Günel EYVAZLI
Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!
Tofiq FikrƏt
İş otağımda sənədlər dolabının önündə bir stend dayanır. Bu stend il ərzində iki dəfə kollecimizin foyesinə aparılaraq tələbələrimiz üçün sərgilənir. Mən "Qan yaddaşımız" adlı bu stendlə və onun üzərindəki fotoşəkillərlə hər gün üz-üzəyəm. Bəzən otaq boyu gəzişəndə gəlib bu fotoların - Xocalıda qətlə yetirilmiş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın, vəhşiliklə öldürülmüş balalarımızın fotoları önündə saatlarla dayanıram və hər dəfəsində də "Bizi bağışlayın" deyirəm...
Otuz ilə yaxın bir müddətdə bu fotoları sərgiləməkdə məqsədimiz qan yaddaşımızı təzələməkdir, bəli. İldə bir neçə dəfə olsa da tələbələrimizə, bu vəhşilikləri törədən düşmənimizin adı ermənidir, deyirik. Bu düşmən barbar, faşist mahiyyətlidir, söyləyirik. Ruhu, iç dünyası barbarlıqdan yoğrulmuş bir toplumdan başqa nə gözləmək olar ki?!
Öz nökərinə "zaman keçdikcə birdən düşmənimə qarşı nifrətim azalar, hər səhər mənim üçün süfrə açanda filankəs sənin düşmənindir. Kinini, qəzəbini unutma" sözlərini mənə söylə, deyən hökmdar misalı kimi biz də yaddaşımızın korşalmaması üçün başımıza gətirilən tarixi hadisələrdən, olaylardan dərs almaq üçün ağrılı olsa belə bu fotoları sərgiləyirik.
Tarixin hansı səhifəsini vərəqləsək düşmənin eyni taktika nəticəsində başımıza gətirdiyi müsibətlərin şahidi olacağıq. Daima tolerantlığımızı, dinlərə, mədəniyyətlərə dözümlü olmağımızı, həm də erməni mahiyyətindən fərqli olaraq daxilimizdə nə qədər erməni milliyyətindən olanların yaşamasını dilə gətiririk. Amma hər dəfə eyni zərbəni kürəyimizdə hiss edirik.
Gəncə hadisəsindən sonra bir fikri dilə gətirdim. Niyə içimizdə yaşayan ermənilər bir olub, Ermənistana "Dayan! Faşistliyinə son qoy!" demir, "Geri çəkil, Qarabağ sənin deyil" demir? Niyə Ermənistana Bakı erməniləri adından bir bəyanat ünvanlanmır? Məgər susmaq, olanlara qarşı lal olmaq, laqeyd olmaq zülmü edənlə razılaşmaq demək deyilmi? Axı laqeydlik ən böyük fəlakətdir. Bəli, humanizm bizim mədəni, əxlaqi səviyyəmizin göstəricisidir. Amma humanizm, sadəlövhlük demək deyil, düşmən. Əsrlər boyu sənin dinc şəraitdə millətimin başına hansı vəhşətləri gətirdiklərini görmədikmi? Gördük. İnsanlığa yaraşmayan bütün hərəkətləri sənin timsalında gördük. Bizləri məscidlərə toplayıb odun kimi yandıran sən oldun. Yanar samovarı belinə şəllədiklərin, hamilə qadının qarnını yarıb "türk balasıdır" deyibən süngüyə keçirən sən oldun. Uzaq keçmişdə də, yaxın Xocalı timsalında da yırtıcı xislətini, qana susamış mahiyyətini gördük. Səninlə birgə Qarabağda yaşayaqmı, əsla!
Buqələmun kimi hər rəngə bürünməyi bacaran erməni toplumu, "vətəninizə xoş gəldiniz" ifadəsini dilinə alar da, sonra asanlıqla alnımıza silah da tuşlaya bilər. Adam dostunu da, düşmənini də bir dəfə tanıyır. Sən həmişə düşmənsən, erməni!
Əslində, 1903, 1905 qırğınlarından sonra 1907, 1907 qırğınından sonra 1918-ci il qırğınlarının başımıza gətirilməsinin əsas səbəbi tarixi olaylardan yaxşı dərs ala bilməməyimizdir. 1918-ci il Mart qırğınlarından sonra Əhməd bəy Ağaoğlu yazdığı məqalələri vasitəsilə hayqırırdı. Bəlanı başımıza gətirənlər elə o vaxtlar da rus mətbuatında meydan sulayırdı. İkili standartlar elə o vaxtlar da mövcud idi. Tarix təkrarlanırmı?
"Erməni-müsəlman münaqişələrinin ilk kədərli günlərindən başlayaraq, Rusiyanın mütərəqqi mətbuat orqanlarının əksəriyyəti müsəlmanlara münasibətdə düşmən mövqeyi tutmuş, onları irticaçılıqda, mütləqiyyətin dayağına çevrilmək cəhdlərində, qaragüruhçuluq meyillərində, vəhşiliklərdə və daha nələrdə, nələrdə ittiham etmişlər... Rusiya paytaxtının mətbuatında qaldırılmış bu hay-küy, təbii ki, Avropa mətbuatında və ümumiyyətlə, dünya mətbuatında da müvafiq əks-səda doğurmuş, müsəlman haqqında elə təsəvvür yaranmışdır ki, guya onlar Qustav Emarın romanında təsvir edilən qırmızı dərili adamların tayıdır... Mütəmadi və planlı xarakter almış bu təhrikçiliyin təşkilində kadetlərdən tutmuş bolşeviklərədək, daşnaklardan tutmuş sosialistlərədək bütün ünsirlər heyrətamiz və mütəəssiredici bir həmrəylik nümayiş etdirirlər. ("Əhməd bəy Ağaoğlu. "Azərbaycan" qəzeti, 8 dekabr 1918, № 55"). Eynilə bugünkü hadisələrə bənzəmirmi?
1988-ci il deportasiyası. Azərbaycanlıların öz doğma yurd-yuva yerlərindən qovulması. İlahi, belə vandalizmmi olar? Yersiz bir xalq gəlib desin ki, dur evindən çıx, bura mənimdir. Bəlkə dilimizdə dolaşan "Yersiz gəldi, yerli qaç" ifadəsi elə bu olayların təsirindən yaranıbdır? Hə, onda rus imperiyası elədən-elə, belədən-belə istədiyi oyunu başımıza açırdı. Müsəlman balaları hərbə alınmırdı, müasir silahlarla davranmağı bacarırdı. Ona görə qıranı qırırdınız, yerdə qalanı yerindən qovurdunuz. İndi bu keçməz!
"İrəvan iğtişaşlarında məlum oldu ki, müsəlmanlar hərb fənninə yaxşı bələd deyillər və bundan əlavə, hamılıqla döyüş silahından məhrum olduqlarından mahalda ermənilərin təcavüzünə məruz qalan camaata əsla bir köməkdə bulunmadılar. Buna görə ermənilər qol-qanad açıb, Qırxbulaq mahalına hücuma keçib müsəlmanları son dərəcə pərişan etdilər". (M.S.Ordubadi "Eçmiədzin. Üçkilsə hadisələri").
İndiki Azərbaycan başqa Azərbaycandır. İndiki Azərbaycan Ordusu başqa ordudur. Axı sənin, düşmən, əvvəlki taktikaların bu gün üçün keçərli deyil. Sən isə "ulularından", keşişlərin tərəfindən cızılmış kordinatlar üzrə XXI əsr üzərində yerimək istəyirsən, alınmaz!
Tarixə diqqət yetirək, sanki indiki olaylardır... Məkrli siyasət. Bütün dövrlərdə üzə çıxan erməni xisləti, soyqırım taktikası, qaraqışqırıq, həyasızlıq... Kardaşyanlarına "Xalqın anası" deyənlərin təfəkkürü bütün zamanlarda eynidir.
"Müsəlmanların ziyalıları və adlı-sanlı adamları heç bir başqa məqsəd güdmədən camaatı sidq ürəklə sakitləşdirdikləri, ona bu qardaş qırğınının bütün çirkinliklərini anlatdıqları halda, qəzetlərdə təbliğat təşkil edən ermənilər ortaya çıxdılar və bütün dünyaya hadisələrlə bağlı heyrətamiz dərəcədə şişirdilmiş araqızışdırıcı teleqramlar yaymağa başladılar. Onlar öldürülmüş 10-15 min nəfərdən danışır, müsəlmanları qaniçən vəhşilər kimi təsvir edirdilər. Bütün Rusiya və Avropa ayağa qaldırılmışdı". ("Bakı hadisələri haqqında həqiqət" - Əhməd bəy Ağaoğlu).
Xalqımız həmişə rəşadətiylə, döyüşkən ruhuyla seçilib. Əslində, danışıqlar uzandıqca hər bir azərbaycanlı, "qılıncımız qınında qalınca pas atar", deyə düşünürdü. Mən də bu qorxunu keçirənlərdən biri idim. Elə bilirdim biz doxsanların uşaqları olaraq o dövrlərin canlı şahidiyik. Qarabağı yadında saxlayan sonuncu nəsil bizik, deyə düşünürdüm. Elə bilirdim bizdən sonra gələn yeni nəsil artıq Qarabağı unudar. Amma zaman göstərdi ki, vətən genetik qan yaddaşıdır və heç vaxt unudulmur.
Böyük atəşkəs sükutundan sonra xalq, sanki yuxudan oyanırmış kimi bir ayrı ruhla özünü xatırladı. Əslində, ard-arda hər ilin müəyyən tarixi dövrə və şəxsə aid olması da xalqımızın özünədönüşünü təmin etdi. Sanki 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Cümhuriyyət ili" elan edilməsi də yaddaşımızı, yaxın tariximizi, tarixi olayları yenidən vərəqləməyimizə kömək etdi.
İlahi, tariximizdən kimlər gəlib keçib, bu şəxsiyyətlər mənim ulu babalarımdır. Bizimdir! Oxuduqca dərk etdik, dərk etdikcə oyandıq, oyandıqca haqqımızı tələb etmək qüruru içimizdə baş qaldırdı. Ver, mənim olanı mənə ver!
Uzun dövrlər gizlədilmiş tarix aşkara çıxdı, çox şükür. Əsl idrak göstəricisi olan mətnlər, istiqlal nəğmələri dilimizdə dolaşdı, özügüvənimizi artırdı. Özünəhörmətə gətirib çıxardı. İndi bu yüksək ruhla, əzmlə məqsədimizə doğru gedirik. Özümüzü tanıyaraq, tariximizə bələd olaraq bizim olanı işğaldan azad etməyə gedirik.
Azərbaycan xalqı yumruq olub birləşməyi də bacarır, varlığı uğrunda mübarizə etməyi də bacarır. Yeni Vətən Müharibəsi Azərbaycan torpaqlarının bütövlüyü ilə inşallah yekunlaşacaq. Didik-didik olmuş vətən zərrə-zərrə öz bütövlüyünə, tamlığına qovuşacaq. Bu əsr bizim olacaq! 2020-ci il bəşəriyyət tarixinə Koronavirus kimi, bizim tariximizə isə zəfər kimi yazılacaq.
Dilimizdə bir deyim var, "qonşun pisdir, köç qurtar". Erməni adlı mənfur qonşu ilə (dilim gəlmir qonşu deməyə) sərhəddə yaşayırıq və əsrlərdir bu üzdəniraqların fitnəsi ilə bəlalara düçar olmuşuq. Amma biz bu deyim kimi heç yana getməyəcəyik, onlar qovulmalıdırlar. Tarix göstərdi ki, biz bir yerdə yaşaya bilmirik. Biz azərbaycanlıların ifrat humanizmi belə, onların müsəlman toplumuna, türk millətinə qarşı qəzəbini, nifrətini soyutmur ki soyutmur. Hər birinin məqsədi əlini azərbaycanlı qanına bulamaqdır. Elə bu məqsədlə döyüşü döyüşçü ilə aparmır. Mülkü əhalini hədəfə alır. Biz onlara məhz XXI əsrdə elə bir dərs verməliyik ki, onlar aramızdan rədd olub öz ayaqları ilə getsinlər.
Qarabağın erməni əhalisi adlı məfhum olmamalıdır! Yox, olmamalıdır! Əsrlərdir aldığımız dərslər buna imkan verməz. Biz onlarla bir yerdə yaşamaq istəmirik. Beynəlxalq təşkilatlar buna nə ad qoyursa qoysun. Alınmır, alınmaz. Yenə də əsrlərdir yedirdib əjdahaya döndərə bilmərik, mənfuru. Yenə də erməni arvadlarını övrət edib, yarıtürk, yarıerməni dünyaya gətizdirə bilmərik. Oljas Süleymenovun "Gil kitabı"nda deyildiyi kimi. "Yavalarla qaynayıb-qarışmayın. Qoy düşmənimiz özümüzə bənzərlər olmasın!". Birdəfəlik bunu ağlımıza yazmalıyıq!
Bizim zəif olmağa daha ixtiyarımız yoxdur. Bundan sonra daha da inkişaf etmiş, ayaq üstə dayanmağı bacaran, beynəlxalq, diplomatik sferada xüsusi imicə malik xalqlardan olmalıyıq. İqtisadiyyatımız, ədəbiyyatımız, incəsənətimizlə yeni inkişaf mərhələsinə qədəm qoymalıyıq. Bu güc bizi ucalardan uca edəcək. Və bu güc düşmən fitnəsinin, xislətinin qarşısında sipər olacaq.
Dünya durduqca bu xalq, bu vətən yaşayacaq! Tanrı səni qorusun, ucalardan uca xalqım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!