20 Yanvar, 26 fevral və 31 mart tarixləri müasir tariximizin təqvimində qara pəncərələrdir. Biz hər dəfə həmin pəncərələrdən baxıb gələcək üçün lazım olan dərsləri almalı, ibrət götürməliyik. Şair, publisist Babullanın həmin silsilədən olan yazısından bir parçanı oxucularımıza təqdim edirik.
Erməni millətçiləri xalqımızın başına açdıqları ağlagəlməz faciələri törətmək üçün hər an elə donlara girmişlər ki, onların ölçü meyarı bəşər tarixində insanlıq aləminə yaddır. Bu məkrlər yalnız bədxah ruhların əcinnə əməlləri ilə üst-üstə düşür...
Bu qəsdləri aşağıdakı kimi xarakterizə etmək olar:
1. 1828-1904-cü illər - Yazıqlıq, yaltaqlıq pərdəsi altında erməni millətçiliyinin baş qaldırması, fitnə-fəsadlar və məkrlər;
2. 1905-1920-ci illər - erməni daşnaklarının "bolşevik cildi"ndə quduzluq dövrü - xalqımıza qarşı amansız soyqırımları;
3. 1921-1947-ci illər - erməni daşnaklarının "beynəlmiləlçi kommunist" qiyafəsində xalqımızın intellektual potensialnın məhvinə yönəltdikləri repressiyalar, təxribatlar və sui-qəsdlər;
4. 1948-1952-ci illər - Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın məcburi köçürmə aksiyaları deportasiyalar;
5. 1953-1957 - ci illər Dünya erməni terrorunun apogey həddi, "millətçi-partokrat" daşnaklarının xalqımıza qarşı ideoloji təxribatları;
6. 1988-1993-cü illər - Bütün qurumlardan olan millətçi ermənilərin dünya "Erməni diasporu"nun və katalikosun rəhbərliyi ilə xalqımıza qarşı amansız soyqırımları;
7. III minilliyin əvvəli - erməni millətçiliyinin qudurğanlığı: dünyanı əsarətə almaq məkri və erməni dövlətçiliyinin süqutu və məhvi.
Tarixi faktlara nəzər salaq. İrəvan şəhəri də daxil olmaqla indiki Ermənistanın Şərq hissəsi qədim Azərbaycan torpaqlarıdır. Tarix boyu orada yaşayan əhalinin əksəriyyəti Azərbaycan və türk tayfaları olmuşlar.
XVI əsrdə Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xan tərəfindən Rəvan qala şəhəri salınmışdır. Bu qala şəhərində ancaq Azərbaycan bəyzadələri yaşamışlar. İrəvan toponimi də yerli camaatın ləhcəsinə uyğun olaraq "Rəvan" sözünün fonetik dəyişikliyə uğramasından əmələ gəlmişdir. Mərkəzi İrəvan şəhəri olmaqla, İrəvan xanlığı da bu ərazidə yaşamışdır...
1828-ci ilin "Türkmənçay müqaviləsinə kimi nə İrəvanda, nə Azərbaycanın digər bölgələrində bir nəfər də olsun erməni yaşamamışdır.
1978-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər İrandan Azərbaycana köçürülən ilk ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmasının 150 illiyi şərəfinə abidə ucaldıb bunu böyük təntənə ilə qeyd etdilər. Bayram şənliyi bir neçə gün davam etdi. Həmin tədbirin keçirilməsi ilə bağlı materiallar mətbuat səhifələrində geniş işıqlandırıldı. Lakin 10 il sonra 1988-ci ildə erməni millətçiləri bu danılmaz həqiqəti də kölgədə saxlamaq üçün həmin abidəni uçurdular...
Bu köçürmə siyasətinin tarixinə nəzər salaq: Qafqaz canisinin sadiq nökəri general Valerian Mədətov İranda yaşayan ermənilər arasında hiyləgər erməni təbliğatını gücləndirərək "ermənilərin Azərbaycana köçmək" arzularını" Rusiyanın İrandakı səfiri A.Qriboyedova çatdırdı. Böyük "ustalıqla" düşünülmüş "erməni feli"nə inanan Qriboyedov ermənilərin bu "istəyinin" "Türkmənçay" müqaviləsində öz əksini tapmasında "böyük fədakarlıq" göstərdi, müqavilənin 15-ci maddəsini "əzabkeş" erməni xalqına "məlhəm" etdi...
Ermənilərin Azərbaycana kütləvi surətdə köçürülməsi başlandı... İzi itirmək üçün ingilislərə işləyən erməni casusları tərəfindən 11 fevral 1829-cu il tarixində A.Qriboyedov doğram-doğram edilərək qətlə yetirildi.
Zaqafqaziyaya köçürülən 1000000-dan çox erməninin 200000 nəfəri polkovnik Lazaryanın və knyaz Arqutinskinin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə həyata keçirildi. İrəvanda, Dağlıq Qarabağda, Gəncə və Şamaxı bölgələrində daha çox erməni məskunlaşdırıldı.
Qədim tariximizi yaşadan bölgələrimizə "əcinnə erməni axını Qarabağın bugünkü qara günlərinin əsasını qoydu... Bu dövrdən başlayaraq, köçkünlərdən əlavə, azərbaycanlılara hamballıq, nökərçilik etmək üçün "yazıq" formaya salan ermənilər ən çox İrəvana gəlməyə başladılar. Bütün bunlara baxmayaraq XIX əsrin ortalarında İrəvanda əhalinin yarıdan çoxu hələ də azərbaycanlılar idi...
...Fransız səyyahları Jan Batistin və Yan Şardenin əsərlərində qala şəhəri İrəvanda (həmin dövr və daha əvvəllər üçün) yalnız müsəlmanların - azərbaycanlıların yaşadıqları qeyd olunurdu.
Lakin erməni millətçiləri tariximizi saxtalaşdıraraq İrəvan şəhərinin adını erməniləşdirməklə yanaşı, onun salınma tarixini də "erməni dəst-xətti" ilə "daş kitabələr" basdırmaqla eramızdan əvvəlki dövrlərə "calamışlar", hətta 1968-ci ildə Yerevanın qondarma 2750 illik tarixini "təntənəli" surətdə qeyd etdilər... "Dədəm Qorqud" kitabında Göyçə və Ayğır göllərinin adlarının çəkilməsi bu yerlərdə ta qədim zamanlardan məhz azərbaycanlıların yaşamasından xəbər verir.
Qaraqoyunlu, Əfşar və Ozanlar yaşayış yerlərinin olması da deyilənlərə sübutdur.
XIX əsrin ortalarında İrəvanda 3 min azərbaycanlı, 1 min erməni ailəsi yaşayırdı...
İstər İrəvandakı, istərsə də indiki Ermənistanın bütün ərazisindəki toponimlərə, mikrotoponimlərə, orominlərə, oykonimlərə, hidronimlərə nəzər yetirsək onların başdan-ayağa Azərbaycan və türk mənşəli olduğunu görərik.
İrəvandakı Bağcalar, Boyaqcı, Börkçülər, Qəbiristan, Qəriblər, Dəmirbulaq, Dabbaqlar, Məsciddalı, Rüstəmxan, Sabuncu, Sallaxlar, Yoncalıq, Təpəbaşı, Toxmaqçı, Şiləçi məhəllələri, Əfşar, Seyxülislam, Kömürçü, Gürcü, Sərdar, Sulu, Susuz, Culfa və Hacı Əli karvansaraları, Abi Həyat, Zəngi, Gedərçay, Məmur çayları, Qırxbulaq, Dəmirbulaq, Dələməbulaq və Sərdar bulaqları, İrəvan qalası, Xan sarayı, Körpüqulağı, Təpəbaşı, Qala Hacı Novruzəli məscidləri, Pənahxan körpüsü tariximizin silinməz yaddaşıdır.
...1905-ci və 1918-ci illərin soyqırımları xalqımızı sarsıtdı...
... Hətta erməni tarixçisi Z.Qorqodyan yazırdı: "Daşnakların təmizləmə siyasəti nəticəsində 1919-cu ilədək qovulmuş azərbaycanlılar 200000, 1920-ci ildə isə 60000 nəfər olmuşlar...".
1918-ci ildə S.Şaumyan Bakıda "Evelina" təxribatı hazırladı. Bolşevizm pərdəsi bir neçə gün ərzində Bakıda və ona yaxın kəndlərdə 17000 azərbaycanlı qətlə yetirildi...
Bakıda mart soyqırımı törədiləndən sonra S.Şaumyan aprel ayının 13-də Leninə teleqram vurub - "düşmən tamamıilə darmadağın edildi, vuruşmanın nəticəsi bizim üçün gözəl oldu..." deyə yazanda 17000-dən çox soydaşımızın vəhşicəsinə qətlə yetirilməsini nəzərdə tuturdu.
Bu soyqırımın cinayətkarları S.Saumyan, T.Əmirov və Laloyan az sonra daha da azğınlaşdılar. Şamaxıda 40-dan çox kəndi yerlə-yeksan edib əhaliyə divan tutdular. Əhalini Cümə məscidinə yığıb yandırdılar.
Quba bölgəsindəki daşnak vəhşilikləri tariximizə qanla yazıldı. N.Nərimanov 1925-ci ildə Moskvada çap etdirdiyi məqalədə yazırdı: "Daşnaklar nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər".
Erməni tarixçisi A.Laloyan açıq etiraf edirdi: "Qısa müddət ərzində Azərbaycan əhalisinin 60 faizi məhv edildi...".
Rus alimi N.Şarov ermənilərin Qafqaza köçürülməsini rus mənafeyi üçün yeni təhlükə adlandırmışdı.
Amerika qafqazşünası Benniqsen qeyd edir ki, Zaqafqaziyada, o cümlədən Azərbaycanda yaşayan ermənilər "diaspor xalq"dır.
... Erməni daşnakları nəyin bahasına olursa olsun Ermənistanda rəhbər vəzifələrdə çalışan azərbaycanlıları, təxribat, sui-qəsd və böhtan yolu ilə aradan götürməyi qarşılarına məqsəd qoymuşdular. Bununla yanaşı, Moskvada "işləyən" ermənilərin köməyi ilə xalqımıza qarşı iftiralar daim genişlənirdi.
ABŞ-da, Fransa da, SSRİ-də erməni lobbisinin təsir gücünü artırmaq üçün katalikosun həlledici rolundan istifadə etməklə, Rusiyada, Şimali Amerikada, Suriyada, Qərbi Avropada "Ermənistanın xilası uğrunda erməni gizli ordusu"nu, "Ermənilərin soyqırımının humanist komandorluğu"nu, "Erməni inqilab federasiyası"nı, yaratmaqla adları çəkilən ölkələrdə idarəetmə mexanizmini zəiflətməyi qarşılarına məqsəd qoymuşdular.
... N.Nərimanov MK-ya yazdığı məktubda qeyd edirdi: "... İş o yerə çatıb ki, Stalin azərbaycanlı kadrlara inanmır. Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlminəlçiliyi 25 il təbliğ edən bir adam millətçi olur, sabiq mauzeristlər ("Daşnaksutyun" partiyasının üzvləri olmuş bolşeviklər nəzərdə tutulur) beynəlmiləlçi...".
Çox qəribədir!..
Bəs kim idi bu mauzeristlərin başında duran?
A.Mikoyan!..
O, Bakıdan "sürgün" edildi. Çünki Moskvada N.Nərimanovu izləmək, təkləmək və aradan götürmək daha asan olacaqdı.
Və nəhayət, bu qəribəliklərin ən böyük qurbanı elə N.Nərimanov özü oldu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!