Unudulmuş Şuşa irsi - mühacir şair və yazıçı Mirzə Abay Dağlı
Əslən Şuşadan olan, lakin Sovetlər Birliyi dövründə Türkiyədə mühacirətdə yaşamaq məcburiyyətində qalan şair, yazıçı, dramaturq Mirzə Abay Dağlı (əsl adı Cəmil Ağayev) 1906-cı ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra Şəkidə müəllimlik etmişdir. Sonra Bakıda aspiranturaya daxil olmuş, 1941-ci ildə Sovet -Alman müharibəsində iştirak etmişdir. Müharibədən sonra Türkiyəyə getmiş və mühacirət həyatı yaşamışdır. O, 1975-ci ildə burada da vəfat etmişdir. Mirzə Abay Dağlının Azərbaycan oxucusuna məlum olmayan zəngin yaradıcılıq irsi vardır. O, aşağıdakı maraqlı əsərlərin müəllifidir: "Dədə Qorqud", "Füzuli", "Sakarya qərargahı", "Natəvan", "Okullular", "Gənc ata" və s. Onun çox maraqlı publisist yazıları da vardır. Həmin məqalələrdən birini - Münhendə nəşr edilən "Birləşik Qafqasya" jurnalının 1953-cü ildə 9-cu sayında çap olunmuş yazısını ilk dəfə olaraq oxuculara təqdim edirəm.
Nəsiman YAQUBLU
Mirzə Abay Dağlı
İnanmıyoram!
Yeni Sovet hökmdarı Malenkov taxta çıxarkən bir taqım (dəstə) liberal tədbirlər aldı. Mağazalarda mövcud bulunmayan malların fiyatını (qiymətini) endirdi, 10 minlərlə insanı əfv edərək həbsxanalardan çıxardı (əfv qanunu məhkumların yüzdə doxsanını təşkil edən siyasi suçlulara şamil deyildi) və ən mühümü Stalinin "kapitalist və sosialist sistemlərin sülh halında yaşaya biləcəklər" imkanı haqqındakı əskimiş "nəzəriyyəsini" meydana çıxararaq, kəndi "sülhpərvərliyinə" dair geniş propaqandaya girişdi. Sovet propaqandası iyi (yaxşı) niyyət və hürr məmləkətlərlə əmtəə mübadiləsi hekayələrilə hürr dünya insanlarının gərilmiş sinirlərini təskin etməyə (az-çox müvəffəq olmağa) çalışmaqdadır.
Bəsit və safdil avropalı və amerikalıların Malenkovun hekayələrini ciddiyə aldıqlarında şaşılacaq bir şey yoxdur. Fəqət əsl şaşılacaq şey, Malenkova inananlar arasında, gərək kəndi xalqlarına və gərəksə bütün demokratik hürr dünyaya qarşı məsuliyyət dərxutə etmiş olan kimsələrin də bulunmasıdır.
- Bu gün müsyö Vişinskiy Birləşmiş Millətlər Qurulu toplantısına girərkən gülümsəmişdir, demək ki, sülh olacaq!
- Mister Qromıko qəzetçilərin bəzi suallarını cavablandırmışdır, artıq rahat nəfəs ala biliriz!
- Bizzat (xüsusilə) yoldaş Molotov belə, dişləri arasından sülhə dair bir şeylər mırıldanmış və hətta, oh nə böyük fədakarlıq, kəndisinə aid olmayan Türkiyənin şərq vilayətləri üzərindəki tələblərindən vaz keçmişdir, demək ki, sülh ümidi vardır! və ilhahi...
Halbuki bolşeviklər kəndi ənənələrinə sadiq olaraq, hər şeydə yalan söylüyorlar. Onlar bu ənənələrinə kəndi şeflərinin cənazəsi başında belə sadiq qaldılar və bütün dünyaya Moskva radiosu vasitəsilə, Stalinin cənazəsi önündən, 72 saat zərfində, 5 milyon insanın keçmiş olduğunu elan etdilər. 72 saat zərfində 5 milyon kişi! Moskva radiosunun rəqəminə inanacaq olursaq, xalqın ikişər olaraq Stalinin cənazəsi önündən saatda 35 kilometr sürətlə qoşaraq keçmələri icap ediyor. Bolşeviklər zatən başqa dürlü yapamazlar, çünki onlar yalan içində doğulmuş, yalan sistemi içində tərbiyə almış və böyümüşlərdir.
Dağıstan və Çeçen milliyyətçilərinin bolşeviklərə qarşı üsyanını idarə etmiş olan məşhur İmam Nəcməddin, daha 1920-də, bolşeviklərin mücadiləyi kəsərək kəslim olmasına və buna müqabil ona və arkadaşlarına toxunmayacağına və hürriyyət içərisində yaşaya biləcəklərinə dair əmin edərək verdikləri təminata cavabən şöylə demişdi: "İnanmıyorum, çünki bolşeviklər verdikləri sözü tutmazlar. Bu, onların qanunlarına ayqırıdır (ziddir)".
Fəqət İmam Nəcməddin bilə-bilə arkadaşlarının həyatını qurtarmaq ümidilə, bir müddət sonra bolşeviklərə təslim oldu. Bolşeviklər onu saxta bir törənlə qarşıladılar. Sonra onu əyalət şeflərinə təqdim etmək bəhanəsilə Rostov şəhərinə götürdülər və orada onu və arkadaşlarını sorğusuz və məhkəməsiz qurşuna düzdülər. Nəşini vətənə götürmək və ya heç olmasa İslam adətlərinə görə məhəllində dəfn etmək ricasiylə Dağıstandan Rostova gələn əqrəbalarına rədd cavabı verən bolşeviklər bir müddət sonra heyət halında ricada (heyətdə) bulunanların həpsini tovqif (həbs) edərək, bir qismini edam, geriyə qalanları da Sibiryaya sürgün etdilər.
Sovet ümərasının bugünkü kadrosu, əsas etibarilə bolşeviklərin karyerist-idarəçilər okulundan (məktəbindən) yetişmiş yeni nəsildən mütəşəkkildir. Sovet sistemi xüsusi okullarda idarə elmini təhsil etmiş olan profesyonel-idarəçilər tipi yetişdirmişdir. Bu elmin əsası budur:
1) Partiya və rejimə sədaqət.
2) Amirlərə kor-koranə itaət.
3) Bütün insani hisslərdən məhrum, haqq və mərhəmət məfhumlarından ari (uzaq), sərt xarakterli idarəçi-məmur, makinə insanın imali.
Sovet məmuru tərbiyə görmüş bir heyvan kimi, yalnız amirlərinin əmrin infazını bilməkdədir. O, "öz babanı öldür" əmrini alsa, bilatərəddüd öldürəcək, məsum birinə "dayak at" desələr, dərhal atacaqdır. Bu okulun məzunlarında, Ekim (oktyabr) ixtilalını (inqilabını) yapan əski ixtilalçı-bolşeviklərdə və ya heç olmasa bir qismində bulunan məfkurədən heç bir əsər yoxdur. İdeoloji, bugünkü Sovet idarəçilərinə, ancaq bir demaqoji silahı olaraq hizmət ediyor. Ağızdan əskik olmayan sosyalizm uğrunda mücadilə sözləri yalnız xalq üçündür, həqiqətdə isə bu parola, bolşevik iqtidarının qüvvətlənməsi, şəxsi müvəffəqiyyət, böyük-kiçik Sovet idarələrinin sandalyası üçün mücadilə deməkdir. Malenkov, bu gün məmləkətə hakim olan bu yeni karyerist-idarəçilər nəslinin ən tipik bir müməssilidir. Onlar iqtidarı, qorxunc 1937-38-ci illərdə zəbt etdilər. O illərdə, səbirsizliklə iqtidarı əllərinə keçirmək istəyən gənc bolşeviklər, "xalq düşmənləri" ilə mücadilə parolu altında, milyonlarla məsum vətəndaşları imha (məhv) etməklə bərabər, uzun zamandan bəri sıcaq sandalyalarda oturan xocaları əski bolşevik müməssillərinə (təmsilçilərinə) də əzici bir zərbə endirdilər.
Sovet profesyonel idarəçiləri sosyalizm quruluşu haqqındakı hər dürlü utopik ideyalardaaan çox uzaqda bulunuyor və fantastik kommunist cənnəti xüsusunda da heç bir xəyala qapılmıyorlar. Onlar, realist insanlar kimi, yalnız kəndilərini düşünüyor və dünya nemətlərinin yalnız onlar üçün - mümtaz yarı ilahlar qrupu üçün - yaradılmış olduğunu sanıyorlar.
Sovetlər Birliyinin bir şəhərinə gedəcək olursanız dərhal gözünüzə iki aləm - əfəndilər və kölələr aləmi - çarpar. İyi (gözəl) bəsli, təmiz və gözəl geyinmiş, kəndi həyatlarından məmnun Sovet zadəganları lüks avtomobillərdə gəziyor, onlar üçün xüsusi olaraq yapılmış köşklərdə və ya böyük apartmanlarda oturuyorlar. Onlar bir taqım bürokratik nizamlar və qanunlarla, kəndilərini xalqdan tamamilə ayırmışlar və xalqa, proletar bayramları münasibətilə, tribunların önündən keçən səssiz, asıq surətli nümayişçilər kütləsinə basma qalıb partiya şüarlarını söyləyərək, sənədə (ildə) ancaq 2-3 dəfə görünüyorlar. Başqa bir zaman onları görmək bəsit bir fani üçün imkansız bir şeydir. Moskva zadəganları şöylə dursun, fəqət hər hansı bir bölgə şefinin lüks bürosuna girmək, təhqqüqü qeyri-mümkün bir xəyaldır.
Digər tərəfdən, pəjmürdə qiyafətli, yarı ac, məzlum və məchul yarının qarşısında aclıqdan, soyuqdan və qorxudan titrəyən bir kütlə vardır. Bu kütlənin həyatı o qədər bəsit, o qədər yeknəsəq və yaşama qayğısiylə o qədər yüklüdür ki, buna səfalət ismi vermək belə çoxdur.
Bu münasibətlə Şimali Qafqasyanın bir qisminin əskidən və halən bölgə mərkəzi olan tipik təşra şəhəri Stavropolu xatırlamadan keçəməyəcəyiz. Ən böyük və məmur evlər bölgə şefləri tərəfindən işğal edilmişdi. Bölgə komitəsi sekreteri (katibi) Suslov (indi Sovetlər Birliyi Kommunist partisi sekreteridir) 4 nüfuslu ailəsilə, 15 odalı bir köşk işğal ediyordu. Bölgə icra komitəsi başqanı Şadrin daha "mütəvazi" idi və üç nüfuslu ailəsilə "ancaq" 12 odalı bir köşkdə oturuyordu. Onların müavinləri və digər yüksək məmurlar Ş rütbələrinə görə, əsgəri 5-6 odalı apartmanlarda yaşıyorlardı.
İşçi ailələri və məmur ailələrinin böyük bir qismi isə, balıq istifi halında dar, pis, hər tərəfi dəlik-deşik və ixtilaldan bəri təmir görməmiş əski binalarda barınıyorlardı. Qanunən hər aliənin ancaq bir odaya haqqı vardı. Bu deməkdir ki, 5-6 ailə bir mətbəxdən, bir kilərdən, bir həladan istifadə etmək məcburiyyətində idi. Böylə bir evdə yaaşamaq cəhənnəm əzabıdır və Sovetlər Birliyi nüfusunun 9/10 qədər müəzzəm (böyük) bir əksəriyyəti böylə cəhənnəm həyatı sürüyor.
Təvəqqəli deyil, qalın pərdə ilə xalqdan ayrıldıqları və yalnız kəndi zümrələrinin üstünlüyünü mühafizə etmək qayğısında bulunduqları üçün, xalq Sovet zadəganlarını sevmiyor və onlara hörmət etmiyor. Xalq onlardan, zalim və qəddar olduqları üçün yalnız qorxuyor.
Batı dünyasının, Sovetlər Birliyini yalançı bolşevik propaqandasından deyil, fəqət olduğu kimi, millətlər həbsxanası olaraq, barbar sovet-rus rejimindən qurtulması üçün sızlayan, ağlayan və yalvaran bir məmləkət olaraq tanınmasının artıq zamanı gəlmişdir. Batı dünyası şunu anlamalıdır ki, bolşeviklərdə müqəddəs heç bir şey yoxdur. Onlar bu gün, sırf insanları aldatmaq və uyuşdurmaq üçün, dün söylədiklərinin tamamilə əksini iddia edə bilirlər.
Sovetlər Birliyi dəmir bir qaladır, fəqət eyni zamanda da mukavadan bir evdir. Batı dünyası, nədənsə, onun müqəva qismini deyil, betonarma qismini görüyor. Üçüncü Dünya savaşında nə qaliblərin, nə məğlubların olmayacağını ciddi bir tövrlə iddia edənlərin xətaları iştə bundadır. Bu, tamamilə saçma bir iddiadır. Üçüncü Dünya savaşında həm qaliblər, həm məğlublar olacaqdır. Hürr dünya qalib gələcəkdir. Yalnız bunun üçün - XX əsrin barbarla imperatorluğunu yıxmaq üçün - arzu və qüvvətli iradə lazımdır.
Abraham Linkoln bu xariquladə sözləri söyləmişdir: "Başqaları üçün hürriyyət tanımayan bir kimsə, hürriyyətə müstəhaq deyildir".
Milyonlarca insanların əsarətdən qurtarılması üçün, Kremlin diktatorlarının hürriyyətdən məhrum edilmələri lazımdır. Bunun üçün də davayı, Böyük İskəndərin "kör düyüm" davasını həll etdiyi kimi həll etmək gərəkdir.
"Birləşik Qafqasya" jurnalı, Münhen,
3-cü il, eylül (sentyabr) 1953,
№9 (26) səh. 5-9
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!