Hekayə
Bir aydır ki, parlaq günəş yandırıcı şüasını çöllərə və səhralara döşəyir. Şən həyat bu güclü odun-alovun altında qaynayır; torpaq göz işlədikcə yaşıllıqla örtülmüşdür. Mavi səma üfüqün sonuna qədər uzanıb gedir. Normandiya fermaları uzaqdan kiçik meşələrilə incə fısdıq ağacları kimi görünürdü. Elə ki, yaxından mor yemiş şlaqbaumu açıb qaldırıb keçdin, çox böyük bir bağda irisümüklü adamlar kimi gözəl, alma ağaclarının çiçəklədiyini əminliklə görmək olar.
Qarmaqşəkilli, əyri, qara gövdələri açıq səma altında diqqəti cəlb edirdi. Onların açılmış çiçəklərinin xoş ətri qapıları açıq qalmış tövlələrin ədəbsiz iyinə qarışır və qıcqırmış zibilliyin üstundə toyuqların eşələndiyi görünürdü. Ailə qapının qarşısında əkilmiş armud ağacının kölgəsində nahar edir: ata, ana, dörd uşaq, iki nəfər xidmətçi qadın və iki nəfər nökər. Heç kim kəlmə kəsmir. Hamı bozbaş (şorba) yeyir, sonra süfrəyə təzə yemək - kartofla bərabər donuz piyi əlavə olaraq verilir.
Xidmətçi qadınlardan biri vaxtaşırı yerindən qalxır bardağı alma çaxırı ilə doldurub gətirmək üçün evin zirzəmisinə gedir.
Evin kişisi hesab edilən qırx yaşında hündürboy oğlan ətrafına diqqətlə nəzər salır, yarpağı tökülmüş üzüm kolu pəncərə tağlarının altı ilə divarboyu ilan kimi əyri-üyrü vəziyyətdə onun evinin divarında sürünüb başyuxarı qalxır; nəhayət, o dilə gəlir: “Atanın əkdiyi üzüm kolu vaxtından əvvəl tmurcuqlayıbdır; yəqin bu il o bol məhsul verəcəkdir”.
Arvad da çevrilib baxır, ancaq heç bir söz demir.
Bu üzüm kolu düz, atanın güllələndiyi yerdə əkilmişdi.
Bu əhvalat 1870-ci ilin müharibəsi zamanı baş vermişdi. Prussiyalılar bütün ölkəni tuturdular. General Fedherb Şimal ordusu ilə onlara rəhbərlik edirdi.
Amma prussiyalıların qərargahı onların bağlı-bağatlı bu fermasinda yerləşdirilmişdi.
Həmin bu fermanın sahibi qoca kəndli Ata Milon Pyer onları qəbul etmiş və istədikləri kimi yerləşdirmişdi.
Bir aydan bəri idi ki, almanların ön dəstəsi kənddə müşahidədə qalmışdı; fransızlar həmin bu yerdən on lyö aralı məsafədə möhkəm dayanmışdılar və hər gecə süvarilərdən iki-iki, üç-üç qaravula göndərilənlərdən heç birisi heç vaxt geri qayıtmırdı. Onları boyunları xəncərlə vurulmuş vəziyyətdə yollarda atları ilə birlikdə hər səhər çöldə, həyətin kənarındakı çökəklərdə, çala-çuxur yerlərdə ölü tapıb yığışdırırdılar.
Bu əsgərlərin eyni adamlar tərəfindən qətlə yetirilməsi təsəvvür edilir, ancaq, bunların kim olduğunu tapıb aşkar edə bilmirdilər.
Ölkədə terrorçuluq hökm sürürdü. Sadə bir şeytançılığa görə kəndliləri güllələyir, qadınları həbs edir, uşaqları tutub qorxudur, ancaq heç bir şey aşkarlana bilmirdi.
Amma günlərin bir günü səhər çağı Ata Milonu öz tövləsində sifəti çapılmış vəziyyətdə gördülər.
İki nəfər nizəli süvarı əsgər qarnı yırtılmış vəziyyətdə fermanın üç kilometrliyində tapılmış, onlardan biri əlində qanlı silahını tutub saxlamışdı. Görünür, özünü müdafiə etmişdi.
Fermanın qabağında dərhal Müharibə Şurası çağırıldı və qoca Milon Atanı gətirdilər.
Onun altmış səkkiz yaşı vardı. O, balacaboy, arıq, lopabığlı və böyük əlləri dəniz xərçənginin qısqaclarına oxşayır, saçları tutqun, seyrək və yaşılbaş ördəyin boyun hissəsində nəzərə çarpan zərif, yaşımtıl tüklərinə oxşayır və qafasının dərisi hər tərəfdən görünürdü. Qonur və boynunun ardında qırışmış dərisi onun çənəsinin altına qədər uzanıb gedir və qırışlar gicgahlarına qədər gözə dəyirdi.
Onu dörd nəfər prussiyalı əsgərin arasında, bayıra çıxarılmış mətbəx stolunun qarşısında ayaqüstdə saxlamışdılar. Beş nəfər zabit və bir nəfər polkovnik onunla üzbəüz oturmuşdu.
Polkovnik fransızca sözə başladı:
“Milon ata, biz burada olduğumuz gündən indiyə qədər sizin evdə qaldığımıza görə kirayə haqqı veririk. Siz həmişə mehriban, iltifatlı və hətta bizim üçün diqqətli olmuşsunuz. Ancaq bu gün sizə qarşı dəhşətli bir mühakimə, ittiham irəli sürülür və gərək hər şey aydın olsun. Sifətinizdəki bu yaranı necə və harada almısınız?..
Kəndli susdu, heç bir cavab vermədi.
Polkovnik sözünə yenidən başladı:
- “Susmağınız sizin işinizi ağırlaşdırır, Milon ata. Ancaq istəyirəm ki, siz mənə cavab verəsiniz, eşidirsiniz? Ölü tapılmış iki nəfər süvari əsgəri bu gün Kalver yaxınlığında kim öldürmüşdür, bilirsinizmi?
Qoca açıq-aydın şəkildə dedi:
- Mən öldürmüşəm!
Polkovnik təəccübləndı, məhbusa diqqətlə baxaraq bir saniyə susdu. Milon ata sakit, soyuqqanlı, kəndliyə xas olan keyləşmiş şəkildə dayanmış, gözlərini aşağı dikmiş, elə bil məhəllə keşişi ilə danışır, söhbət edirdi. Yalnız təkcə bir şey daxilin dumanlı aləminin sirrini açıb göstərə bilərdi; məsələ burasında idi ki, zərbə zərbə ardınca gəldikdə o, ağzının seliyini göz qabağında güclə udur, sanki onun boğazı tutulub boğulmuşdu.
Bu sadə insanın ailəsi - oğlu Jan, onun gəlini və gəlinin iki balaca uşagı on addım aralı arxada çaşqın vəziyyətdə dayanmışdılar.
Polkovnik sözünə yenidən başladı:
“Həmçinin bu kənddə hər səhər ölü tapılan kəşfiyyatçılarımızı kimin öldürdüyünü bilirsinizmi?
Qoca yenə həmişəki kimi eyni təmkinlə cavab verdi:
Mən öldürmüşəm!
- Onların hamısını siz öldürmüsünüz?
- Bəli, hamısaını mən ölkdürmüşəm!
- Siz... tək?
- Mən tək!
- Mənə deyin görüm, siz bunu necə etdiniz?
Bu dəfə ata Milon həyəcanlı göründü: görünür, uzun danışmaq zəruriyyəti onun vəziyyətini çətinləşdirirdi. O, pıçıldadı:
- “Bilirsən necə elədim? Onları necə, harada tapırdımsa, elə oradaca da öldürürdüm!
Polkovnik davam elədi:
- Sizi xəbərdar edirəm, gərək hər şeyi mənə deyəsiniz. Təxirə salmadan hər şeyi yerli-yerində danışsanız, yaxşı iş görmüş olarsınız. Necə başladınız?
Həmin bu adam arxasında dayanan ailəsinə diqqətlə narahat bir nəzər saldı. O, bir anlığa yenə tərəddüd elədi, sonra birdən danışmaq qərarını verdi:
- “Bir dəfə, sizin bura gəldiyiniz günün sabahısı axşam saat on olardı; siz və sizin əsgərlər bir inəyə və iki qoyuna yem üçün məndən əlli ekü aldınız. Mən öz-özümə dedim: “Hər dəfə məndən iyirmi ekü alsalar da, bunun əvəzini çıxacağam”. Və sonra ürəyimdə sizə deyəcəyim başqa bir şey haqqında fikirləşdim. Bax, sizin süvarı əsgərlərdən biri, mənim taxıl anbarımın arxasında qazdığım xəndəyin yuxarı tərəfində papiros çəkirdi. Mən gedib dəryazımı asdığım qarmaqdan çəkib çıxardım və asta addımla onun arxasına keçdim; o heç nə eşitmir, heç nə hiss etmirdi. Və mən yalnız bir zərbə ilə onun başını, sünbül kimi, bədənindən ayırdım; o heç “uf”da deyə bilmədi. Siz onu dənizin dibində axtasrsanız da tapa bilməyəcəksiniz; onu daş kömür kisəsinuin - müşəyinin içindən, hasardan qoparıb qoyduğum daşla birlikdə tapa bilərsiniz.
Mənim öz fikrim vardı. Mən onun bütün əşyalarını - ayaqqabılarından tutmuş papağına qədər hamısını gips sobasında, həyətin arxasında gizlətmişəm.
Qoca susdu. Vəzifələrindən kənarlaşdırılmış zabitlər əlləri üzlərində bir-birlərinə baxırdılar. Sorğu yenidən başlandı və onlar bax, bunları öyrəndilər:
Bir dəfə onun etdiyi cinayətlərə görə çıxarılan hökm icra olundu. Həmin bu qoca kişi bu fikirlə yaşamışdır: “Prussiyalıları öldürmək!.. O öz sirlərini gizli saxlayaraq, kinli kəndli qəzəbi, sərtliyi və vətənpərvərliyi ilə onlara nifrət edirdi. Özünün dediyi kimi, onun ayrıca fikri vardı. Hər dəfə cinayət törədəndən sonra bir neçə gün gözləyir, ara verirdi.”
Onu azad, sərbəst buraxdılar, getdi, gəldi... özü istədiyi kimi hara gəldi girdi-çıxdı, qalib prussiyalılarin qarşsında özünü sakit və iltifatlı göstərdi. Bununla belə, onun hər gün axşam saatlarında çıxıb harasa getdiyini görürdülər və o bir gecə evdən çıxdı, süvarı Prussiya əsgərlərinin getdikləri kəndin adını onların özlərindən eşidib öyrəndi, onlara tez-tez baş çəkdiyindən özünə lazım olan bir neçə alman sözü də öyrəndi.
Onda bu qoca, çöllərdə veyillənməyə, dilənçi həyatı keçirmyə, sülənməyə, yamaclarda, təpələrin, dağların döşlərində gizləndi, icazəsiz ov edən adamlar kimi ən zəif səsləri onun qulağı dəldi... öyrəndi...
Elə ki, vaxtı gəlib çatdığına əmin oldu o, yola yaxınlaşdı və bir kolluğa girib gizləndi. Bir qədər gözlədi. Nəhayət, gecəyarısı, quru, möhkəm bərk yolda dördnala çaparaq gələn atın ayaq səslərini eşitdi. O, qulağını yerə dayadı, süvarinin yaxınlaşdığına elə ki, əmin-arxayın oldu, bundan sonra hazırlaşdı.
Süvari əsgər təcili, diplomatik məktubu harasa, kiməsə çatdırmaq üçün çaparaq yaxınlaşırdı. O, ayıq-sayıq, qulaqlarını şəkləyərək gedirdi; elə ki, on addım qaldı Milon ata yola tərəf süründü, inildəyərək, ah-uf edərək : “Hilfe! Hilfe!”, yəni “Köməyə gəlin!” Köməyə gəlin! deyə, qışqırmağa başladı. Süvarı dayandı, bir nəfər almanın atdan yıxılıb burada qaldığını zənn etdi, onun yaralı olduğunu düşündü, atdan düşdü, heç bir şeydən şübhələnmədən yaxınlaşdı və naməlum, tanımadığı adamın üstünə əyiləndə qılıncın əyri tiyəsi onun qarnının düz ortasına işlədi. O. yerə sərildi, səsi də çıxmadı, canını tapşırdı, yalnız əsə-əsə, son nəfəsdə bir neçə söz pıçıldadı.
Elə ki, bu Normandiya sakini işini görüb qurtardı, qoca bir kəndli sevinci ilə yerindən qalxdı və onun əynindəki paltarlarını soyundurub özü geyindi, qarşısındakı cəsədin boğazını öz marağı xatirinə kəsdi, başını bədənindən ayırdı, sonra onu yaxınlıqdakı xəndəyə qədər sürüdü və ora tulladı.
At yerindəcə sakit dayanıb sahibini gözləyirdi. Ata Milon qalxıb yəhərdə əyləşdi və çaparaq səhraya üz tutdu.
Bir saat keçəndən sonra o, iki nəfər süvarinin qoşa, biri-birinin yanında məhəlləyə tərəf qayıtdılarını gördü. O, atını düz onların üstünə sürdü, yenə “Hilfe! Hilfe!” - deyə qışqırdı. Prussiyalılar onu yaxına buraxdılar, əynindəki paltardan onun alman olduğuna heç bir şübhələri qalmadı və bu qoca, mərmi kimi onların arasına girdi, ikisini də qılıncı və tapança ilə doğrayıb tökdü. Sonra bu qoca atlıların - alman atlılarının boğazlarını üzdü, onları sürüyərək qayıdıb gips peçinə atdı və atları qaranlıq, üstüörtülü yeraltı keçiddə bağlayıb gizlətdi, əynindəki geyimi-formanı çıxarıb tulladı, cır-cındır, nimdaş paltarlarını geyindi və özünü çarpayısına saldı.
O, dörd gün tamam acıq-aydın arada gəzən söz-söhbətin axırını gözlədi, evdən heç bir yana çıxmadı; amma beşinci günü yenidən yola düşdü, iki nəfər prussiyalı əsgəri eyni hiylə ilə öldürdü. O vaxtdan etibarən qoca daha dayanmadı. Hər gecə o, orda-burda gəzib-dolaşır, çapır, prussiyalıları orda-burda qətlə yetirir, Ay işığında, ucsuz-bucaqsız düzənliklərdə at çapır, atlı düşmən əsgərlər isə yoxa çıxırdı. Sonra onun bu dərsi, tapşırığı, işi sona çatır, yolboyu tökdüyü cəsədləri arxada qoyub qayıdır, atını və əynindəki alman əsgəri geyimini yeraltı sığınacaqda gizlədirdi.
O, cənuba tərəf gedir, sakitcə gizlətdiyi atına bol su və yulaf gətirir, onu doyunca yedizdirir, böyük zəhmətlə ona qayğı göstərir, qulluq edirdi.
Ancaq gecə növbəsində dayanan belə əsgərlərdən iki nəfərinə həmlə edəndə qoca kəndli sifətindən qılınc zərbəsi aldı. Qoca onların ikisini də öldürdü! O yenə qayıdıb gəldi, atını və əynindəki geyimlərini gizlətdi, köhnə, nimdaş paltarlarını geyindi, ancaq, evə qayıdanda onu halsızlıq yaxaladı, tövləyə qədər süründü, evə kimi gedib çıxa bilmədi...
Onu elə oradaca, tövlənin qapısının ağzında al qan içində, küləşin üstündə sərələnmiş vəziyyətdə tapmışdılar...
...O, elə ki,başına gələnləri danışıb qurtardı, başını birdən dik - yuxarı qaldırdı və prussiyalı əsgərlərə baxdı.
Polkovnik əlini bığına çəkib ondan soruşdu:
- Deməyə daha sözün yoxdur?
- Xeyr, daha heç bir söz... haqq-hesab düzdür; on alti nəfər öldürmüşəm, bunlardan bir nəfər də olsun nə az, nə də çox...
-Bilirsinizmi ki, indi öləcəksiniz?
- Sizdən rəhm diləməmişəm.
- Əsgər olmusunuzmu ?
- Bəli, əvvəllər olmuşam, müharibədə iştirak eləmişəm. Birinci Napoleonun vaxtında əsgər olan atamı siz öldürmüsünüz. Keçən ay Evrö yaxınlığnda kiçik oğlum Fransuanı hələ demirəm. Ona görə sizə borcluydum, borcumu verdim. İndi əvəz əvəzəm.
Düşmən zabitlər bir-birlərinə baxırdılar.
Qoca, sözünə davam elədi:
- Səkkiz nəfər atama səkkiz nəfər də oğluma görə öldürmüşəm, mən sizinlə əvəz əvəz olmuşam. Dava etmək üçün mən sizi axtarıb tapmamışam! Sizi qətiyyən tanımıram da! Haradan gəldiyinizi də bilmirəm. Siz mənim torpağımdasınız, indi də torpağınızda olduğunuzu hesab edir və əmr edirsiniz, guya öz evinizdəsiniz. Mən istədiklərim adamlardan intiqamımı almişam. Bu barədə, bu haqda qətiyyən sözüm yoxdur.
Və qoca, hərəkətsiz bədənini dikəldib düz tutaraq, qollarını bir-birinin üstünə qoyub qəhrəman kimi çarpazladı.
Polkovnik yerindən qalxdı və Ata Milona yaxınlaşıb səsinin tonunu aşağı salaraq dedi:
- Eşidin, qoca, görün nə deyirəm, bəlkə həyatınızı xilas etmək üçün bir əsas var?.. bu...
Amma bu xeyirxah insan daha heç bir şey eşitmirdi və o, gözlərini qalib zabitə zilləmişdi; bu vaxt külək onun başındakı zərif tükləri yellədir, o isə yuxarıdan aşağıya qədər qılınc zərbəsi alan sifətilə bərabər ağız-burnunu dəhşətli surətdə büzüşdürərək sinəsini qabağa verib şişirdərək var gücü ilə prussiyalının düz sifətinə tüpürdü.
Polkovnik dəli olmuşdu, o, əlini yuxarı qaldırdı və bu qoca ikinci dəfə onun sifətini tüpürcəyə bürüdü.
Bütün zabitlər ayağa qalxmışdılar, it kimi ulayır, əmri tələb edirdilər.
Bir dəqiqə çəkmədi ki, həmişəki kimi sakit, bu xeyirxah insanı divara dayadılar və güllələdilər; o isə böyük oğlu Jana, gəlininə və iki balaca, sevimli nəvələrinə baxıb onlarla təbəssümlə vidalaşırdı.
Fransızcadan tərcümə edəni: Şamil ZAMAN
filologiya üzrə fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!