"Ədəbiyyat qəzeti"nin baş redaktoru, dəyərli Azər Turana
Hörmətli Azər bəy!
Türkiyənin sayılıb-seçilən görkəmli ədəbiyyat xadimi, uluslararası ədəbi əlaqələrin yorulmaz və fədakar nümayəndəsi, yazıçı, tədqiqatçı və naşiri olan doktor Mehmet Doğan uzun illər (1978-1996) Türkiyə Yazarlar Birliyinə rəhbərlik etmiş və Birlik Yayınlarının qurucusu olmuşdur.
Mehmet Doğan həm də Türk Dili ve Ədəbiyyatı Ensiklopediyası və Türk Ailə Ensiklopediyası yayınlarının yönəticisi, Türkiyə Yazarlar Birliyi Vakfı və Türkiyə Könüllü Təşəkküllər Vakfının qurucularından biridir. Dəfələrlə Türkiyə Kültür və Turizm Bakanlığının təltif və mükafatlarına layiq görülmüşdür.
Mehmet Doğan hazırda Türkiyə Yazarlar Birliyinin Şərəf Başkanı və Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət Başkanıdır.
Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin rəhbərliyi və iştirakı ilə İstanbul şəhərində keçirilən (9 iyun 2022-ci il) Türkçənin 14-cü Uluslararası Şeir Şöləninin açılış mərasimində Mehmet Doğanın çıxışının mətnini oxucular üçün maraqlı ola biləcəyini düşündüyüm üçün Sizə göndərirəm.
Hörmətlə,
Ramiz Qusarçaylı
Mehmet DOĞAN
Türkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya "Şeir işi"
Nə qədər gec və ya bir xeyli erkən!
İlk bayramımızın üzərindən 30 il keçdi. Səbrimizin tarıma çəkildiyi illəri geridə buraxdıq...
Osmanlının ön sözündə, Bursada başlamış, oradan köklərimizə doğru yerimiş, Konyaya varmışdıq, - bu torpaqlardakı şeirimizin qaynağına, yəni Mövlanaya və Yunusa.
İstanbul alınmaz bir şeir qalası idi bizim üçün. Güclü mühasirədən sonra fəth edilə bilən hündür bir qala... Buraya gəlmədən 12 ölkə dolaşdıq, toparlanmaq, güç toplamaq üçün!
"İstanbulun daşı-torpağı altun" deyirlər. Bunu bilmirik, fəqət İstanbulun daşının, torpağının, havasının, suyunun şeir olduğundan şübhə yox.
Şairi bol, şeiri hesabsız bir şəhərdir İstanbul. İstanbul üçün yazılan şeirlər cildlərlədir; İstanbulda yazılanlar ondan qat-qat çoxdur.
"Türkcənin şah əsəri olan şeirlərin çoxu bu şəhərdə yazılmışdır" desək əsla yanlış bir şey söyləmiş olmarıq.
İstanbul Türkcənin səltənət sürdüyü bir şəhərdir!
Gəncliyini İstanbulda keçirdikdən sonra uzun sürə bu şəhərdən uzaq qalan Yusuf Nəbi:
Nəbi əcəbmi sözlərimiz olsa binemek
İstanbulun lisanını unutduq kənarda.
(Nəbi, sözlərimizin duzsuz olması şaşırtıcı deyil, çünki İstanbulun dilini kənarda unutduq.)
İstanbulun dili şeirli bir dil idi, sağlam bir şeir dili idi.
Yer üzündə ən çox "şeir kimi" deyilən yer İstanbul olmalıdır. Həqiqətən elədir.
"Şeir kimi", amma şeir deyil! Şeirə aid edilən yüksək dəyər belə bənzətmələrə, ümumiləşdirmələrə yol açır; şeir bir baxıma gözəlliyin sinonimi olur. Özü də şeir kimi bir yerdə, İstanbulda şeirdən danışırıq, şeirdən bəhs edirik. Gözəllik hər zaman ağlımızı aşır, hissimizi hərəkətə gətirir.
İstanbuldakı bu şeir bərəkətini nəyə bağlamalıyıq?
Məndən soruşsanız, "İstanbulu bir şair fəth etdi, ondan" deyərdim.
Dəliqanlılığını şairliyi müşayiət edən bir komandan, bahar aylarında, əsgərləri ilə Konstantinopolis divarlarını mühasirəyə aldı. Şeir kimi bir mövsümdür; gəlinciklər, lalələr, güllər açmışdı, tam da lalə mövsümü sona yaxınlaşarkən Bizans bu mühasirəyə tab gətirə bilmədi. Divarlar yarıldı, müqavimət qırıldı, bütün bahar çiçəkləri divarlardan içəri doluşdu. Və divarların üzərində bayrağımız lalə şəklində göründü. İstanbulun fatihi şair Avni bu xoş hadisəni tarixə həkk etdi:
"Fəthi İstanbula fürsət bulmadılar evvelün
Fethidüb Sultan Məhəmməd dedi tarih: Ahirun".
(Əvvəl gələnlər İstanbulu fəth edə bilmədilər, sonra gələn sultan Mehmet fəth etdi, bu da Son! - dedi).
Elə bu "ahirun" hicri 857-yə uyğun gəlir.
XX yüzilimizin böyük şairi, şeir təfəkkürü olan ustad Yəhya Kamal şeir yazmaqdan deyil, söyləməkdən söz açır. Şeir söyləmək, tərənnüm etmək, yaratmaq, oxumaq... Şairin gördüyü iş budur.
Köhnə Türkcədə hələ də bəzi ləhcələrdə ır, cır, yır şeirin qarşılığı olaraq görülür. Irlamak, cırlamak, yırlamak... (Şarkı söyləmək).
"Yır" Divanü Lügati't-Türkdə "şeir oxumaq" deməkdir.
Asim ictimai məkanda şeir söyləyən adama deyilir, - ifadəsi var. Yəhya Kamalın zamanı, XX yüzil, şeirin söyləndiyi deyil, yazıldığı dövrdür halbuki. Buna rəğmən oxunan, səsləndirilən və dinlənən sözün şeir olduğunu vurğulamaq arzu olunur. Şeirin ahəngi, musiqisi diqqətdən qaçırılmamış olur beləcə.
Şeirin sıradan bir söz olmadığı çox təkrarlanan bir görüşdür. Köhnə şairlərimizə ipucu kimi deyildiyini burada xatırlamamız gərəkir. Bunlar cazibəli halda şeir söylərdilər və əksəriyyət bunu sazla da tərənnüm edərdilər. Ötələrdən gələn bir səsdir onların səsi... Əslində Anadoluda geniş yayılan "aşıq" sözü də eynı zəmindən bəslənən bir kəlmədir. Aşıq Haqq aşığıdır, o, "Haqdan gələn şərbəti içmiş" sənətkardır. Və onun sözü bu olur:
Süzüldük, bulaq olduq, birləşib bir çay olduq,
Axıb dənizə dolduq, daşdıq əlhəmdülillah.
Bütün köklü ədəbiyyatlarda şair başlanğıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir söz deyildir.
Şeir zühur edər, doğular... Bir eşqə, hətta ilahi bir qaynağa yol açar. Füzuli şairin ilahi bir yardıma nail olmadan qüsursuz şeir söyləməyəcəyini bəyan edir. Yenə də şeir ilahi mesajı yayan peyğəmbərlərə deyil, şairlərə məxsus bir sənətdir.
Şeir kəlməsinin kökünə düşsək, mənsubiyyətinə varsaq, buraya qədər söylədiklərimizin təsdiqinə məcbur edilə bilərik. Şeir "bilmək", daha doğrusu, "intuisiya etmək" demək; bu halda şair də "bilgili", "duyumlu" demək olur. Şeirin bu mənada şüurla bağlantısını asanlıqla qura bilərik.
Bir az öncə böyük lirik şairimiz Füzulinin görüşlərini paylaşdıq. Füzuli bunu söyləməklə bərabər, elmsiz şeirin təməlsiz divara bənzəyəcəyini bildirir, bu üzdən dəyəri yoxdur deyir. Şairin gerçək şeirlə ulaşması üçün ağıl və nağıl elmləriylə zəngin olması şərtdir. Bilgiylə, elmlə yüklənən şair yenə də ilahi ilhama möhtaçdır. Füzuli də çox böyük şairlər kimi quru elmlə könlü xoş deyildir əslində:
İlim kesbiyle paye-i rifat
Arzu-i muhal imiş ancak.
Aşk imiş her ne var alemde
İlim bir kıyl ü kaal imiş ancak.
(Elm əldə edərək yüksək dərəcəyə ulaşmak imkansız bir arzu imiş, aləmdə nə varsa eşq imiş, elm bir dedi-qodu imiş ancaq!).
Biz şair deyilik, təriflərlə məşğuluq. Fəqət müşkül bir mövqedəyik, tərifi çox zor bir şeyi açıqlamağa çalışırıq.
Bəzi şairlər gördükləri işi tərif etmək ehtiyacını hiss etmişlər. Bunlardan biri, sağlığında şairliyi öndə görünən, fəqət vəfatından sonra ədəbiyyat nəzəriyyəsi ilə, romançılığı ilə daha çox tanınan Əhməd Həmdi Tanpınardır. Onun tərifi belədir: "Bu, bəlkə ani bir cəhdlə özünü tapan ruhun, insandakı əzəli həqiqətlə təmasından doğan bir söz konusudur; bəlkə gözəllik dediyimiz idealla bir an baş-başa qalmanın verdiyi məst halıdır. Bu mənada deyilə bilər ki, şeir və sənət fərdin ən mütləq və hürr sürətlə özünü idrak etdiyi zirvədir".
Tanpınardan söz açıb onun üstadından, Yəhya Kamaldan bəhs etməmək olmaz.
İstanbuldayıq, şeir kimi bir yer olduğunu hər kəsin qəbul etdiyi bir yerdə... Şeir kimi yer, bizdə estetik hissləri qızışdırır, bədii həyəcanlar oyadır. Belə yerlərdə bir an şair olacağımız gəlir, şeir söyləmə hissi, ürpərtisi ağuşuna alır bizi. Hə, demək, yaxşı şeir sırf belə hisslərdən, həyəcanlardan doğan bir şeydir, eləmi? Bu suala tamamən "xeyr" deyə bilmərik, fəqət şeirin qaynağı sadəcə belə hisslər, həyəcanlar olmamalıdır.
Yəhya Kamal deyib: "Şair doğulmuş olanlar belə nəzm etmək qabiliyyətini yavaş-yavaş əldə edirlər. Şairin şair olaraq doğulduğuna dair əski bir inanc vardır ki, bu doğrudur; bununla belə, heç bir ədəbi tərbiyəyə möhtac olmazlığın yetişə biləcəyini iddia edənlərin sözləri isə əfsanədir". "Hər sənətdə olduğu kimi şeir sənətinə də doğuluş zamanı arxayın olmaq olmaz. Ya bir eşq və ya bir ideal bir şairin inkişaf etməsinə, hissini ifadə etmək üçün dilində bir qüdrət aramasına səbəb ola bilər".
Hər tarif (spesifikasiya) başımızı qarışdırır, deyilmi? Bu qaçınılmaz, çünki gördüyümüz iş qolay bir iş deyil, ciddi bir işdir, "şeir işi"dir.
Hər sənət sənətkarına təsir etdiyi kimi, şeir də bizə təsir edir. Hissiyyatı oyandırır, düşüncə doğurur, həzz verir. Dil zövqü ən yüksək şəkildə şeirdən alınır. Bəs bu zövq şeirin təsiri anlamıyla, açıqlığı iləmi olur? Buna ən kəskin etirazı XX yüzilimizin ən böyük şairlərindən Əhməd Haşim etmişdir: "Şeir demə dərin qatların aydınlığına açılan şeir kitabının sələfidir". Bu ön söz, "Bir günün sonunda arzu" şeirinə edilən etirazlar üzərinə yazılmışdır. Şair bu axşam vaxtı şeirini "Göllərdə bu dəm bir qamış olsam" misrası ilə bitirir ki, ən çox da bu misra dartışılır. Şair bizə bir axşam təsviri yapır, fəqət bu, alışılmış bir təsvir deyildir. Güllərdən, sübh vaxtı günəşdən, qamışdan, qızılı qüllələrdən, aləmlərimizdən səfər eyləyən quşlardan, suya əks edən gümüş kəmərdən, sehrli bir yay-kaman olan səmadan söz edər və axşam kəlməsini bir sehr formalaşdıracaq şəkildə təkrarlar:
Axşam, yenə axşam,
yenə axşam,
yenə axşam,
yenə axşam...
Və Haşim belə söylər: "Şairin dili nəsr kimi anlaşılmaq üçün deyil, fəqət duyulmaq üzrə vücud tapmış musiqi ilə söz arasında sözdən ziyadə musiqiyə yaxın bir lisandır, dildir". "Məna araşdırmaq üçün şeiri deşib sökmək, yəni tərənnümü yay gecələrini həzinliyə bələyən məsum quşu əti üçün öldürməkdən fərqli olması gərək. Bir ət zərrəsi susdurulmuş o sehrli səsi doldurmağa kifayət edərmi?".
Sənəti özüylə açıqlayan görüşlər şübhəsiz öz gerçəkliyi üzərindən təhlil edilir. Fəqət qayəsi özü olan bir sənət haraya qədər insanı qucaqlar? Tamamən faydasız sənətdən söz etmək nə qədər doğrudur? Şübhəsiz, sənət də faydasız deyildir, sənət qayədən, məqsəddən yoxsul ola bilməz. Sənətin gözəlin, insan ruhu, hissiyyatı və ağlı üzərindəki təsirini əzəmətli qayə və məqsədlər üçün hərəkətə keçirmək tamamən vaz keçilə, imtina edilə biləcək bir şey deyildir. Təbliğ, daha xəfif təlqin, tamamən səadət xaricində buraxıla bilərmi? Bu arada şeirin təlqini, təbliği aşacaq şəkildə, propaqanda (təbliğat) məqsədli olaraq istifadə edildiyini unutmayaq.
Beləliklə, bildiyimiz, dəyər verdiyimiz xeyli şair var ki, sənətlə ideal arasında güclü bir bağ qurublar. Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil, Nazim Hikmət... Bu isimlər, bu adlar Haşimlə, Tanpınarla eyni dövrdə yaşamış və hər biri düşüncələrini, ideallarını şeir diliylə ifadə etmək yolunu tutublar. Bunun dönəmlə, bəzi zərurətlərlə əlaqəsini qurma məsələsində Mehmət Akif bizə yardımcı ola bilər. Şeirini imanı, idealı, vətəni, milləti üçün bilmiş olan Akif, böyük şeir qüdrətini bu uğurda həyata keçirmişdir. O, günlük hadisələrdən tarixə yazılacaq mühüm və baha başa gələcək hadisələrə qədər bir çox mövzunu nəzm şəklində ifadə etmək yolunu seçmişdir. İçini, ruhunu narahat edən vəziyyətlərdən xilas olmaq, saf poeziya kimi saf insanlıq onun şüarı olmuşdur. Fəqət bir zaman gəlmişdir ki, şairin həyatın içindən çıxış etməsi anlamını itirmişdir. Halbuki "Gecə", "Hicran", "Səcdə" kimi şeirləri belə bir dövrün məhsuludur. Bu durum, bu vəziyyət Akifin yaxınında olanlar tərəfindən də fərq edilmiş və vadini dəyişdirdiyi, tərzinin kənarına çıxdığı ifadə edilmişdir. Akif buna qarşılıq əsl vadinin bu olduğunu, millətinin, vətəninin içində olduğu durumdan ötrü təlqinçi, təbliğçi şeirlər yazdığını ifadə etmişdir. Hətta onun "gül dövründə yaşasaydım, bülbül olardum" dediyi söylənilir.
Şeirimizin yenidən təşkili sonrası daha çox vətən, millət, insan və s. kimi anlayışlar üzərindən danışması şeirin özünün qeyb olmasına yol açmışdır. Şeirin əsl yatağına dönməsi haqqında Əhməd Haşim kimi şairlərimizin ortaya qoyduqları münasibət çox önəmlidir. Şeiri içimizə, mənimizə döndərmək, təmiz şeirin qaynaqlarını xatırlamaq da bu istiqamətdə bir vəzifə halına gəlmişdir.
"Söndürün lampaları uzaklara gideyim
Nurdan bir şehir gibi ruhumu seyredeyim!".
Haşimlə ən əks nöqtədə bulunan, "sözüm odun kimi olsun, doğru olsun təki" deyən Mehmet Akif an gələr, ruhunun vəhyini duymaqdan söz edər. "Çanaqqala şəhidlərinə" şeirinin yüz ildir əksilməyən təsirini bu duyuma bağlamaq yanlış olmaz.
Sözün burasında gerçək şeirin sirrinə təsir etmənin heç də qolay olmadığını söyləmək əzmindəyik: Şeir sözü qanadlandırır, hissi dərinləşdirir, düşüncəni zənginləşdirir. Şairlərin insan olma keyfiyyətimizi yüksəldən hikmətlər halında zehinlərimizə yerləşən sözləri ümidlərimizi bəslər. Fəqət şeir artıq həyatımızda əvvəlki qədər yer tutmur. Son illərdə içinə yuvarlandığımız sıxlığın, bəsitliyin, bayağılığın, əvvəlki təbirlə çökməsinin səbəblərindən biri də budur. Artıq şeirdən danışmırıq, şeiri müzakirə etmirik, şeiri oxumuruq, şeirin dünyasının kənarında qaldığımız üçün üfüqümüz daralır, hissimiz korşalır, insanlığımız əksilir.
Burada şeirin də ərazisini daraltdığını xatırlamamız gərəkir. Şeir vəzni, qafiyəni, ahəngi, musiqini bir kənara buraxdı. Bunlar gərəklimiydi? Anlam tək kişinin şifrəsinə çevrilməliydimi? Şeir bu qədər kişiləşməli, fərdiləşməliydimi? Bu suallara cavab vermək fikrində deyiləm, sadəcə müşahidələrimi paylaşıram... Şairlər artıq əvvəlki kimi topluma mal ola, sahib ola bilmirlər; qüsur onlardamı, xalqdamı?
Xalqın zövqünün də şeirden uzaqlaşdığı görünməkdədir. Heç bir dövrdə, xalqın paylaşdığı musiqi, ədəbiyyat, şeir, sənət zamanımızdakı qədər bəsitləşmədi, görünür, xalqın zövqü poeziyadan uzaqlaşıb. Heç bir zaman xalqın paylaşdığı musiqi, ədəbiyyat, şeir və incəsənət bizim dövrümüzdəki qədər sadə, dayaz və çılız olmamışdı. Elə bir dövrdə yaşayırıq ki, seçkinlər-seçilmişlər də kütlə kültürünə, kütlə mədəniyyətinə qapıldı, yüksək sənəti idrakdan, incə zövqləri təftişdən seçib ayırmaqdan uzaqlaşdı. Cövhərin qədrini bilən sərraf qalmadı. "Kütlə kültürü" dediyimiz dəniz isə ən böyük okeanlardan belə böyükdür, fəqət dərinliyi bir neçə santimetrdən ibarətdir!
İstanbulda, şeirin paytaxtında bu məsələlərin təhlilinə və izah olunmasına yardımçı olan təfəkkürə ehtiyacımız var.
Nə yanar kimsə mənə atəşi dildən özgə,
Nə açar kimsə qapım badi səbadan qeyri.
Şair üçün yanan könül atəşidir, başqa bir şey deyil, qapısını açan sabah rüzgarıdır, qeyrisi deyil!
Şeir dünyamızın mərkəzindəyik, şərqimiz, qərbimiz, cənubumuz, şimalımız burada. Bu geniş coğrafiyaların şairlərinin şeir tərənnümlərini dinləyəcəyik üç gün boyunca. Bu şölən vəfatının 60-cı ilində Əhməd Hamdi Tanpınara ithaf edildi.
Bu şöləndə adına ödül verilən böyük şairlərimizdən biri Baxtiyar Vahabzadədir.
Onun şeirdən ötə ilgiləri bəsləyən bir tərzi var idi. Və o, Qarabağ məsələsini dərd edənlərdən idi. Yazılarında, şeirlərində bu mövzu çok işlənmişdir və o, Qarabağ həsrəti ilə getdi, fəqət nə mutlu bizlərə ki, Qarabağdakı işğalın bitdiyini gördük, hamımız şad olduq. Bu şölənimiz eyni zamanda Qarabağa və Azərbaycana bir salamdır.
İlk şölənimizdə, 1992-ci ildə Bursada Türk dünyasının şairlərinin ilk dəfə bir araya gəldiyi günlərdə Qarabağ acısı ürəklərimizdə idi. Özbəkistanın böyük şairi Rauf Parfi kürsüdən bu şeiri oxudu:
Azərbaycan, sən yalnız imişsən!
Azərbaycan, sən yalnız deyilsən!
Anlatmağa, anlayan başlar hanı?
Ağlatmağa, ağlayan yaşlar hanı?
Sən yalnız deyilsən, ey Azərbaycan,
Ürpərtməyə hayqıran daşlar hanı?
Sən yalnız deyilsən, ey Azərbaycan.
Bu vəsilə ilə mərhum Rauf Parfi və ilk şölənimizdən bu günə sonsuzluq aləminə köçən şairlərimizə rəhmətlər diləyirik.
Əziz şairlərimiz, bu dünyada yalnız deyilik. Şərqdən qərbə, şimaldan cənuba dildə, fikirdə, işdə birliyə susayan və can atan milyonlarıq! Və İstanbuldayıq!
Şeirli günlər diləyilə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!