27 sentyabr Azərbaycanda Vətən müharibəsinin başlandığı tarixi gündür. Bu gündə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin torpaqlarımıza etdiyi basqınların qarşısını almaq və torpaqlarımızı işğaldan azad eləmək naminə ayağa qaxıb.
Mən həmin gün inandım qüdrətinə xalqımın.
Xalq - qasırğa, önündə çör-çöp dayana bilməz.
Heyran qaldım yenilməz vəhdətinə xalqımın.
Ehkamları kül eylər bu ehtiras, bu nəfəs.
Bu günlər bütün Azərbaycan xalqı ayağa qalxıb. Burada milli, irqi, dini ayrı-seçkilik yoxdur. Hamı Azərbaycan naminə birləşib, hamı Azərbaycan deyir:
Lahıc da, ləzgi də, talış da, tat da,
Kürd, udin, rutul da var-dövlətimdir!
Azərbaycanımın qucaqladığı,
Bağrına basdığı can sərvətimdir!
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!
Artıq Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev qürurla, inamla, heç kimə baş əymədən Azərbaycan adından əmr edib: - Silahlan!
Bu günlər Milli Ordumuz kinlə, topdan, tüfəngdən, tankdan, raketdən güclü olan qeyrətilə silahlanıb. Alışan nəfəsilə Səttar xanların, Xiyabanilərin ruhunu alışdırıb. Bu günlər Milli Ordumuzun gözləri qoşa lülə, kirpikləri güllə, oxdur!
Bu günlər şanlı Ordumuz baxışıyla, qanıyla, vicdanıyla, Səməndər quşuna dönən oduyla silahlanıb. Nəğməylə, marşla, nümayişlə silahlanıb. Humanizm adlanan ən böyük sərvətilə, bayrağıyla silahlanıb. Dünyaya məhəbbəti, eşqilə silahlanıb. Bu döyüşdə aləm ona pənahdır. O, qalib gələcəkdir!
Vur-çatlasın içində düşmən pərən-pərən düşməkdə, hərbi sursatlarını qoyub qaçmaqda, məğlub olmaqdadır. Biz zəfər çalacağıq! Bu günlər yer də, göy də Azərbaycanımızın, Milli Ordumuzundur. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Xalqın iradəsi
Bu günlər bizim azadlığımızın rəmzi, simvolu Ali Baş Komandanla bərabər, Xalqın iradəsidir! Bu gün qəzəb seli kimi coşan millət erməni faşizminin - cəmi satqınların, cəlladların arxasından təpəcəkdir! Ali Baş Komandanın sonsuz gücü, qüdrəti yalnız xalqın özüdür! Bu günlər Ali Baş Komandan, məğrur xalqımız, qalib Ordumuz zəfərlər çaldıqca, fərəhdən gözləri yaşarır. Sevinir, fərəhlənir!..
Bəli, düşmənlərimiz torpaqlarımızdan qovulur: Göyçə mahalında qan gölləri yaradanlar, Ələsgərin, Üzeyirin, Bülbülün, Natəvanın, Vurğunun yaqut heykəllərini bir kənara fırladanlar, göz çıxaranlar, baş kəsərlər, İrəvanın, Qursalının üz-gözünə çamur atanlar, Altunkəndin, Zəngəzurun sinəsini qanadanlar indi avtomatla, pulemyotla, tankla, tüpürcəklə qovulurlar. Bu günlər topla, tüfənglə, raketlə, bomba ilə, zəhrmarla bizə qarşı vuruşanlar yurdumuzdan qovulurlar... Bu günlər Azərbaycanın, Türkiyənin sınırlarına toxunanlar, sürtünənlər tarixin təkərlərini daha geri döndərə bilməzlər. Bu günlər xalq tarixin, zamanın yürüşüdür! Bizim Milli Ordumuz, Ali Baş Komandanın döyüş planları, döyüşləri yalnız ədalətə, haqqa, azadlığa sığınıb qəsbkarlara, fitnəkarlara ölüm deyir! Bu gün xalqın iradəsinə qoşulmuşuq hamılıqla. Hər şey cəbhə üçün, hər şey zəfər üçün! Səhiyyəmiz, təhsilimiz, təsərrüfatımız, sənayemiz, kəndimiz, şəhərimiz, - bütün hər şey cəbhə üçündür! Ümumi səfərbərlik, bütün yardımlar, könüllülər, dəstələr cəbhəmiz, Milli Ordumuz üçündür!
Biz Türküstan elləriyiz,
Qeyrət, qüdrət selləriyiz.
Daşnakları qovan bizik,
Dargözləri ovan bizik.
Yetər, meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək,
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan,
Ermənisiz Azərbaycan!
Artıq fonendoskop əlində dar ağacına, ilgəyə ehtiyac qalmayıb. İndi bütün göstəbəklər tamamilə yurdumuzdan, torpaqlarımızdan çıxarılmaqda, qovulmaqdadır.
Yalnız qismən humanitar atəşkəs üçün möhlət olub. Biz azadlığın karvanıyıq, yürüşdəyik!
Döyüş gedir cahanda, şərəf naminə döyüş,
Silah düşsə əlindən dişlə, dırnaqla döyüş!
Dırnaqların üzülsə, kirpiklərinlə döyüş,
Kirpiyin külə dönsə, yan, ciyərinlə döyüş!
Sənin ki od nəfəsin bir az dərindən gəlir.
Alov, atəş yurdunun öz təndirindən gəlir.
Nəfəs haqdan gələndə sal qayanı da dəlir!
Azərbaycan, Ali Baş Komandan bu günlər sarsılmaz inamla haqlı, ədalətli müharibə aparır. İndi düşmən bizi hərbcular dəstəsi ilə hədələməyə qadir deyil. İndi Azərbaycanın Ali Baş Komandanı BMT-ni, AŞBA-nı, siyasiləri, havadarları danışıqlar stoluna çəkir, söz danışıqlarına dəvət edir. Məcbur edir!Tələb edir!Təkliflər verir! Xarici telekanallara müsahibələr verir. Azərbaycanın ədalətini, onun haqq işini dünyaya bəyan edir. Haqqa çağırır! Sülhə səsləyir!
Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl - Qarabağın neçə-neçə yurdu-yuvası hələ bundan sonralar nurlanacaq, güllənəcək. Qönçə-qönçə, çiçək-çiçək bəzənəcək. Bakımızın qoynundasa yeni Bakı doğulacaq. Ər nəfəsli, ər idraklı, yeni Bakı! Doğransaq da parça-parça, tikə-tikə, zirə-rizə, Mübarizə! Mübarizə! Mübarizə! Mübarizə!
Xəlil Rza Ulutürkün də bu mübarizədən kənarda olmağa, büdrəməyə, ləngiməyə haqqı yoxdur! O, ölməyib! Bu günlər Xəlil Rzanın özü yox, bütün Avropanı tuta bilən, nəfəs qarsan poeziyası döyüşür. Döyüş amansızdır, - yoxdur orta yol!
Daş asfaltda ildırımlar çatlasa da, ağ qasırğa uğuldasa, sal qayalar partlasa da, düşmənimiz, düşmənlərimiz bağırsa da, özlərinə havadarlar çağırsa da, paşinyanlar dabanları yalasa da, vay-şüvən qoparsa da, ora-bura zəng vursa da, yalvarsa da, lap ayaqlardan, dabanlardan öpsə də, xeyri yoxdur, yenə onları Ali Baş Komandanımız, Milli Ordumuz - bütöv xalqımız rüsvaylıqla qovacaqdır. Qarabağda qızğın döyüşlər gedir.Qarabağ vuruşur!Azərbaycan zəfərlər yazır!
Darmadağın ediləcək yağı düşmən, daşnak erməni, faşist xunta rejimi, xunta başçıları, yırtıcı terroristlər! Erməni faşistlərinin binalara, evlərə, həyətlərə, mülki əhaliyə, dinc ailələrə atdığı mərmilərdən, güllələrdən, qradlardan, raketlərdən qorxumuz yox! Hər ev, hər bina, hər məscid Kremlin top lüləsindən qüvvətlidir! Allah ucadır! Allah böyükdür! Biz qalib gələcəyik. Qarabağ əzəli, əbədi Azərbaycan torpağıdır. Haqq-ədalət bizimdir. Zəfər bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Qanlı cəllad, faşist cəllad olan baş nazir bu günlər Ermənistanın, Qarabağın havadarı yox, cəllad xalqının qənimi, düşmənidir! Baş nazir bu günlər Ermənistanda, Qarabağda qırmızı qan göllərinin səbəbkarı, baisidir. Fransa, Yunanıstan, Minsk qrupunuun həmsədrləri mənfur xunta rejiminin yanındadır. Sülhün, Haqqın düşmənidir. Azərbaycanın, türkün, insanlığın düşmənidir.Yer üzünün əhriməni erməni, insanlığın düşmənidir, düşməni!
Türkü burunlayanlar həm dönük,
həm sönükdür.
Ərzin yarısı Türkdür,
Türk dünyadan böyükdür!
Müqəddəs yurdlarımız, kəndimiz, şəhərimiz, dağımız-daşımız dağıdılsa da, çölümüz, çəmənimiz al qanlara bələnsə də, tank tırtılları, pulemyot lülələri üstümüzə yerisə də, biz qalib gələcəyik! Əlləri dəyənəkli, avtomatlı, pulemyotlu min-min kəlpeysər yurdumuzdan qovulacaq. Biz qalib gələcəyik!
Körpə uşaqlara, qocalara, boylu gəlinlərə belə qıyan kor qüvvətə biz qalib gələcəyik!
Daş-torpağım qan gölü,
Daş-torpağımdan əl çək!
Viran qaldı bağlarım,
Viran bağımdan əl çək!
Təbrizimdən, Bakımdan,
Qarabağımdan əl çək!
Əl çək, ey qara köpək,
Əl çək, ey sarı köpək!
Azadlığımız - dövlət sərhəddimizdir, - Xəlil Rza belə deyib. - Onu heç kimə, heç bir kəmfürsətə vermək olmaz! Bu hökmün siyasi iradəsi, büllur təcəssümü bu günlər Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyevdir! Bizim azadlığımız könül riqqətimizdir. İndi İlham Heydər oğlu Əliyevin özü təmkinlə hərlənən yer kürəsidir! Bütün cahan onun səsini eşidir, iradəsini görür! Gücünün, qürurunun şahidi olur. İndi dünya onunla hesablaşmaq zorundadır! Ali Baş Komandanın azadlığı onun siyasi qüdrətidir. Onun azadlığı bu günlər qansoranların mənfur maskasını yırtmaq üçündür!
Fəqət!.. Ölkələrdə, siyasilərdə diplomat tək hərlənənlər var. Yarımdüşmənlər, yarımdostlar var. Böyük tarix qatarının təkərlərinə ilişənlər var. Macal tapıb rütbələri bölüşənlər var. Fərarilər, bitərəflər, yayınanlar, başgirləyənlər var. Var. Sədd heyf ki var!
Kimin tərəfindəsən, söylə, səngərin harda?
Tapmısanmı yerini sən bu vuruşmalarda?
"Hara gedir bu dünya?"
İndi cənab İlham Heydər oğlu Əliyev göylər boyda azadlığını heç kəsə güzəştə getmək fikrində deyil! Bu siyasi nüfuz sahibi bu günlər yalnız Ana Vətəni, müqəddəs torpağı özünün atası, qardaşı bilir! Təmiz, sağlam Vətən havasına köks verib, sinə gərən Ali Baş Komandan dünyada heç kəsə baş əymir! Dünya diplomatiyasını danışıqlara, sülhə, əmin-amanlığa səsləyir! Onun azadlığı yalnız dodaqları yanıq-təşnə Azərbaycandır!
Dahi Heydər Əliyev!
Dünya sivilizasiyasının elit şəxsiyyətidir. Ümumilli liderdir, ulu öndərdir. Tarixin sərkərdəsi, diplomatiyanın fatehi, siyasi iradənin təcəssümü, timsalıdır!
Azərbaycanın simvolu, memarı, şəriksiz hakimidir. Milli poeziyamızın canlı, müdrik obrazıdır. Xəlil Rzanın poetik qəhrəmanıdır. Azərbaycanın baş qəhrəmanıdır. Çağdaş Dövlətçiliyimizin qurucusu, memarı və banisidir! Cümhuriyyətimizin siyasi varisidir! Türkçülüyün dədəsidir! Onun Xəlil Rza poeziyasında qüdrətli, qalib portreti var. "Heydər Dədə-Atatürk". Əvvəlcə əbədi An, Məqam! Sonra Simvolun, rəmzin hərəkəti, mübarizliyi, müzəffərliyi. Daha sonra əzəmətli birliyi və bəlirliyi! Əbədiliyi!
Ulu Öndər azadlıq heykəli tək öz yerində əyləşib - An və Məqam! Təmkinli gözlərində Yerin, Göyün nuru var. Sadəliyi nur saçır, əzəməti dərindədir. Dədə Heydər-Atatürk polad çiynində Kəpəz, Qoşqar boyda yük gedir, irəliləyir, qaranlıqlara yol açır - hərəkət başlayır. Dərin, mavi gözləri sakit yanan od-ocaqdır. Qaranlıqda gur işıqdır. Bu alov işığında satqınlar yanıb kül olur. Məsləki varlığından min qat böyük olan Həydər Əlirza oğlu böyüklük timsalıdır. Dörd tərəf qar-qiyamətdir, sərt qışdır. O isə güllü yazdır. Dinc, mülayim səsi qaynar bir ehtirasdır - mübarizliyi. Dədə Heydər-Atatürk Ərzurumdan Xəzərə şığıyan xan Arazdır - müzəffərliyi. Dönüklər dalğasında ağ köpükdür, boz köpükdür. Dədə Heydər-Atatürk dalğalanan nəhrdir!
Bir səhər... Bir səhər Sədərək körpüsünə qanadlananda üç addımlıqda Türiyəni görüb. Hər çınqılı bir gövhər olan Türk yurdunu. Daş qala, qoşa çəngər olan Türkiyəni. Azərbaycan - Türkiyə! Atatürklə Dədə Heydər bütün qasırğalara sinə gərən güc olub, birlik olub. Bu birlik qarşısında indi bütün düşmənlər tük salır, məğlub olur!
Dədə Heydər-Atatürk iki sahili birləşdirən Qüdrətdir. Gələcəkdir! Bu günlər bu inamın möhtəşəm rəmzi İlham Heydər oğlu Əliyevlə Rəcəb Tayyib Ərdoğandır. Bu birliyə, qardaşlığa eşq olsun! Xəzan, zaval görməsin bu qadir birliyimiz! Amin!
Milli Ordumuz!
Ümummilli lider Heydər Əlirza oğlu Əliyev hakimiyyətə gəldiyi gündən Milli Ordu quruculuğu ilə ardıcıl məşğul olub. Qəhrəman, rəşadətli Ordu yaradıb. Cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyev isə Milli Ordu quruculuğunu inamla inkişaf etdirib, onu daha da möhkəmlədib. Hazırda dünyada müasir silahlarla təchiz olunmuş müzəffər Milli Ordumuz var! Öz müəqddəs yurdunu xilas etməyə qadir Milli Ordumuz! Nəfəsi alov, addımları ildırım olan Milli Ordumuz! Daşnak qurdlarını, göstəbəklərini məhv etməyə qadir Milli Ordumuz! Qan içində olan Qarabağımızda, tufan içində olan Şuşamızda nifrəti şahə qalxan Milli Ordumuz var! Yurdları qorumaq üçün dünyaya gəlmiş xilaskar Milli Ordumuz! Rəşadətli, qəhrəman, cəsur Milli Ordumuz! İldırım buludun, tufan dənizindirsə, cəsarət də, zəfər də Milli Ordumuzundur!
Nə etməli?! Müharibədir! Döyüşdür! Təəssüf ki, nə acı ki şəhid itkilərimiz də olur. Tabutlar altında dağ çiyinlərimiz əyilir. Ata çiyinləri, qardaş çiyinləri əyilir!
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölüb,
Göy kişnər, bulud ağlar!
Bu günlər saç yolan bacılarımızın, analarımızın bağrı, beyni alışıb yanır. Bu günlər Azərbaycana qara tabutlar gəlir! Dağlardan ağır olan qara tabutlar! Ataların, qardaşların çiyinləri əyilir. Fəqət... Hər damla göz yaşının da bir ildırım gücü olur! Nə acı ki, nə ağır ki, nə fəci ki belədir! Fəqət cəmi şəhidlərimizin qızıl qanı yerdə qalmır, qalmayacaq! Onların layiqli cəzası verilir, veriləcək! Qisası, intiqamı alınır, alınacaq! Milli Ordumuz düşmənə qan uddurur, qan udduracaq! Qarabağ - bizimdir! Qarabağ - Azərbaycandır!
Ey müqəddəs analar, ey şəfqətli bacılar! Qurban gedən şəhidlərinizin yeri-yurdu behiştdir, cənnətdir. Onların müqəddəs ruhlarının məkanı göylər aləmidir! Onlar uca Allahın dərgahındadır. Qurbanlarımız üçün Uca Allah xatirinə, darılmayın. Onlara Allahdan rəhmətlər diləyirik! Bir daha yerləri, yurdları behiştlik olsun! Yaralı övladlarınıza, əsgərlərinizə isə Allah şəfa versin! Onlara Uca Allahdan səbr diləyirik. Onlar artıq ziyarət yerlərimiz, and yerlərimizdir. Zaman gələcək, onlar nümunəyə, rəmzə çevriləcək. Hər evdən yeni-yeni oğullar, nəvələr, nəticələr, kötükcələr pöhrələyəcək, neçə-neçə nəsillər boy verəcək. Bax onda:
Dağılar həsrətin bəndi-bərəsi,
Oğullar gələr ki dağdır hərəsi.
"Koroğlu "Cəngisi", Nəbi nərəsi
Addımında gedər, marşında gedər!
"Gedər"
Azadlıq meydanı
Milyon-milyon insanın tarixən ülfət bağladığı bir meydan var. Azadlıq meydanı! Fəqət bu meydanda uzun illər bu ülfətin, bu birliyin qarşısını alan tanklar saxlanılıb, uzun illər ağ, qara çadırlarda qəzəb, hiddət səngəri yaranıb. 2 milyon ağız bir vaxtda Azərbaycan söyləyib! Buradan Azərbaycanın alovları ulduzlara işıq verib. Bu azadlıq meydanında dünənəcən boş şüarlar külə dönüb, satqınlar, səfillər və şaxtalar burada yanıb-kül olub. İndi bu meydanda şərəfli Milli Ordumuz inamla, qürurla addımlayır. Cənab Ali Baş Komandan indi onun raportunu fərəhlə, əminliklə qəbul edir!
İndi bu rəmzi Meydandan - meydanlardan, məhlələrdən, küçələrdən bağrı tonqal igidlər döyüş yerlərimizə, torpaqlarımıza yol alır, rəşadətli ordumuza kömək, dəstək olurlar. Nəinki qəhrəman oğullarımız, "mələk kimi, quru kimi qızlarımız" da şir olub, aslan olub döyüş zonalarına atılırlar, şığıyırlar. İndi qartal Bakımız göylər boyda Azərbaycan doğur. İndi pirani Xəlil Rza Ulutürk: "Dağlar yıxan bir qüvvəti sən mərdlərin qanında gəz! - deyə hayqırır, öyünür, söyünür və... köks ötürür!.. - Göyə dayaq, yerə mərkəz bahadırlar ölə bilməz! Azərbaycan bu günlərdə özü boyda Azərbaycan doğur!
Azərbaycan, can vermişik adına.
Canımızdır adındakı can sənin.
Soyuq qəlblər yana bilməz oduna.
Namus sənin, şərəf sənin, şan sənin.
Azərbaycan, mənim tacım, taxtım oy!
Oyanmazmı kor olası baxtım, oy!
Sarsılmazdır qüdrətimiz
Cənab Prezident İlham Heydər oğlu Əliyev Ali Baş Komandan kimi dəfələrlə bildirib ki, Azərbaycanın qeyrətini qırmaq, Azərbaycanın qüdrətini boğmaq, qürurunu sındırmaq olmaz. Bilirik ki, Azərbaycan dövlətinin qart köpəkləri, yırtıcı canavarları var. Bəli, torpaqlarımızdakı düşmənlərimizin dişlərini qırırıq, murdar cəmdəklərini gəbərdirik, onları it kimi qovuruq. Buz baxışlı "robotlar" Gəncəyə, Mingəçevirə, Ordubada raketlər atsa da, heç nəyə nail olmayacaq, darmadağın edilib yurdlarımızdan qovulur və qovulacaq.
Qaranlıqda oğru kimi yurda gecə girdi onlar.
Ulduzları güllələyib göydən yerə sərdi onlar.
Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar.
Cocuqlara əmzik deyil, od lüləsi verdi onlar.
İsti külə döndərdilər bar üstündə min budağı.
Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!
"Qaytar mənim qüdrətimi..."
Dünya artıq şahiddir ki, bu günlər Azərbaycanın sədlərinə tamam yeni Azərbaycan sığmır. Qanımızda olan hiss-həyəcan ümmanlardan ləngərlidir. Əsgərlərimizin biləkləri Koroğluların qılıncı, başımız babamız şah Xətainin tacıdır. Onun zamanındakı 2 milyon 800 min kvadrat kilometrlik yurdumuz hanı?! Daha o vaxtlar deyil. İndi biz düşmənlərimizin başı üstündə dağlar kimi ucalırıq. Yetər, Şaumyanların, Mikoyanların qanımızı içdikləri, yetər artıq! Əzəmətli bir milləti talan-talan talayanlar, yetər artıq! Henriklərin, İqorların zəncirində hürən Zori Balayanlar, Qarabağı gəmirdikcə qızıl meydan sulayanlar, daha yetər! Sinəmizdə Təbriz, Dərbənd, Borçalı, Kərkük dağları var ki, düşmənlərimiz buna yetinmir, yetə bilməz! Üstəlik Qarabağı gözlərimizdən kirpik kimi çəkmək istəyirlər. Daha yetər, qarı düşmən, vaxtilə udduğun Zəngəzurumuzu, Göyçəmizi qaytar geri! Bağrımızda qana batmış Meğrimiz, Qafanımız, Basarkeçərimiz var. Azərbaycanın qeyrətini heç vaxt qırmaq olmaz. Yerlə Göyün vəhdətini qırmaq heç vaxt mümkün deyil. Daha Azərbaycan ayağa qalxan, ovcuyla yaralarını sıxıb ayağa qalxan yeni məmləkətdir. Pak, müqəddəs torpaqlarımızı parçalayıb çeynəyən o qurdlara, həşaratlara daha can verməyəcək. Səngəri gen, ürəyi dar düşmənlərinə daha aman verməyəcək. İndiyəcən hava udan Azərbaycan indi alovlarla nəfəs alan məmləkətdir. Bu günlər Azərbaycan bəxti öz əlində olan eraların özülündə əbədi yanar ocaqdır. İndi Azərbaycanın şöləsi Şumerəcən, Oderəcən yayılan göylərdir. Qoca dünya, indi o tankları, pulemyotları, bombaları, raketləri yağılarımıza satanları, xəyanətlə ortaq olanları, terrorçu qaniçənləri sən də tanı!
Aləm bilir ki, doğma ölkəmiz, müdrik xalqımız nə qədər istiqanlı, nə qədər mehribandır. İndi Azərbaycan bu sahildə Odlar yurdu, o sahildə Türküstandır. İndi onun üzündəki nura xaçpərəst də, buddaçı da heyrandır. Daha Azərbaycan ildırımdan sürət, qasırğadan cürət alır. Daha Azərbaycan günəş taclı Şah Xətai, ulu Babək, Cavidandır. Bizə nəfəs, bəşərə can olan Azərbaycan bu günlər ayağa qalxıb. Daha qoca vulkan, ayağa dur, səninləyəm deyəmmərik. Qalx, ayağa Azərbaycan deyəmmərik. Bu günlər Yeni Azərbaycan dünyanın azadlıq paytaxtıdır!
Türklüyümüz. Biz türkləriz, vətənimiz başdan-başa Yer kürəsidir. Bayrağımız al günəşdir, çadırımız göy qübbəsidir. Fəqət!..
Od püskürən ağızları heç bir diplomatiya, heç bir informasiya yuma bilməyəndə, həftələrlə yuxusuz qalan insanlar bircə ağız gülməyəndə, müqəddəs Şuşa şəhərimiz ağ bayraqlar kəməndinə düşəndə, Ağdam yalın əllərilə yumruqlarını düyünləyib düşmənilə döyüşəndə ürəyimizdən yalnız bir səs, bir nida qopub: Nə yaxşı ki Türkiyə var!
Qartal bayraqlarım qanadlandılar,
Hardasa tökülən qanı andılar,
Ərzi, beş qitəni Vətən sandılar,
Bənzər bəşəriyyət bir şux türküyə,
Yaşasın Planet, mənim Türkiyəm!
Yaşasın Od yurdu, qardaş Türkiyə!
Var olsun Od yurdu, Atatürkiyə!
Ərşdən endilər, təyyarədən yox,
Sevincim sığmadı yer ilə göyə.
Üçrəng bayrağımın ucu qılınc, ox -
Hayqırdı: - Xoş gəlib qardaş Türkiyə!
Azərbaycan - Turan yolu -
Haqq-ədalət, iman yolu.
At daşnakı yurd daşına,
Ey qəhrəman Türkün oğlu!
Kürlə Araz daşacaqdır,
Bənd-bərəni aşacaqdır
Türkün şanlı bayrağını
Qaf dağına sancacaqdır!
"Yaşasın Od yurdu, qardaş Türkiyə!"
Türkiyə Azərbaycan üçün sal daş, sərt qaya, dəmirləşən məkan, ülvi, böyük, əzəmətli diyardır.
Nə yaxşı ki, bu dünyada
İstanbul var, Ankara var.
Nə yaxşı ki, köksümüzün
Türk adlanan səngəri var.
Nə yaxşı ki, Azərbaycan türkləri var.
Nə yaxşı ki, Özbəkistan türkləri var.
Nə yxşı ki, Türkmənistan,
Qazaxıstan türkləri var.
Qırğızıstan, Tatarıstan,
Başqırdıstan türkləri var.
Nə yaxşı ki Altay, Sibir,
Uyğurustan türkləri var...
Nə yaxşı ki, Kərkük, İraq türkləri var,
Bağdad, Hələb türkləri var...
"Nə yaxşı ki..."
Ulu öndər Mustafa Kamal Atatürk demişdir:"Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir". Ümumilli lider Heydər Əlirza oğlu Əliyev isə belə demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Həm də bu günlər tarix çağırmayırmı ki, bir millət neçə dövlət Türkün, Turanın xilaskarı olmalıdır?
Birləşsə Türkuyğur, Türközbək, Tatar,
Əlim Aya, Marsa, Zöhrəyə çatar.
Haray, ey Qaqauz, Türkkazak, Balkar,
Ey Başqırd, ey türkmən, susursan niyə?
Qovuşsun Türküstan, Atatürkiyə!
Çağır Alp Təkini, Bayan Kaqanı,
İldırım qılınclı Timur Gürqanı.
Qaldırsın Batır xan Qızıl Ordanı!
Tanı əcdadını, yenidən tanı.
Haray, qan apardı Azərbaycanı!
"Yaşasın Od yurdu, qardaş Türkiyə!"
Başın sağ olsun, ölməz şəhidlərin, igid oğulların üçün, Vətən! Nə qəm, sən dunyamıza gələn hər körpəylə yenidən doğulursan! Fəqət hər gedən insanla, hər gedən şəhidlə getmirsən amma! Bu haqqa əmanət olan ömrümüzdə, günümüzdə nə qədər çəkişib bərkiyiriksə, bir o qədər sənə, sənə yaxınlaşırıq, Vətən!
Ömür baharının yolu tufandır,
Tufandan keçənin alnı dağ gərək!
Gürzəni gülzarda görmək asandır,
Gürzəni gülzardan çıxarmaq gərək!
"Sarsılma"
Vətən bu günlər ağır sınaqlar qarşısındadır. Vətən dünya qarşısında imtahan verir. Bu günlər Kişi mənliyindən başlanır Vətən. Kişi qanındakı qeyrət selindən, səndən başlanır vətən, məndən başlanır vətən. Vətən sığmır yatağına. Vətən birlik istəyir. Vətən birlik qüdrətində yaşayır. Vətən - susdurulmaz kişi ruhudur. Bu günlər Ayrılıq sədləri lay-lay sökülür, Yurdumun yarısı mənə dar gəlir!
Vətəndaş olmasa, boş şeydir vətən.
Beş günlük, on günlük güney qarıdır.
Vətən məhfumunun özəyindəki.
Vətənin vüqarlı oğullarıdır!
Ey həməsrim, bu günlər xalq sözünün içində qalx sözünü daha möhtəşəm görürük. Qalx sözünün içində xalq sözü daha qürurlu səslənir!
Uzun illər həyatımızı dar bir səngərə yerləşdirmək cəhdində olmuş erməni faşistləri, terroristləri özlərini dünyaya quzu cıldində göstərib, əslində canavarlar kimi kirli caynağlarını mərd-mübariz ürəklərimizə uzadan vəhşilər olub. Bəli, illərlə vaxt olub, gücümüz çatmayanda bəbəklərimizin qəzəb gülləsini hədəfə sıxmışıq... İndi zaman yetişib, sellər-sular durulub. İndi bizim azadlığımız bizim işimiz olub. İndi bizim azadlığımız düşmənin cındır maskasını yırtmağa yönəlib. Ey Ana Yurdumuz, ey əziz Vətən! Sənin Yaxınlarda, uzaqlarda nə qədər düşmənlərin olsa da:
Çaqqallar dalında yatan tülkülər
Ayırıb ağzını kəkələnməsin.
Bütün əqrəbləri süpürək, ataq,
Sənin pak torpağın ləkələnməsin!
"Sən mənə qüdrət ver"
Bu günlər Ali Baş Komandan, hər bir Ordu əsgəri, ön və arxa cəbhənin hər bir fərdi, hər bir sakin, hər bir şəxs daha inamla, daha qürurla Mən Azərbaycanam deyir:
Min illik layların dərinliyindən
Süzülə-süzülə durulan qanam.
Günəşdən qüdrətli dahilərimlə
Dünyanın ovcunda sökülən danam.
Göyün kəhkəşanı çox öyünməsin
Mən də Yer üzündə bir kəhkəşanam.
Qorqudum, Koroğlum, şah Xətaimlə
Qüdrətəm, cürətəm, şöhrətəm, şanam!
"Mən Azərbaycanam"
Bir vaxt istiqlal şairi Xəlil Rza Ulutürk "Şuşa səfəri" poemasını yazanda nə qədər yanquyla, qürurla söyləyib:
Sən mənim bol havam, çörəyim, suyum,
Ağzımın dadısan, Azərbaycanım!
Atamın ağ saçı, anamın südü,
Balamın adısan, Azərbaycanım!
Sal qayalar kimi şöhrətin uca,
Qoy cıdır düzünə baxım doyunca,
Durum keşiyində ömrüm boyunca,
Şuşa, Daşaltısan, Azərbaycanım!
Həsrətli, haraylı kamanın, udun,
Ruhundan süzülüb min bir buludun,
Qılınclı, qopuzlu Dədəm Qorqudun
Əslisən, zatısan, Azərbaycanım!
Bir daha rəşadətli Milli Ordumuza arxalanırıq. Artıq siyasi hərb tarixində layiqli yeri olan əzəmətli, müzəffər Ordumuza xitab edirik:
Öldü var, döndü yox, döyüş amansız.
Bu yolda ölümü şərəf sanmalı.
Yalnız sal qayalı ulu dağlara -
Yalnız kişilərə arxalanmalı!
"Kişilərə arxalanaq"
Artıq bu qadır qalib Ordu bütün Afrikaya, bütün Avropaya, bütün dünyaya car çəkir:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm günəş kimi, səma kimi, cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq!
Mən ümmanlar təşnəsiyəm!
İndi Azərbaycan aləmin azadlıq meydanıdır:
İlk Allahım, son Allahım - Mübarizə! Mübarizə!
Doğransam da xıncım-xıncım,
zərrə-zərrə, zirə-zirə,
Məramımdır mübarizə! Mənə bənzə!
Kəsərli, sarsılmaz, sərt olmalıyıq
Şükürlər olsun uca Allaha! Daha kəndlərimiz, şəhərlərimiz mənfur düşmənlərimizdən sürətlə alınır, düşmənə qan uddurulur. Daha atəşkəs, daha təmas xətti, daha status-kvo yoxdur. Düşmən qarşımızda diz çökdürülür. Bütün işğal yerləri bir-bir düşmən əlindən cəsurluqla alınır. Vətənimizin nəfəsi, köksü genişlənir, Vətənimiz böyüyür. Azərbaycan zəfərlər çalır, Azərbaycan qalib gəlir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Haray! İşıqlarım min kəndə düşsün,
Kərkükə, Təbrizə, Dərbəndə düşsün!
Biz nəfəs götürmürük, biz humanitar atəşkəsə, beynəlxalq qaydalara əməl edirik. Mübarizəmiz yenidən davam edir, yenidən qızışır:
Qalxsın milyon-milyon göyərçin göyə,
Yenidən qızışır mübarizəmiz!
Üçrəngli bayrağım enməsin deyə,
Yurd boyda yumruğa dönməliyik biz.
Yenidən qızışır mübarizəmiz!
Bu günlərin göyüş rəşadəti bizim ruhumuz, əzmimizdir. Bu günlərin döyüş qəhrəmanlığı Milli Ordumuzun qalibiyyət rəhnidir. Bu günlərin döyüş şərəfi Ali Baş Komandanın, cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan adından çaöırışlarıdır!
Döyüş gedir cahanda, şərəf naminə döyüş!
Silah düşsə əlindən, dişlə, dırnaqla döyüş!
Dırnaqların üzülsə, kirpiklərinlə döyüş!
Kirpikin külə dönsə, yan, ciyərinlə döyüş!
Sənin ki od nəfəsin bir az dərindən gəlir!
Alov, atəş yurdunun öz təndirindən gəlir!
Nəfəs haqdan gələndə sal qayanı da gəlir!
Bu nida işarələri sanki düşmənin başına bombalar, raketlər kimi yağır! Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Nida işarəsi!
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək,
Bağrı yanmış Qarabağım
bir də qalxıb göyərəcək,
Göyərəcək çiçək-çiçək,
lalə-lalə, ləçək-ləçək,
Gözlərimin çeşməsilə suvarıram o növrağı,
Növrağımsan, bayrağımsan,
Odər yurdu, Od torpağı!
Şeirdən də görüdüyü kimi, bir həqiqət hər gün belə tərk etməyib Ulutürkü!Tərk etməyib heç vaxt bizi. Bu da torpaqlarımızın azadlıq həqiqəti olub. Həmişə inanmışıq ki, mütləq Azərbaycan yenidən doğulacaq, ardınca Türküstan, Turan gələcək. Bu, milli idealımızın yaxın məsafəsi Azərbaycanımızın bütövlüyü, torpaqlarımızın müstəqilliyi, bağımsızlığı, uzaq məqsədi isə türk dünyasının, Turanımızın birliyi, iqtisadi-mədəni bütövlüyüdür ki, bu günlər bütün türk dünyası bu ideala doğru yürüşdədir! Öndərlər isə Azərbaycan-Türkiyə qardaşlığıdır. Dədə Heydər - Atatürk, İlham Heydər oğlu Əliyev - Rəcəb Tayyib Ərdoğan dostluğu, birliyidir.
Ləngərlənən meydana birdən yeni can gəlir.
Azərbaycan, Türküstan, ardınca Turan gəlir.
Meydanın sonu yoxdur, yüz-yüz nəğmə,
Min-min səs.
İudaçı, buddaçı, atəşpərəst, xaçpərəst.
Həqiqətə təşnədir bağrı bəşəriyyətin,
Bu qüdrətdən, bu ruhdan qopmaq,
ayrılmaq çətin.
Cənab Ali Baş Komandan belə bəyan edib. Biz müharibə istəmirik. Biz ermənilərin torpaqlarımızdan çıxmasını istəyirik. Erməni silahlı qüvvələrinin torpaqlarımızda nə işi var?! Ermənilər tamamilə torpaqlarımızdan çıxsın, danışıqlara oturaq. Biz sülh tərəfdarıyıq. Biz Yeni Azərbaycanın arzularıyla, istəkləriylə nəfəs alırıq, onunla yaşayırıq.
Bu məsləkin havasıyla
yaşa dolur Azərbaycan!
Zirvələrdən üzü bəri
gəlir məğrur Azərbaycan!
Gəlir cəsur Azərbaycan!
Nur və büllur Azərbaycan!
Dar gözlərin görmədiyi
tamam yeni Azərbaycan!
Varlığımda od yerinə
gəzən qanım, Azərbaycan!
Acgözlərə, zalımlara yağı,
qənim Azərbaycan!
Ey yol kəsən, çəkil, rədd ol,
açır yolu Azərbaycan!
Böyük, ulu Azərbaycan
mənim canım kibi dəli,
Dəli-dolu Azərbaycan.
Köhlənimə çata bilər kimin atı!
Gözlərimdə ulduzlanır Azərbaycan kainatı!
Xəlil Rza Ulutürk
21 oktyabr Xəlil Rza Ulutürkün ad günüdür. Bu günlər ölməz şairin ruhu şaddır! Çünki müzəffər ordumuz qalib gəlir. Xəlil Rza zəmanəsinin üç istiqlal şairindən biridir. Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriyanın biridir - dördüncüsüdür! Şairin həyat yoldaşı Firəngiz xanım isə zəmanəsinin şair qadını, Xəlil Rza ömrünün əzabkeşi, qəhrəman övladının anası, azadlığın gəlini, xalqın ağbirçəyidir! Firəngiz xanım Ulutürk ikinci Xəlildir!
Dinlə qoca dünya, ey mənim anam
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
Azərbaycan şəhidlərinin Allah verən ömürləri Vətən boyda böyüyüb. Onlar vətənə dönüb. Vətən torpağında onların arzuları, cəsədləri ağaclara, güllərə, çiçəklərə, havaya, suya qida olub, bərəkət olub. Onlar toxum kimi torpağa səpiliblər, torpağa əkiliblər, - cücəriblər. Havamızı, suyumuzu, çörəyimizi saflaşdırıb bizimlə halallaşıblar. Yerləri-yurdları behiştlik olsun!
Amma bu gün qürur saçır,
yol açır öz zirvəsinə,
Savalantək, Qaf dağıtək
ülviyyətdi Xəlil Rza!
Haray çəkdi, meydanlarda
ləngərləndi yüz milyonlar,
Şölə saçan bayraq kibi
öndə getdi Xəlil Rza.
Sən harayla milyard yarım
Müsəlman-Türk aləmini
Yanan məgər bircə Bakı,
ya Daşkənddi, Xəlil Rza?!
Səma vahid, günəş vahid,
bahar vahid, bəşər valid,
Yer kürəsi özü boyda
bir vəhdətdi, Xəlil Rza!
Calaq vuraq planetə Xəlil Rza ürəyini,
Xəstə ərzi sağaldacaq qan-qeyrətdi Xəlil Rza!
Bu günlər Qəhrəman Təbrizin, Təbrizlərin qanları yerdə qalmır, düşmənlərdən öc alınır. Xəlil Rza da, Firəngiz xanım Ulutürk də, onların qəhrəman oğulları Təbriz Xəlilbəyli də bu müqəddəs Vətən üçün, azadlıq təşnəsi Azərbaycanımız üçün can və zəka yandırıblar.
Təbriz Xəlilbəyli 28 yaşında (1992) Xramord uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olub. İndi ömrü vətən boyda böyüyüb. Torpaq olub çiçəkləyib. Ruhu şad olsun! Xəlil Rza Ulutürkün qaynar gözləri aydın olsun! Azərbaycan xalqının, Ali Baş Komandanın gözləri aydın olsun! Mən ilk dəfə iş yerimə, iş otağıma daha çox tələsdim. Direktoruma, əməkdaşlarıma, qarabağlı dostlarıma gözaydınlığı vermək üçün tələsdim.
Mən 1990-cı illərin azadlıq hərəkatının iştirakçısı olmuşam. Cəbhə zonalarına getmişəm, əsgərlərimizi ziyarət etmişəm. Onlara kitablar, yazılar göndərmişəm, "Demokrat", "Yurd" adlı qəzetlər dərc eləmişəm. Hər uğurlu gündə gözaydınlığı vermişəm onlara. Dövlətimin idealogiyasının təbliğatçısı olmuşam. Xəlil Rza Ulutürkün vüsətli poeziyasının tədqiqatçısı olmuşam.
Bu mətn yalnız istiqlal şairimiz Xəlil Rza Ulutürkün alovlu şeirləri əsasında hazırlanıb. Onun isti, hərarətli sözlərinə sığınmışam. Ondan güc-qüvvət almışam. Haqqında kitablar yazmışam. Borcumu Ana Vətənə, Can Azərbaycana vermək istəmişəm. Mən qürurluyam ki, bu şərəfli tarixin iştirakçısıyam. Cənab Ali Baş Komandanın çağdaşıyam, onun fikir, düşüncə və məfkurə əsgəriyəm. Bu günlər ulu öndərin ruhu şaddır. Eşq olsun cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə! Eşq olsun Azərbaycana, Ana vətənə! Eşq olsun Qarabağa! Qarabağ vətəndir! Qarabağ Azərbaycandır! Nida işarəsi.
Əlizadə ƏsgƏrli
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor
9-18 oktyabr 2020-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!