Əsl Əsli - Orxan Fikrətoğlu

 "Əsli və Kərəm" dastanının mətni lokal mətn deyil. Fərqli dinlərə, mədəniyyətlərə aid sevgililərin sevgiləri uğrunda mübarizəsidir.  Bir yerdə ki, sevgi bütün sədləri aşır, o yer mədəniyyət beşiyidir. Hətta qədim Yunan mifolojilərində  belə bu tip dastan qəhrəmanları çox deyil. Bu faktın özü bizim dastan yaranan dövrlərdən üzü bəri mədəni və insani dəyərlərlə yaşamağımızı subut edir.

Atı arabanın qabağına bağlayanda at at olur. Atı arabanın dalına bağlayanda məğrur və yol bilən at yabıya çevrilir. Digər xalqlar yabını at elədikləri halda biz yol bilən atlarımızı yabı etmişik. Ədəbi tənqid institutunun da daxil olduğu icraçı təbəqə "ideoloji konyukturu" icra edən  strukturdur.  Milli ideoloji bu strukturun "talmutu" olanda gələcək daha təminatlı olur. Ədəbi tənqid tanıdıqlarını tərifləməkdənsə milli şüurun formalaşmasına mühüm təsir edə bilən yazılı mənbələri  günün  ideolji konyukturuna çevirsə, yaxşı olar. Necə ki, zaman-zaman böyük dövlətlərin böyük ideoloji institutları bunu edib. Biz ermənilərlə müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də ən azı cəmiyyətdə "əsgər kultu" formalaşmalıdır. Azərbaycana gələn kitab oxumamış bir varlı  turist sizcə, bizim Qarabağ müşkülü yaşadığımızı  anlayırmı? Bu gün Azərbaycan müasir Avropa ölkəsidir. Gecə barları  ilə, əyləncə yerləri ilə birlikdə. Mən bu gündəmi  vətəndaş olaraq anlayıram. Ölkəyə turist pul gətirir. Qeyri neft sektoru inkişaf edir. Manatın problemi var. Eyni zamanda bir ziyalı olaraq da düşünürəm. Bəs Qarabağ müşkülü necə olacaq? Cavab birdir. Bu işi ilk növbədə düşünən ziyalılar görməliydilər. Özü də  ən azı iki üç əsr bundan qabaq. Əli bəy Hüseynzadənin və digər bu çapda olan azman düşünərlərin zorən mühacirətə getmələri də bizi geri saldı. Uzun sözün kəsəsi, biz çox  gecikmişik. Amma yenə gec deyil. Varlı və kasıb anlayışı ancaq sosial həyata aid deyil. "Çizburger" yeyənlə, "Qara kürü" yeyənin intellektlərində də fərq var. Mən qara kürü yeyənlərin deyil, test təhsili ilə böyüyüb, "Makdonalds" yeməkləri ilə qidalananlara yönəli ideolojinin təsirindən danışıram.

Bir örnək göstərim ki, yazım daha anlaqlı olsun. Son illərin intellektual reallığı mətnin daha anlaqlı olması üçün müəllif fikrinin təkrar-təkrar çeynənilməsini tələb edir. "Əsli və Kərəm" dastanı yəqin ki "test nəslinə" tanışdır. Ən azı bu dastanın adını eşidənlər var. Erməni-Azərbaycan münasibətləri  fonunda bu mətndən görəsən istifadə etmək olarmı? Bu sevgi dastanını ideoloji zəmində təbliğat materialı kimi təqdim etmək mümkündürmü? Məncə, mümkündür. Amma biz  bunu etmirik.

Milli ideoloji Qarabağ probleminin həllində  torpaqlarımızın qeyri-şərtsiz geri qaytarılmasını tələb edir. Ədəbi tənqid bu tezisdən "Əsli və Kərəm" dastanını  dünyada təbliğ edərkən necə yararlana bilər?

"Əsli və Kərəm" dastanının on səkkizinci əsrdə formalaşmış variantında əsər qəhrəmanlarının gəncəli olduqları göstərilir. Kərəm Gəncə xanı Ziyad xanın oğludur. Əsli isə Ziyad xanın xəzinədarı olan Qara keşişin qızıdır. Ziyad xanın oğlu Mahmud ov zamanı  Gəncə yaxınlığındakı Qara Keşiş kəndinə gəlir. Və burda Qara keşişin qızı Məryəmi görüb ona vurulur. Məryəm də Mahmud Mirzəni sevir. Oğlanla qız arasında şərti olaraq oğlana Kərəm, qıza Əsli adı verilir. Mətnin bu yerində  bizim üçün ideoloji baxımdan xeyirli olan ştrixləri tapıb dəyərləndirək.

Əvvəla, "Əsli və Kərəm" dastanını  dünyaya çıxarıb piar etmək  vacibdir. Bu fakt bizim dastan yaratmaq qabiliyyətinə malik olduğumuzu subut edir. Dastanı isə hər xalq yarada bilmir. Bundan əlavə "Əsli və Kərəm" dastanının mətni lokal mətn deyil. Fərqli dinlərə, mədəniyyətlərə aid sevgililərin sevgiləri uğrunda mübarizəsidir. Bir yerdə ki, sevgi bütün sədləri aşır, o yer mədəniyyət beşiyidir. Hətta qədim Yunan mifolojilərində  belə bu tip dastan qəhrəmanları çox deyil. Bu faktın özü bizim dastan yaranan dövrlərdən üzü bəri mədəni və insani dəyərlərlə yaşamağımızı subut edir. Xatırlayırsınızsa hadisə Gəncədə baş verir. "Əsli və Kərəm" dastanının yarandığı coğrafiya mübahisə doğurmayan Azərbaycan ərazisidir. Gəncədir. Bu fakt dastanın yarandığı coğrafiyada azərbaycanlıların dominant xalq olmalarını subut edir. Dövlətçilik və idarəetmə də dastanda ancaq Gəncə xanı Ziyada aiddir. O, demokratik təfəkkür sahibidir. Milli və dini mənsubiyyətinə baxmayıb Qara keşişi xəzinadar təyin edib. Mətndə Azərbaycan xalqının əsrlərlə dini və milli zəmində dözümlü olması faktı da gizlənir. Bunu bugünkü Avropa dəyərləri fonunda başa düşürsüz də necə təbliğ etmək mümkündür. Ziyad xanın oğlu Mahmud Mirzə ov etmək üçün Ziyad xan tərəfindən Qara Keşişə bağışlanmış Qara keşiş kəndinə gəlir. Bu fakt da ideoloji qarşıdurmada çox vacibdir. Ermənilərin qədim Azərbyacan torpaqlarında hansı yollarla yerləşmələrinin subutudur. Onlar  heç zaman bu yerlərin aborigeni olmayıblar. Yaşadıqları kənd  Ziayd xanın onlara hədiyyəsidir. Və nəhayət, ədəbi tənqidə ideolji zəmində tutarlı mətn yazmaq üçün imkan verən ən mühüm detal. Dastan qəhrəmanları olan Mahmud Mirzə ilə Məryəm adlarını sevgili olan andan dəyişirlər. Oğlan Kərəmə qız isə Əsliyə çevrilir. Onlar nəyə görə adlarını dəyişirlər? Mətnin bu məqamında  artıq ədəbi təxəyyüldən doğacaq milli ideoloji nüanslar  ön plana çıxarılmalıdır. Görəsən nəyə görə sevgililər adlarını dəyişib yaşadıqları coğrafiyada hər şeyi təzədən başlamaq istəyirlər? Mühit onlardan bunumu tələb edir? Onlar dini, milli qarşıdurmanın fövqündə durmaq istəyirlərmi? Dastan yarandığı zaman Zəngəzur, Qarabağ qətlyamları hələ törədilməsə də ermənilərin Azərbyacana köçürülməsi prosesi başlamışdı. Rus və Fars hərbi ideoloqları ərazi bölgüsündə erməniləri Azərbaycanda görürdülər. Bəlkə dastan yaradıcıları bu gərginlikdən doğan qarşıdurmanı sətiraltı mənalarla bizə çatdırır?  Bəlkə dastan yaradıçıları ermənilərlə azərbaycanlıların bir xalq olaraq yaxınlaşmaları üçün adlarının dəyişilməsinin vacib olduğunu vurğulayır. Və ya  biz heç zaman biri-birimizlə yaxınlaşa bilməyəcəyik mesajını verirlər. Hər halda Məryəmin Əsliyə, Mahmudun Kərəmə çevrilməsi faktı ideoloji zəmində yazılacaq gələcək ədəbi mətnlər üçün qidaverici mənbədir. Qara keşişin keşiş olması da mətndə təsadüfü deyil. Erməniləri və ermənilyi idarə edənlərin kilsə olduğunu vurğulayan detaldır. Qara Keşişin sehrli düymələrlə Kərəmdən və yolundan dönmüş Əslidən intiqam alması da sətiraltı məna daşıyır. Erməni ideyasının məntiqli olmadığını vurğulayır. Qara keşişin erməni qızını müsəlmana verməməsi faktı sonradan ermənilərin monoerməni dövləti yaratması faktı ilə paralel təhlil oluna bilər. Və nəhayət, Əsli ilə Kərəmin öləndən sonra da birləşə bilməyəcəklərini vurğulayan mesajı xatırlayın. Onlar bir-birinə qovuşmadan ölürlər. Onların sevgisini basdıranlar özlərini də torpağa "qonşu" kimi kömür. Sevgililərin arasında basdırılmış Qara keşişin torpağından çıxan qara tikan kolu onların qəbri üstə bitmiş gülləri belə  qovuşmağa qoymur. Mətndə Qara keşişi Əsli ilə Kərəmin qəbirləri arasında görəsən kim və niyə basdırır?  Nəyə görə bu yazıya pozu olmur? Bu yazını kim yazır? Qara tikan hansı dövlətin rəmzidir? Bütün bu sualların cavabını ideoloimizə uyğun olaraq cavablandrımağın zamanı deyilmi?  Bunu edə bilsək Əslinin sehrli düymələrini də açmış olarıq. Gördünüzmü ideoloji mətn sevgini necə siyasiləşdirir.

Nəticə. “Əsli və Kərəm” dastanı hərbi vətənpərvərlik zəminində izah oluna bilən vətənpərvər mətn potensialına sahibdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!