Nərmin Cahangirovanın tərcüməsində...
Azərbaycan oxucularının "Mən səni sevirəm" bestselleri ilə tanıdığı Sesilia Ahern əslən İrlandiyadan olub sevgi romanları müəllifi kimi tanınır. ABŞ, İngiltərə, Almaniyada uzun müddət reytinqlərdə qalan "Mən səni sevirəm" romanından sonra Sesilia bir çox əsərləri ilə eyni müvəffəqiyyəti təkrarlamışdır. "Yağışların kəsdiyi yerdə", "Hədiyyə", "Hər il", "Güzgüdəki qız" hekayə və romanları, eləcə də son romanları "Damğa", "İdeal", və 2017-ci ildə yazdığı "Lira quşu" romanı ilə böyük oxucu sevgisi qazanmışdır.
Lira quşu
- Sən əminsən ki, sürə biləcəksən?
- Narahat olma,- deyə cavab verdi.
- Sən əminsən ki, o sürə biləcək?- deyə Reyçel Solomona müraciət edərək təkrar elədi.
- Hər şey qaydasındadı,- Solomonun yerinə də Bo cavab verdi.
- Heç olmasa sən, sükan arxasında yazışmaya bilərsən? Mənim yoldaşımım azad olmağına az qalıb, mən körpəni görmək istəyirəm,- deyə Reyçel təkid etdi.
- Mən yazışmıram, sədəcə mesajları yoxlayıram.
- Onda yaxşı! -Reyçel gözlərini çəkdi və üzünü pəncərəyə çevirdi. Pəncərədən kənd mənzərəsi ötüb keçdi. - Sən sürətlə sürürsən. Həm də xəbərlərə qulaq asırsan. Sənin başın uçuşdan sonra tamam xarab olub.
- Əgər belə narahatsansa, kəməri bağla.
- Çətin ki, mənə kömək edər,- deyə Reyçel deyinərək Bonun arxasındakı sərnişin oturacağında yerini rahatlayıb kəməri bərkitdi.
O Solomonun arxasında oturmaq istəyərdi, ordan Bonun etdikləri daha yaxşı görünürdü, lakin Solomon oturacağını o qədər geriyə itələmişdi ki, oraya yerləşmək olmazdı.
- Uçuşdan sonra da başım qaydasındadı- deyə Bo bildirdi, nəhayət ki, Reyçelin rahatlnması üçün telefonu yerə qoydu. Reyçel ümid edirdi ki, sürücünün hər iki əli sükanda olacaq, lakin mobil telefonun əvəzində Bo radioyaya diqqət kəsildi, stansiyaları axtarmağa başladı. - Musiqi, musiqi, musiqi.. nə üçün insanlar başqa heç nə haqqında danışmırlar?
- Çünki arada bir ağzını yummaq və susmaq lazımdı- Reyçel çımxırdı. Yaxşı, sən deyəndi, amma o, uçuşdan sonra özündə deyil. Özü də bilmir ki, hardadı.
Solomon gözlərini azca aralayıb yorğun şəkildə hər iki qadını nəzərdən keçirdi.
- Mən yatmamışam,- əzgin halda danışırdı. - Mən sadəcə..., bilirsiz...,- və hiss etdi ki, göz qapaqları öz-özünə yumulur.
- Bilirəm, bilirəm, sən Bonun maşın sürməsinə baxmaq belə istəmirsən-Reyçel dedi.
Bostondan altısaatlıq uçuşdan sonra, altının yarısı endikdə Solomon və Bo hava limanında tələsik qəlyanaltı edib maşın kirayələyərək yolüstü Reyçeli də götürüb İrlandiyanın cənub-qərbində, üç yüz kilometr məsafədə olan Korka yola düşmüşdülər. Solomon demək olar ki, bütün uçuş boyu yatmışdı, lakin bu ona bəs eləməmişdi, hər dəfə gözlərini açanda Bonu ayıq, geniş açılmış gözlərlə görürdü.
Bəzi adamlar hava ilə qidalanmaları haqqında zarafat edirlər. Solomon isə əmin idi ki, Bo bir məlumatla belə yaşaya bilər. o, kosmik sürətlə məlumatı qəbul edir, həmişə onün uçun acdır- oxuyur, qulaq asır, soruşur, axtarır, normal qida üçün yer belə qalmır. O çox az yeyir, informasiya onu qidalandırır, lakin o heç vaxt kifayətlənmir, bilik və məlumat aclığı heç vaxt doymur.
Solomon və Bo Bostona "Əkiz Tulun" sənədli filmi ilə irland jurnalistlərinin "kino və televiziyada yaxşı xidmətlərinə görə" illik müsabiqəsində qalib gəldikləri mükafatı almaq üçün getmişdilər. Çoxsaylı ikinci və üçüncü yerləri saymasaq, bu onların bu il aldığı on ikinci mükafat idi.
Üç il əvvəl onlar çəkiliş qrupu ilə birgə bir ili o vaxt yetmiş yeddi yaşında olan Co və Tom Tulinləri çəkməklə keçirmişdilər. Onlar Makrumun qərbində Korkun ucqar kəndində yaşayan fermer idilər. Bo başqa bir layihə üçün araşdırma apararkən onların hekayəsini kəşf etdi və onlar tez bir zamanda onun qəlbini. ağlını və demək olar ki, bütünlükdə həyatını fəth etdilər. Qardaşlar bütün həyatları boyu birlikdə yaşayıb işləmişdilər, heç birinin nə qadınlarla, nə də başqa insanlarla münasibəti olmamışdı. Onlar doğulandan bəri eyni fermada yaşamış, ataları ilə işləmiş, o öldükən sonra da işini davam etdirmişdilər. Onlar ağır şəraitdə işləyir və daş döşəməli kənd evində sadə vəziyyətdə yaşayırdılar, bir otaqda dar yataqda yatırdılar, Yeganə əyləncələri köhnə bir radiodan ibarət idi. Demək olar ki, onlar fermadan heç cıxmırdılar, həftəlik bazarlıqlarını zəruri şeylər gətirən yerli qadından alır, o da əsas ev işlərini görərdi. Tulin qardaşlarının bir-birilə münasibəti və həyata baxışı film heyətinin qədər tamaşaçıların da ürəyini parçaladı, çünki onların sadəliyi altında həyatın dürüst və aydın dərki vardı.
Bo bu filmi özünü rejissorluğu ilə Solomonun səs rejissoru, Reyçelin operator olduğu Mouth to Mouth Productions adlı şirkətində çəkdi. Onlar İrlandiyada nunların sayının azalmasının araşdıran Creatures of Habit, sənədli filmi çəkəndən bəri artıq beş ildi ki, komanda kimi işləyirdilər. Son iki ildə -sənədli filmin çəkilişlərinin bitməsi münasibətilə keçirilən qeyri-rəsmi şənlikdən sonra Bo və Solomon arasında romantik münasibət başalmışdı. Tulin əkizləri onların beşinci işi, lakin ilk əsas uğuru idi və bu il onlar bu film festivalından digərinə getməklə bütün dünyanı gəzmişdilər və Bo da təbrikləri qəbul edir və öz təşəkkür nitqini mükəmmələşdirirdi.
İndi isə onlar hər küncü onlara doğma olan Tulinlərin fermasına qayırdırdı. Lakin qardaşları uğurlarına görə təbrik etməyə yox, qardaşından iki dəqiqə kiçik olan Tom Tulinin dəfninə gedirdilər.
- Nəsə yemək üçün dayana bilərik? -deyə Reyçel soruşdu.
- Ehtiyac yoxdu- Bo bir əlini sükanda saxlayıb ehtiyatsız şəkildə sərnişin oturacağının altına əyildi, avtomobil yüngülə silkələndi.
- Ay allah,- Reyçel qışqırdı, baxmamağa çalışdı.
Oturacağın altından üç şokolad batonu çıxarıb birini Reyçelə tulladı. "Qəlyənaltı" - o öz şokoladını dişləri ilə açıb bir dişləm aldı. Hirslə çeynəməyə başladı, sanki tezliklə udub qurtarmaq istədiyi bir dərman idi: yemək ona enerji üçün lazım idi, həzz almaq üçün yox.
- Bilirsən də, sən insan deyilsən,- deyə Reyçel batonunu açıb küskün şəkildə baxmağa başladı. "Sən vəhşisən canavarsan"
- Lakin o mənim kiçik qeyri-insani canavarımdı. Solomon gülüb Bonun ayaqlarını toxunur. Bo gülümsəyir.
- Əgər siz birlikdə olmasaydız, -Reyçel çevrilərək dillənir. -Sən mənim tərəfimdə olardın.
- O onsuz da sənin tərəfindədi, - Bo zarafat tonunda, lakin mənalı şəkildə dilləndi.
Solomon sanki bu eyhamı eşitmədi.
- Əgər biz yazıq Coya başsağlığı verməyə gediriksə, məni niyə məcbur elədin ki, bütün aparatlarımı götürüm? -Reyçel kişmişli qozu çeynəyərək soruşdu. O səbəbi yaxşı bilirdi, lakin bir az ara qarışdırmaq istəyirdi. Bo və Solomonu hirsləndirmək maraqlı idi, onlar çox da sakit deyildilər. bir azca toxun sonra gör nələr baş verir.
Solomon gözlərini geniş açıb rəfiqəsinə dikdi. İki illik romantik birlikdəlik və beş illik iş fəaliyəti nəticəsində o onun üçün açıq kitab kimi idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!