Dirigözlü gecə... - Azad Müzəffərli - hekayə

 

Kefi kök idi, ayaq üstə güclə dayanırdı. Dost məclisindən gəlirdi. Qonaqlıq da onluq idi. Evə çatanda gecədən xeyli keçmişdi. Yataq otağının yanan işığı anındaca diqqətini çəkdi. Tələm-tələsik əlini cibinə atdı. Təsadüfən ehtiyat açar cibindəydi. Ehmallıca mənzilin qapısını açıb içəri keçdi. Qımırını da çıxarmadan yataq otağına yaxınlaşdı. Oradan iki səs gəlirdi. Sanki biri həzin mahnının sözlərini, o biri isə nəqarətini ifa eləyirdi. Arvadının səsinə elə bir əhəmiyyət vermədi. O biri səsə kökləndi. Xeyli qulaq asandan sonra kor-peşman halda divana sarı yönəldi. Əməllicə-başlı qısqansa da, indiki halında gözə görsənmək istəmədi. Hər şeyi səhərə saxladı.

Ha çalışsa da, bütün gecəni gözünə yuxu getmədi. Bu, nə qısqanclıqdan, nə də keflilikdən deyildi. Axı, ilk dəfəydi doğma mənzilləri körpə qığıltısına bələnmişdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!