən varam.

- Gələk səhnələrin vəziyyətinə. Xüsusilə İstanbulda çoxlu teatr var. Sizcə, ortalama olaraq bunlardan neçəsi teatr üçün uyğun məkandır?

- Qara dəniz sahili boyu Artvinə doğru gedəndə sağa, Artvindən İstanbula doğru gələndə sola baxanda binalar görürsünüz. Keçmişdə tikilmiş binalar da daxil... Əcnəbi birindən soruşsanız ki, buradakı insanlar hansı işi görməsinlər, birmənalı olaraq cavabları tikintidən uzaq dursunlar olar. Binalar çox səliqəsizdir. Məsələn, tikinti sahəsi Qara dəniz regionundan olan podratçıların əlindədir. Kərpiclər, formasızlıq, səliqəsizlik... Bizim, məncə, mədəniyyətimi içində çox olmayan oturaq həyat tərzi məntiqi binalarımızda da öz əksini tapır. Ruhsuz, darısqal... Yeni teatr yaratmaq istəyən, hər hansı çıxış yolu axtaran insanlar təəssüf ki, ancaq belə yerləri tapa bilirlər. Bu gün teatr binası kimi tikildiyi iddia edilən bir çox bina fiziki olaraq teatr binalarına bənzəmir. Akustika pisdir, tavan sızır, işıqlar parıldayır və əks olunur. Dirəklərin üzərinə bərkidilmiş işıqlar altında oynaya bilməzsən, oraya qalxıb o işıqları hərəkətə gətirə də bilməzsən. Bu cür ağılları yerindən oynadan "mühəndizlik şah əsərləri" var günümüzdə.

Təbii ki, bina tikintisi ilə bağlı bu cür dəhşətli problemlər olan yerlərdə yaxşı səhnə tapanda sevinən aktyorlardan biriyəm mən də. Bu sistemdə bəzən çox nadir hallarda yaxşı səhnələrə rast gəlmək mümkündür. Məsələn, bir ticarət mərkəzi var. Onun yuxarı mərtəbəsində zal var. Oynadığım ən yaxşı zallardan biridir Türkiyədə. Möhtəşəm zaldır. Akustikası, effektləri çox möhtəşəmdir. Ən yuxarı mərtəbədədir, yəni birincə mərtəbədə də deyil. Yaxşı zalların, səhnələrin azlığı böyük problem yaradır. Özünüz təsəvvür eləyin, akustikası çox yaxşı olan bir yer olsa, bütün səhnələr elə olsa, sən də öz rolunu müəyyən standartlara uyğun oynaya bilərsən. Məsələn, indi danışdığım səs tonu ilə danışa bilərəm. Heç kim arxadan "Səs"! deyə qışqırmaz.

Mən 2500 nəfərlik yerlərdə oynamışam. Bu yaxınlarda bir özəl zalda oynadıq. Tamaşada, təəssüf ki, mikrofon istifadə etməli olduq. Müxtəlif səbəblərə görə. Mikrofonlarımız da, təəssüf ki, çox pis idi. Səs sistemi bərbad id. Final alqışalarının sədaları altında üzümü tamaşaçılara tərəf tutub dedim: "Eramızdan əvvəl 2500-cü ildə 3000 nəfərlik bir amfiteatr tikəndə heç bir səs sistemi yox idi və onlar öz səslərini bir-birlərinə eşitdirə bilirdilər. Çırtma səsi də eşidilirdi. Biz 21-ci əsrdə mikrofonlarla səsimizi eşitdirə bilmədik. Teatr tanrıları bizi bağışlasın".

- Sizi aktyor kimi teatrda narahat edən; Şikayətçi olduğunuz hallardan birini mənə deyə bilərsiniz?

- İntizam. Mən nizam-intizamdan şikayətçiyəm. Bir maddə kimi bunu deyə bilərəm. Sadəcə bir sözlə ifadə etmək istəyirəm: İntizam. Hər kəsin nizam-intizamı.

- Teatr jurnallarını, xüsusən teatr tənqidini nə dərəcdə izləyirsiniz və necə qiymətləndirirsiniz?

- Məncə, teatr jurnalı indi demək olar ki, qalmayıb. İnternetdə yayımlanan "Teatr" jurnalı var. Onu deyə bilərəm. Teatr tənqidi mənim artıq izləyə bildiyim bir şey deyil. Düzünü desəm, kimsə gəlib soruşsa ki, nə qədər teatr tənqidçisi var, onu da bilmirəm. Məsələn, teatr tənqidçilərinin köhnə yazılarını xatırlayıram. Teatrı və tamaşanı təqdim edirdirlər. Pyesin yazılma səbəblərini, yazıldığı dövrü, aktyorların çıxışlarını, rejissorun, bütün yaradıcı heyətin işini və aktyor işini qiymətləndirirdilər. Bu aktyor necə oynadı, o biri necə oynadı və s. Artıq xeyli vaxtdır, çox uzun müddətdir, mən tamaşalar barədə tənqidi yazı oxumuram. Çap olunan teatr jurnalı da görmürəm. Təəssüf ki, buna maraq günü-gündən azalır. Dediklərimə əhəmiyyət vermədiyim üçün deyil, səhv başa düşülmək istəmirəm. Bəlkə də, həddindən çox teatr olduğuna görə daha onu izləyə bilmirik.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!