"Qaranlığın fotosu" haqqında... - Andreana DVORNİÇ

 

"Ağılın itiliyi heç vaxt ahəngdar şəraitdə doğulmur" (H.Murakami). Bu prizmadan kiminsə poeziyasının mənşəyinə baxsaq, Ümid Nəccari onun ən görkəmli nümayəndəsi olardı. Ədəbi təsviri və nəqli onun yüksək intellektual və sənət baxımından incə bir şair olduğunu təsdiqləyir. Onun poeziyası uzaq və ya yad deyil, amma heç bir əvəzedicisi yoxdur. Onun kövrək yazı üslubu, qüvvətli bir yaradıcılıq gücü var və bu, "Qaranlığın fotosu" toplusundakı şeirlərin verdiyi təəssüratdır.

Həyat və ədəbi təcrübəni birləşdirməklə Nəccari oxucularına toxunulmaz dərinlik hissi oyadan şeirlər yazır. Bəzən mənasız və nəcib təsvirlərin mahiyyətini ortaya qoyur və bizə elə gəlir ki, mənasızdan dərin mənalıya, abstraksiyadan hadisələrin həqiqi mənasına keçirik və həqiqiliyi ilə oxucusunu daha çox araşdırmağa və onlara yenidən qayıtmağa sövq edir. Özünəməxsus üsluba malik şair keçmişi və bugünü iki fərqli sahə kimi bölmür, əksinə, onları eyni dərəcədə dominant olaraq qəbul edir və həyatda eyni intensivliklə təmsil edir.

Həyatda hər şey dərin boşluğu və tənhalığı ifadə edir və aralarında heç bir əlaqə yoxdur. "Sənsizlikdir güzgüdə görünən hər nə varsa..." ("Bir çətirlik vətən" şeiri) şeirində çoxlu və müxtəlif əlaqələr mövcuddur - ölçüyəgəlməz eşqdən, ölçüyəgəlməz nostaljiyə qədər.

Onun şeirinin mövzusu olaraq, həsrət və çarəsizlikdən başqa "İnanmadığımız anda darıxmaq kölgəsi düşər içimizə... Gülümsəmək ağlamağın son nəfəsidir..." ("Darıxmağın kölgəsi"). Şair öz təsvirlərində faciə işarələrini çəkir, "yazıqdır məzarlardakı qara daşlar" ("Ağacın kölgəsi") bəzən hətta apokaliptik tonlara malikdir.

Gecə ağrıyır...

Axı

qaranlığı qanadından vurdular...

Ona görə də uça bilmirik. ("Ümidsizlik, kədər və əzabın müxtəlifliyi, ümidsizlik içində qıvrılmış bir addım")

Çarmıxda bir atəş yığını.

Üsyankar, dayanılmaz atəş narahatlığı əbədi hərəkətin ziddiyyətlərlə dolu bir aləmin, işıq və qaranlığın əks qüvvələrinin daimi mübarizəsinin səhnəsidir. (Heraklit)

Nəccarinin şeirlərində işıq ümidin əksidir və gecəyə tez-tez qayıtmaq bizə işgəncəverici həqiqəti, qaranlığın müxtəlif tərəflərini və əsrlərin pis taleyini görə bilirik.

Onun şeirləri dünyanın taleyi, qaranlıq üzərindən nəsillərin qalası olmaqdan sızıldayır. "Ayrılığın simfoniyası" şeirində unudulmuş vəziyyətdə bir xilas yolu tapmağa çalışır. Seçim azadlığı şüuru və yaşamaq ehtiyacı anlayışından keçən güclü çatışmazlıq.

"Absurd" adlı şeirində qədim filosof Zərdüştdən bəhs edərək işıqla qaranlığın, yaxşılıqla pisliyin davamlı mübarizəsi ilə təmsil olunan varlığımızın mahiyyəti haqqında fikirlərini vurğulayır.

Şeirin qeyri-bərabər misraları və açıq ritmi Mayakovskinin yazılarını xatırladır. Hətta eyni şeirdə Mayakovskini yad edir; "Sayın poeziya, bədənimin Mayakovski tərəfi ağrıyır!" deməklə intihar hissinin lirik yaradıcılığını və ölümün yaxınlığını vurğulayır.

Şair hər şeydən əvvəl müxtəlif münasibətlərdə varlığımızın mahiyyətində duran ən vacib və motivasiyaedici düşüncəni sevdirir. "Qollarını aç, küləkdən qoru məni, gözlərim qurumadan qoru məni!" ("Hamısı bəhanədir"). Bu, Ümid Nəccarinin fərdi və qeyri-adi poeziyasının mümkün şərhlərindən yalnız biridir.

Serbiya - Belqrad 2021

Tərcümə etdi: Vüsalə Əsədova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!