Kafka nəyə inanırdı - Anatoliy RYASOV

“Belletrist bioqrafiya janrı - mədəniyyət göstəricisidir”. Keti DİAMANT
“Kafkanın son məhəbbəti” kitabından

Ömrünün son illəri ilə bağlı detallar Kafkanın hazır olmadığımız  sirli, çaşdırıcı mətnlərinin və onun natamam şöhrətinin təcəssümnünü açmağa kömək edəcək...

Oxuculara Dora Diamant adı daha çox Maks Brodun və Klod Davidin Frans Kafkanın tərcümeyi-halı ilə bağlı yazdığı kitablardan tanışdır. Adı çəkilən müəlliflərin hər biri yazıçının ömrünün son illərini birgə keçirdiyi bu qadına xüsusi fəsil ayırıb. Lakin həmin fəsillərdə olan məlumatlar  Dora Diamantın şəxsiyyətini kifayət qədər açmağa, eyni zamanda Kafkanın ömrünün son aylarını öyrənməyə tutarlı cavab vermir. Doranın həyatı ilə bağlı bu boşluğu onunla eyi soyadı daşıyan  Keti Diamantın kitabı doldura bildi. Unutmaq lazım deyil ki, bu və ya digər yazıçının və onun yaxınlarının həyatı ilə bağlı məlumatlar oxucuda bəzən  onların bədii mətnləri anlamağa kömək edəcəyi, yoxsa  mane oldacağı sualını doğurur. Keti Diamantın təqdimatında isə bu sual ikiqat aktullaşır, çünki onun mətnini ciddi tədqiqat işi kimi də dəyərləndirmək çətindir, uzaqbaşı həmin kitab belletrist əsərlər yazan müəlliflərin boqrafik yazıları silsiləsindən tanıdığımız “GAH” (Görkəmli Adamaların Həyatı) seyirasından olan kitablar sırasına daxil edilə bilər.

Gözətçi qülləsi

Qeyd etmək lazımdır ki, “Kafkanın son sevgisi” və alt başlıq kimi verilən “Dora Diamantın sirri” başlıqları XX yüzilliyin ən çətin imzalarından biri olan Kafkanın  həyatından bəhs edən kitabın adından daha çox bulvar ədəbiyyatı janrında yazılmış  besteller başlıqlarını xatırladır.

Təbii ki, belə bir janr paradiaqmasının seçilməyi oxşar hallarda mətnin üstünlüklərini qabartmaq əvəzinə, mətnin nöqsanlarını üzə çıxarır, çünki  Keti Diamantın adı çəkilən kitabında Kafkanın mətnləri xatırlanır, o mətnlərdən çoxlu sayda sitatlar gətirilir. Eyni zamanda Kafka yaradıclığının tədqiqatçılarına xeyli istinadalar edilsə belə, onların adları kitabın “haşiyələr” bölməsində də xatırlanmır.  Məsələ ondadır ki, çox nadir hallarda müəllif bu və digər mətnin yazılma tarixi ilə bağlı açıqlama verməyi vacib sayır, ona görə də kitabı oxuduqca nəzərəçarpacaq dərəcədə qarışıqlıq hiss olunur. Bundan belə nəticə çıxarmaq olur ki, tədqiqat işində kifayət qədər yanlışlıqlar və səhvlər mövcuddur. Problemlərin bəziləri tərcüməçilər (rus tərcüməçiləri nəzərdə tutulur - tərc.) tərəfindən müəyyən qədər aradan qaldırılsa da, ortaya bir sıra sullar çıxır.

Kafkadan gətirilən sitatların əksəriyyəti oxucuların tanış olduğu tərcümələrdən götürülsə də, məktublardan və qeyd dəftərlərindən seçilən çıxarışlar isə tərcümələrə istinad edilmədən təqdim olunur və bunun səbəbi göstərilmir. Bu varinatlar arasındankı ayrı seçkilikdən belə nəticə çıxarmaq olur ki,  (şübhəsiz ki, böyük əminliklə nəticə çıxarmaq olur) mətnlər müəllifin orijinal alman dilindən deyil, ingilis dilindən tərcümə olunub. Bu hal ona görə bir qədər qəribə görünür ki, Kafkanın məktubları və “qeyd dəftərləri”  artıq çoxdandır ki, müxtəlif dillərə orijinaldan tərcümə edilib və onların heç biri qətiyyən biblioqrafik tapıntılar sırasına aid edilmir. Bütün bu çatışmazlıqlar Kafka fəlsəfəsinin bazis kateqoriyasına müxtəlif variantlardan yanaşmaya və müxtəlif tərcüməçilərin şərhlərlə bağlı öz aralarında razılığa gələ bilməmələrinə sübutdur.

Məsələn, Kafka yaradıcılığının bədii yekunu üçün vacib olan “sarsılmazlıq” anlayışı kitabın müxtəlif səhifələrində daha az təsirə malik “möhkəmlik” anlayışı ilə təqdim edilir. Belə fərqlilikər isə bizi Kafkanın mətnlərinə yaxınlaşdırmaq, vəzinə, əksinə, onlardan uzaqlaşdırır. Kitabın yazı üslubu bir-birlə bağlı hadisələrin ayrı-ayrılıqda verilməsinə meyillidir və müəllif  Frans ilə Dora dövrünün əlamətlərini daha çox həyat müstəvisindən təqdim etməyə çalışır. Müəllif  icra edilmiş primitiv-publisistik üslub tərzindən və ideoloji frazelologiyanın təsirindən çıxa bilməməklə, Kafkanın mətnlərindən təqim etdiyi əlaqəli parçalarla qarşıya qoyduğu öhdəliyi  yerinə yetirməkdə çətinlik çəkir, bununla da uzun illərdən bəri Kafka şəxsiyyəti arxasında dayanan mifoloji pərdəni daha da sıxlaşdırır. Bir çox məqamlarda müəllifin çoxsaylı fantaziyaları oxucunu yalnız yuxuya verməyə xidmət edir, eyni zamanda müəllifə qarşı böyük qıcıq yaratmağa başlayır.

Həqiqətən də “Pasxa günü səhər buludlar dağıldı” və ya “Çexoslovakiya yeni demokratik millət kimi özünü təsdiq etdi və onun tarixi paytaxtı Praqa şəhəri yay günəşinin şəfəqlərinə isindi” kimi başlıqlardan  saysız-hesabsız nəticə çıxarmaq üçün qeyri-adi səbir sahibi olmaq lazımdır. Qətiyyətlə demək olar ki, belə zövqsüz patetikalar olmasa idi belə, kitab bütövlükdə  heç nə itirməzdi.

 

Fələstin qolu

Bundan başqa Keti Diamantın kitabında Fələstin mövzusuna toxunmaq tendensiyası (Maks Brodun kitabında olduğu kimi) yenə davam edir. Bu da Kafkanın həyat və yaradıcılığının içindən keçən əsas xətt  kimi “yəhudi kökləri”  ilə bağlılığın əzabını nəzərə çatdırmağa hesablanıb. Lakin Kafkanın gündəliklərinə və ömrünün son illərində yazdığı məktublara istinad etsək, o zaman yəhudilərin Fələstinə köçünün ilk növbədə yazıçı üçün mühüm əhəmiyyət daşıdğının şahidi olacağıq. Lakin onu da əlavə etmək lazımdır ki, bu mövzu heç də onun bütün qalan düşüncə və ideyalarını kölgədə qoymur. Təsadüfi deyil ki, Kafkanın 1914-cü ildə gündəliklərində yazdığı “Məni yəhudlilərlə nə bağlayır? Məni hətta özümlə heç nə bağlamır...” fikirləri bir qədər sonra - ötən əsrin 20-ci illərində mahiyyətini tamamilə itirdi. 

Keti Diamantın çıxardığı nəticələr bir çox hallarda Kafka yaradıcılığından bələd olduğumuz “yəhudi” anlayışları ilə uzlaşır və öz dövründə Qerşom Şolemin qeyd etdiyi kimi, “Kafka haqqında istənilən araşdırma Əyyub peyğəmbərin kitabına aparıb çıxarır” (Əyyub peyğəmbərin əzablarına, - tərc.) fikirlərini təsdiqləyir.  Kafkanın mətnlərindəki problematika birmənalı şəkildə təkcə yəhudi dininin miskikasını deyil, eyni zamanda, iudizmin bədii çalarlarındakı ənənələri də zəif mif şəklində əks etdirir. Bu sahədə əldə edilən mühüm dəlillər araşdırmaçıların fakta düzgün yanaşmasına xidmət edə bilər. Yazıçının ömrünün son illərində iudizmə böyük rəğbət göstərdiyi haqqında tutarlı məlumatlar olsa da,  Dora müsahibəsində Kafkanın Allaha inanması ilə bağlı suala mənfi cavab vermişdi.

 

Çay dəmləyərkən

Qeyd etmək lazımdır ki, kitabın ən maraqlı yerlərindən biri gündəlikdən olan parçalar və Dora Diamantın müsahibəsidir. Mənbələrin və şərhlərin göstərilməməsi bir daha diqqəti çəksə belə, orijinal ilə tanış olmağımız bizi verilmiş fraqmentlər və hekayətlərlə razılaşmağa məcbur edir. Tədqiqatçının Kafka yaradıcılığına daha çox kommersiya nöqteyi-nəzərindən yanaşması və buna üstünlük verməsi absurd görünür. Belə ki, müəllif gündəlikləri çap etdirmək, Dora Diamantın müsahibəsini vermək əvəzinə, geniş yayılmış bioqrafik oçerk yazmağa üstünlük verir. Lakin buna baxmayaraq, verilmiş mətnin özündən də oxuculara tanış olan bir sıra maraqlı faktları ayırıb seçmək olur. Bu baxımdan “Doranın “Məhkəmə” romanı işıq üzü görənə qədər onun haqqında  məlumatı olmadığı” faktı  bir qədər heyrətli görünür. “Frans onunla söhbətlərində heç vaxt  “o barədə” bir söz açmamışdı”, baxmayaraq ki,  onlar Kafkanın daha sonrakı yaradıcılığı ilə bağlı müzakirələrə birlikdə kifayət qədər vaxt ayırmış, ömrünün son dövrlərində yazdıqlarının çapı ilə bağlı xeyli danışıqlar aparmışdılar. Dora Kafkanın əlyazmalarının bir hissəsini yandırarkən, Kafka ona baxmış və Doranı inandırmağa çalışmışdı ki, bu keçmişdən “azad” olunmaq üçün bir vasitədir, lakin Kafka çox gözəl bilirdi ki, yandırılan mətnləri yenidən yazmaq mümkün olmayacaq.

Kafkanın həyatı ilə bağlı başqa bir maraqlı məqam onun təsadüfən parkda gəzərkən valideynlərini itirən və yazıçı ilə qarşılaşan qızcığaza oyuncaq - kukla dili ilə yazdığı məktublardır (təəssüf ki, o yazılar da sonradan tapılmayıb). Doranın dediklərinə görə Kafka həmin məktublara da növellalarını yazarkən göstərdiyi diqqətlə yanaşırmış.

Maks Brodun Kafka haqqında yazdığı kitab  çap olunandan sonra Doranın öz yaşı ilə bağlı yaranmış mifi dəstəkləməsi də diqqət çəkir, belə ki, kitabda Dora altı il cavanlaşıdırılmışdı.

Kitabda Kafkanın məişət davranışlarından çıxış edərək onun nəsrindəki vasvasılığı  səciyyləndirən xeyli məqamlar var. Telefon zənglərinə əsəbiləşmək, burjua həyat tərzinə nifrət və evdəki istənilən xrıda məsələyə də diqqətlə yanaşmaq bu qəbildən sayılır. Görünür “sonsuz hazırlıqlar”,  adicə çay dəmləməyə xeyli vaxt sərf etmək həvəsi, qonaq gözləyərkən qonaqlar gəlməzdən əvvəl süfrə açıb hazrlaşmaq vərdişləri Kafkanın gündəlik davranışında xüsusilə seçilirmiş. Və adam inanmaq istəyir ki, bu detallar Kafkanın hazır olmadığımız  sirli, çaşdırıcı mətnlərinin və onun natamam şöhrətinin təcəssümünü açmağa kömək edəcək.  Amma unutmaq olmaz ki, bu yarımçıqlığın lənəti oxucuya da sirayət edir və ona yalnız tapmaca tapmaq qalır. Əgər oxucunun “Kafkanı anlamağa” nə isə bir şansı varsa, bu zaman heç olmasa Kafkanın təcrübəsindən keçməklə problemlərə yaxınlaşmağa çalışsın. Çünki Kafkanın mətnlərinin  üstünə çökmüş mifologiyanın qatı dumanı və belletrist axtarışlarının nəticələri onu daha da əlçatmaz edir.

“K. bütün diqqətini cəlb edib ora baxdıqca, gördükləri yavaş-yavaş itir və hər şey qatı qaranlığa qərq olurdu”.

Rus dilindən tərcümə etdi: Ə.Abbasov


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!