Əhməd Ağaoğlu irsindən bir örnək
Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Ağaoğlunun 1920-30-cu illərdə Türkiyə mətbuatında - "Cümhuriyyət", "İkdam", "Akın", "Akşam", "Milliyyət", "Tan ", "Son posta", "Türklük", "İş", "Ülkü", digər bu kimi qəzet və dərgilərdə çoxsaylı yazıları yayımlanmışdır ki, onların böyük bir qismi nə müəllifin sağlığında, nə də ölümündən sonra çap edilmiş kitablarında yer almışdır. Bunların içərisində dəyərli bədii, bədii-sənədli, bədii-fəlsəfi nəsr örnəkləri də vardır. Böyük mütəfəkkirin həmin əsərlərinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının xüsusi cildində nəşri nəzərdə tutulur. Əməkdaşı olduğum şöbədə fil.e.d. Nikpur Cabbarlının rəhbərliyi altında hazırlanan sözügedən cilddə yer alacaq əsərlərdən biri də ədibin "Cümhuriyyət" qəzetinin 1934-cü il 16-17 avqust tarixli saylarında 2 təfriqə şəklində dərc edilmiş "Yeni nəsil arasında" adlı bədii-fəlsəfi nəsr örnəyidir. Əsərdə təsvir olunan dövrün vacib problemlərinə toxunulur, qadınlara seçmək və seçilmək hüququ verən böyük öndər Mustafa Kamal Atatürkün başladığı islahatların mahiyyəti açıqlanır. Ümumiyyətlə, Atatürkün mütərəqqi ideya və islahatlarını həmişə rəğbətlə qarşılayan Ə.Ağaoğlu təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, bədii, publisistik yaradıcılığı ilə də onun bu addımlarını dəstəkləyirdi. "Yeni nəsil arasında" əsəri də bunun bariz örnəyidir.
Ötən əsrin 30-cu illər Türkiyəsindəki ictimai-siyasi prosesləri əks etdirən bu bədii-fəlsəfi nəsr nümunəsi dövrün türk gənclərinin düşüncə tərzi, həyata baxışları barədə dolğun təəssürat yaratmaqla yanaşı, ölkədə qadın hüquqları problemi ətrafındakı fikir dartışmalarını da əks etdirir. Bir sıra məqamları ilə bu gün də aktual səslənən həmin əsəri "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etməyi məqsədəuyğun sayırıq.
Mətn nəşrə hazırlanarkən, çağdaş Azərbaycan dilinin orfoqrafiya normaları əsas götürülmüş, müəllifin dili və üslubu saxlanılmış, bəzi sözlərin mötərizədə izahı verilmişdir.
Aysel Əfəndiyeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin elmi işçisi
Əhməd AĞAOĞLU
Yeni nəsil arasında
Leyla xanım və Turqut bəy darülfünunun fəlsəfə və ictimaiyyət şöbəsində məzun iki arkadaşdı.
Bunlar məktəbdən sonra da arkadaşlığa davam ediyorlardı və aralarında təmiz və səmimi bir dostluq vardı.
İkisi də müəllimdi, ikisi də evlənmişdi. Leyla xanımım kocası mühəndisdi, Turqut bəyin rəfiqəsi əczaçı idi.
Eyni məhəllədə oturan bu iki ailə sıx-sıx görüşüyor və bəzən də digər arkadaşları ilə birləşərək, uzun qış gecələrini müsahibələr ilə keçiriyorlardı. Daha doğrusu, müsahibələr Leyla xanımla Turqut bəy arasında həmən hər toplantıda davam edən münaqişələr ətrafında dolaşıyordu.
Bu münaqişələr iki dost arasında da məktəb sıralarında başlamışdı. Şimdi dostca davam ediyordu. Fəqət o zamanlar xüsusi və gizli bir mahiyyəti haizdi. Bunlar sinfin ən zəki və çalışqan tələbəsi idi. Aralarında saklı və etiraf edilməyən bir rəqabət vardı. Gah birisi, gah digəri sinfin birincisi oluyordu və o zaman hər ikisinin gözlərində və dodaqlarında ancaq kəndilərincə duyulan və anlaşılan əlamətlər bəlirirdi. Fəqət heç birisi bunu fazla göstərməzlərdi və birisi digərini "səmimiyyətlə" təbrik edərdi.
Şimdi Leyla xanım həyata atılmış o yeni türk qızı tiplərindəndir ki, şəxsiyyətlərini hər gün daha ziyadə göstərməkdədirlər. Cəsur, çalışqan, izzəti-nəfs sahibi, vəzifəsinə mərbut (burada: bağlı) bu yeni varlıqda çalışmaq və öyrənmək həvəsi pək qüvvətlidir. Məktəbdə təhsil etmiş olduğu ictimaiyyət və ruhiyyət məlumatını hər gün genişlətməkdə idi və bunun için də kəndi-kəndinə iki əcnəbi lisanını oxuyub-anlayacaq qədər öyrənməyə müvəffəq olmuşdu.
Leyla xanım, eyni zamanda mücadiləçi idi və bilxassə erkəkləri "mat" etməkdən xoşlanıyordu.
- Erkəklərmi? Beşini bir paraya almam, - deyə qəhqəhələr atardı və kocasını oxşayaraq:
- "Kocacığım, bu sənin için deyil. Səni bəyənməsəydim, səninlə evlənməzdim, bən bunlardan bəhs ediyorum", - deyib əski məktəb arkadaşlarını göstəriyordu.
Leyla xanımın kocası fleqmatik, qeydsiz, kəndi mədən işləri ilə məşğul və Leyla xanımın işlərinə və fikirlərinə qarışmaz birisi idi.
Fəqət Leyla xanımın bu gibi çıxışları, bilxassə, əski arkadaşı Turqut bəyə toxunurdu. Turqut da mücadiləçi idi, o da müvəffəqiyyətdən, qələbədən xoşlanırdı. Bilxassə, qadınların aldıqları son vəziyyətə təhəmmül edəmiyordu və nə olsa da erkəyin qadına təfəvvüq (üstünlük) etdiyini göstərmək istərdi:
- "Fazla irəli gediyorsun, qadın olduğunu unuduyorsun!" - deyə müqabilədə bulundu.
Leyla hərarətlə:
- Nə demək istiyorsun? Baban gibi sən də mi qadının aşağı bir məxluq olduğu fikrindəsən?
Turqut gülərək:
- Nə də olsa, qadınla erkəyin arasında fərq vardır.
Leyla pürhiddət:
- Əvət, vardır. Fəqət o dəxi erkəklərin əleyhinə!
- Əfv edərsin, anlayamadım!
- Anladayım: Biz daha dün meydana çıxdıq və tamamən çıxdıqmı? Demək ki, hənuz biz kəndimizi kəndi əlimizə almadıq, bunun için vakit bulamadıq! Şimdilik biz nə isək, genə sizin məhsulunuzuz. Binaənaleyh (ona görə) nə qədər qüsurlarımız varsa, sizdən gəliyor.
- Amma da məntiq! Həm kəndinə pəhləvan dersin, həm bana toxunma, bən xəstəyim, - deyə fəryad edərsin.
- Əvət, əvət! Bəni xəstə, cılız, zəif, becəriksiz yapan həp sənsin, sənin əsrlərcə davam edən qəlbsiz, şəfqətsiz hakimiyyətindir! Fəqət həmd olsun, artıq buna son verilmişdir! Bir az keçsin də, görəcəksin!
- Genə bizim sayəmizdə!
- Hangi sayənizdə?
- Siz qadınlara haqlar verdiyimizi, sizi dünya işığına çıxardığımızı da mı unudacaqsın?
- Kim? Sizmi?
- Əvət, biz!
Leyla çılğın bir qəhqəhə sovurdu və əlini də Turqutun üzünə qədər uzadaraq:
- Yəni, sizmi, sizin gibilərmi?
- Əvət, bən və bənim gibilər!
Leyla genə çılğın bir qəhqəhə atdı və bağıraraq:
- Bizə verdiyiniz haqları siz kəndiniz nerədən aldınız? Dünə qədər bənim gibi sən də kölə idin. Dünya işığından məhrumdun! Zatən, sənin gibilərdə qüdrət belə olsa, kimsəyə haqq verməzsiniz! Çünki təbiət sizdən bu qabiliyyəti əsirgəmişdir.
- Bu nə deməkdir, nədən bizdə böylə bir qabiliyyət olmasın?
- Çünki səndə və sənin gibilərdə qəlb yoxdur, könül ölmüşdür. Siz başdan-başa eqoizmdən yoğrulmuş qaya parçalarısınız! Zərrə qədər mənfəətiniz için başqalarının dünyalar qədər haqlarını çeynəməkdə tərəddüd etməzsiniz! Başqasının iztirabını duymaq, başqasının dərdlərini və ehtiyaclarını anlamaq və onlarla əlaqədar ola bilmək için həssas olmalı. Sizdə isə qəlb yerinə tas, ruh yerinə süngər və zəka yerinə bir hesab makinası qonulmuşdur! Yalnız bu sonuncu işlər, o da, ümumiyyətlə, cəm əməliyyəsinin ötə tərəfinə keçməz. Həm də nə cəm əməliyyəsi?! ilaxır... ufaq-təfək, adi, saymağa dəyməz, həqir, biçarə qırıntılar! Barı, heç olmazsa, göstərilən təhəmmülə, çəkilən zəhmətə dəysə!..
Leyla xanım bu sərt ithamları Turqutun üzünə atarkən siyah gözləri qərib atəşlər saçıyordu, yanağı qızarmış, dodaqları titriyordu. Qadınlar onu heyrətlə və bir az da məmnuniyyətlə dinliyorlardı, erkəklərin dodaqlarında acı təbəssümlər bəliriyordu. Hətta ələlümum laqeyd olan və münaqişələrə qarışmayan kocası belə mütəəssir oldu, Turqut bəyə qarşı sıxıldı.
- Leyla! sənə nə oluyor? Bu qədər irəli getməyə lüzum varmı? - deyə zövcəsinə ixtarda (burada: xatırlatma, xəbərdarlıq) bulundu.
Turqut isə Leyla xanımın bu gibi çıxışlarına ta məktəb sıralarından alışqın olduğundan müstəhzi (istehza edən, rişxəndçi) bir lisanla:
- Buraxınız, əzizim, söyləsin! İnşallah, biz erkəklərin qüsurlarımızı öyrədir və türk qadınının yüksək və canlı qəlbindən türk erkəyinin ölü qəlbinə bir az can axıdır!
- Əvət! Əvət! Tam dediyiniz gibi olacaq? İmdadınıza yetişməzsək, vay halınıza!
- Fəqət nasıl oluyor da eyni camaatın bir yarısında qəlb xəstələniyor, çəlimsizləniyor, öbürüsündə isə sağlam və canlı qalıyor?
- Qayət təbiidir! Siz erkəklər bizi hərəmlərə soxaraq pərdə və peçə (niqab, hicab) arxasında öldürmək istədiniz. Fəqət bizə qarşı qurduğunuz tuzağa tam kəndiniz düşdünüz! İctimai hadisələr iştə böylədir. Qüvvəti sui-istimal edənləri çarpar. Hərəm və pərdə bizi öldürmədi, saxladı. Dış həyatından ayrılmış olduğumuz için biz qadınlar bu həyatın bütün pisliklərindən az-çox məsum qaldıq. Əsrlərcə davam edən istibdadın müdhiş təzyiqləri, əzmələri, alçaltmaları bizə qədər ancaq dolayısı ilə gəldi. Qüvvətin, cəbr (burada: zor) və zülmün təzyiqlərinə qarşı konula biləcək yeganə qurtuluş çarəsi birlikdə hərəkət edə bilməkdir. Halbuki bu birlik məfhumunu siz kəndi əlinizlə pozmuşdunuz. İctimai həyatın ilk hüceyrəsi olan ailəni hərəm və salamlıq deyə ikiyə ayırdığınız gibi, eyni həyatın ikinci hüceyrəsi olan məhəllə xalqını da bir-birlərinə yüksək divarlar, qalın qəfəslər, qara pərdələrlə genə siz yabançı qıldınız. Bu surətlə camaat arasında toplu yaşamaq, toplu düşünmək, toplu hiss etmək və bir-biri ilə əlaqədar olmaq gibi xassələrin oyanmasına və açılmasına əngəl oldunuz. Halbuki zülm və cəbr hər kəsi eyni dərəcədə əziyordu. Buna qarşı müştərək hərəkət intiqamı olmadığından, təbiətilə hər kəs: "va nəfsi" - deyərək, kəndini qurtarmağa qoyuldu. Fəqət tək-tək fərdlər bütün bu istibdad üsuluna qarşı nə yapa bilirdi? Hangi silahı kullanacaqdı? Təbiətilə hər yerdə və hər zaman zəiflərin qüvvətlilərə, biçarələrin qüdrətlilərə qarşı qoyduqları silahlara baxılacaqdı. Yəni, yalvarma, riya və tabasbus (yaltaqlıq), təslim və riza, yalan və hiylə, təzəllüm (zülm altında inləmə) və aldatma gibi vasitələrə! Bu isə getdikcə hər kəsi alçaltdı və alçaltdıqca zəlil etdi və hər kəs zəlil olduqca nəfsindən başqa kimsəni düşünməz oldu! Haqq məfhumu qalxdı, yerinə qüvvətə tapmaq qondu. Müdhiş bir eqoizm, bir ötkəmlik qəlbləri qapladı; şöylə ki, bu əzilmiş qəlblər həyəcan və həmlə deyilən və böyük hərəkətlərin, yüksək fədakarlıqların mənbəyi olan xassələrdən silindi! Hətta həqiqəti sevmək qabiliyyəti belə qalmadı!
2
Hazirun Leyla xanımın bu təşrihini diqqətlə və heyrətlə dinliyorlardı. Turqut dəxi əski məktəb arkadaşının zəka və məntiqini təqdir ediyor və etiraz ediləcək cəhət bulamıyordu.
- Fəqət, xanım əfəndi, siz qadınlar əski dövrün mənfi təsirlərindən tamamən məsummu qaldınız? - deyə sordu.
- Bən tamamən məsum qaldıq deyə bir iddiada bulunmadım. Bu təsirlər təbiətilə siz erkəklərin vasitəsi ilə ailə ocaqlarına qədər gəliyordu. Zatən, o zaman ailə ocağı dediyiniz şey nə idi? O da istibdad sisteminin bir nümunəsi deyilmiydi? Orada da təhəkküm eynən hakimdi. Fəqət sən də etiraf edərsin ki, ailədə cəbr və təhəkküm dışarıdakı cəbr və təhəkkümün yanında heç qalıyordu. Ailədə qadını erkəyin təhəkkümünə qarşı qoruyan qiymətli mənəvi amillər vardı. Məsələn, çocuqlar, birlikdə yaşamaqdan doğan qarşılıqlı əlaqələr, erkəyin qadına qarşı hər nə də olsa, məhəbbəti ilaxır! Fəqət bütün bunlara rəğmən, iddia edəməm ki, qadın istibdad zülmünün təsirlərindən tamamən məsum qaldı. Bənim iddiam şudur: Erkəkdə qəlb fəlçə uğramışkən, qadında qəlb zədələnmiş isə də, daşıdığı fitri qabiliyyət və qüvvətləri qeyd etməmişdir və bu qabiliyyət və qüvvətlərin inkişafı ilə erkək qəlbinin də gələcəkdə düzələcəyi ümidini veriyor!
Turqut gülümsəyərək əllərini ovuşdurdu və müstəhzi bir tövrlə:
- Bu son əməliyyənin nasıl olacağını lütfən anladırmısın?
- Zatən oraya keçmək üzrə idim; son inqilabımız qadının ictimai qiymətini təqdir edərək, ona layiq olduğu mövqeni təmin etdi!
- Burada sözünüzü kəsməkliyimə lütfən, müsaidə buyururmusunuz?
- Söyləyiniz!
- Bu son inqilabı yapanlar erkəklər deyilmidirlər?
- Əzizim! Qolay bir təərrüz (burada: hücum etmə) cəbhəsi buldum deyə kəndini aldatma! İctimai varlıqlar, tarixi qəhrəmanlar ölçüyə gəlməzlər! Biz burada ələladə erkəklərdən, hər gün təsadüf etdiyimiz insanlardan bəhs ediyoruz. İstisnayi insanlara və qəhrəmanlara beş yüz, min, beş min daha nə biləyim nə qədər sənədə bir kərə təsadüf edilir! Onları nümunə ittixaz edərək, hər dəqiqə doğub-keçənlər haqqında da hökm verirsək, kəndimizi aldatmaqdan başqa bir şey yapmış olmayız. Biz şimdi səndən, bəndən sokakda, bazarda gəzənlərdən bəhs ediyoruz; zatən vəq'ələr (burada: hadisə, əhvalat) də meydandadır. Sən və bən və bir çox münəvvər erkəklər o qəhrəmanın zühurundan əvvəl də qadına mövqe vermək tərəfdarı idik! Fəqət nədən birimiz meydana atılıb da, bu arzunu tətmin edəmədik! Hətta tətmin etmək şöylə dursun, bu dəruni arzunu izhar etməkdən belə ürküyorduq! Binaənaleyh, ümumdan bəhs edilirkən, sən bu istisnayi varlıqları misal olaraq göstərməkdən çəkin! Şimdi gələlim əsl məsələyə, yəni qadının təsiri ilə erkək qəlbinin qurtuluşu məsələsinə! Son inqilabımız sayəsində türk qadını ictimai həyatda amil olmağa başlamış olduğundan, təbiətilə daşıdığı həssasiyyəti də bu həyata qarışdıracaqdır. Arkadaşlarımız Zeynəb, Lütfiyyə və Səbriyyə xanımları tanırsın. Bunca erkək arkadaşlarımız arasında bunlar qədər nəfslərini başqaları için fəda edənlər varmıdır? Bunlar bütün varlıqlarını ailələrinə vəqf etmişlərdir. Gecə-gündüz durmadan didiniyorlar, kəndilərini, üst-başlarını və hətta qidalarını belə ehmal edərək ixtiyar annələrini, gənc qardaşlarını keçindirməyə baxıyorlar. Məsələn, zavallı Lütfiyyə bir-iki dərs fazla verib bir kaç para ziyadə qazana bilmək için bu böyük şəhərin bir ucundan ötəki ucuna qədər yaya yürüməkdədir. Keçən gün kəndisinə təsadüf etdim. Rəngi atmış, üst-baş pərişan, kundurasının (ayaqqabı) bir tərəfi yırtıq, genə o məhud (bilinən, məlum olan) yoxuşu yaya dırmanmaqda idi. Qəlbim parçalandı.
- Lütfiyyə, - dedim: - bu nə hal, bir az da kəndinə baxsana!
Zavallı üzümə həzin-həzin baxaraq:
- Ah, kardeşim, vəziyyəti biliyorsun, annəm xəstədir, doktoruna, ilaclarına güc yetişiyorum! - dedi.
Böylə bir fədakar erkək arkadaş göstərə bilirmisin?
- Fəqət bütün qızlar da böylə deyil ya! Sənə öylə qız arkadaşlar göstərə bilirim ki, bir kürk için zövclərindən ayrılmışlardır! Məsələn, Naciyə xanımı xatırlarsın ya!
Leyla sərt bir baxışla:
- Bən sənə bütün qızların böylə olduqlarını söylədimmi? Hətta bu gün sənin göstərdiyin tip əksəriyyətdir. Eqoizm içində yuvarlanan bir mühitdə Lütfiyyə gibilərin birdən-birə əksəriyyət olması için möcüzə lazımdır.
- Fəqət sənin yeni türk qadınına nümunə olmaq üzrə göstərdiyin Lütfiyyə xanım gibilərə əski türk qadınları arasında da az təsadüf edilmiyordu. Bən böylə şəhid dulları biliyorum ki, çocuqları için gəncliklərini, gözəlliklərini və bütün həyatlarını fəda etmişlərdir!
- Bənim tezimi təyid ediyorsun. Yəni türk qadınının qəlbindəki yüksəkliyi mühafizə etmiş olduğunu isbat ediyorsun. Yalnız şurası vardır ki, o əski türk qadını camaat həyatına qarışmadığından daşıdığı fəzilətlər müəssir (təsirli) olamıyordu. Şimdi isə o feyzlər kəndisini göstərəcək, türk erkəyinə də sirayət edəcəkdir.
Turqut gülərək:
- Sirayət etdiyini görmüyoruz. Yeni ailələr altı aydan ziyadə davam edəmiyor. Rəfiqəm hekayə ediyordu: Məktəb arkadaşlarından birisinin evləndiyini eşitmiş, sokakda təsadüf etmiş və təbrik eyləmiş. Arkadaşı isə:
- Ayrıldıq, - deyə qocaman qəhqəhə salıvermiş.
Rəfiqəm heyrətlər içində:
- Neçin? - deyə sormuş.
- Hərif sinemanı sevmiyormuş, bənimlə sinemaya gedəməzmiş! Böyləsini cəhənnəmin dibinə getsin!
Hazirun gülüşdülər, Leyla da güldü və Turquta xitabən:
- Əvət, əvət! Sinema için, teatro için, kürk için, apartman için və bəzən də sırf dəyişiklik olsun için ayrılan yeni qızlar vardır.
Fəqət məşru-zövcələrinin, çocuqlarının gözləri önündə metres tutan, metreslərinə ailə və çocuqlarından ziyadə baxan erkəklərə nə dersin? Hələ şu elanı bir oxu: "Oksford darülfünunu doktor ünvanı ilə ikmal etdim, yüz əlli lira maaşım vardır. İki yüz əlli lira iradı olan bir qız arıyorum, talib olanlar filan adresə müraciət etsinlər!" Kəndini bazarlığa qoyan bu Oksford darülfünunu doktorumu, yoxsa sinema için zövcündən ayrılan qızmı yüksəkdir?
Turqut böylə bir sual bəkləmiyordu. Şaşaladı.
Leyla: - Bən cavab verəyim: fərqsizdirlər, biri digərinin eşidir, eyni varlığın iki üzüdür, fəqət Lütfiyyə xanıma gələlim. Yeni qızlar arasında heç olmazsa, onun gibilər çıxmışdır. Və bu tip getdikcə artmaqda, çoxalmaqdadır. Çünki gözəllik, maddi və mənəvi gözəllik çəkicidir, oxşayıcıdır, insan nə qədər pozulmuş olsa da, onun önündə əyilir, ona hörmət edər və kəndisini ona bənzətmək istər. Sonra, əzizim Turqut, etiraf et ki, siz erkəklər nə qədər qüvvətli olsanız, nə qədər təhəkküm etsəniz də, qadının təsirindən, ona xoş görünmək istəməkdən kəndinizi alamazsınız! Bir sürü erkək arasında bir tək qadının bulunması belə, dərhal kəndini göstərir, dərhal erkəklərin hərəkət və tövrləri üzərinə təsir yapar, onları yumşaqlığa, incəliyə çağırır. Erkəklər şimdiyə qədər qadının bu tərbiyətkar fəzilətindən məhrumdular. Bu gün isə bambaşqadır. Şimdi qarşınıza sizinlə bilgi və dimağ etibarı ilə həmayar bir qadın çıxmışdır, siz onunla hesablaşmaq məcburiyyətindəsiniz! Bu yeni vəziyyət camaatımızın gələcəyini hazırlamaqdadır. Türk qadınının qəlbindəki şəfqət, mərhəmət, həssasiyyət, həyəcan və həmlə qaynağı yavaş-yavaş daşacaq, sizə də sirayət edəcək və nəhayət, sizi ötkəmlik qını içindən çıxararaq, həssas olmağa, başqalarının iztirablarını anlamağa və bu iztirabları gidərmək için həmlələr yapmağa dəvət edəcək! Hesabçı dimağınızla durğun qəlbiniz arasında pozulmuş olan müvazinəni təmin edəcək, sizi yalnız düşünən deyil, eyni zamanda da hiss edən bir varlıq halına gətirəcək və bu surətlə sizi yarım qalmaqdan qurtaracaqdır! İştə, qadının açılmış olan bu yeni dövrdəki rolu!
Turqut söyləyəcək bir şey bulamadı və "İnşallah! İnşallah!" - deyərək münaqişəyə nəhayət verdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!