“Manas”dan Anara vəfa

Elazığda Anara həsr olunmuş tədbirlər

Xalq yazıçısı Anarın 80 illiyilə bağlı Türkiyədə bir sıra etginliklər (tədbirlər) nəzərdə tutulub. Bu tədbirlərin ilki fevral ayında Elazığ şəhərində keçirilib. "Firat" qəzetində "Azərbaycan Yazarlar Birliyi Başqanı Anar Rzayevin doğumunun 80 yılı dolayısıyla elimizdə də çeşidli etkinliklər düzənləndi" başlıqlı yazıda qeyd olunur: "Anar Rzayevin 2006 ilində Azərbaycandan gələrək açılışını yapdığı Elazığdakı kültür evi "Manas" doğumunun 80 ilində Anar" proqramı ilə vəfanın daha bir gözəl örnəyini kültür tarixinə yazdı. Proqram iki ölkənin qardaşlığını simgələyən (təmsil edən) 2012 ilində Anarın da qatılımıyla açılışı yapılan Azərbaycan parkında başladı. Etginliyin ikinci bölümü Kültür evi "Manas"da gerçəkləşdirildi. Yazar Bəlrəddin Kələştemirin sunuculuğunda (aparıcılığında) gerçəkləşdirilən proqram yönəticiliyini (rejissorluğunu) Şener Bulutun yapdığı, ssenaryosunu İmdat Avşarın yazdığı "Anarın ömür yolu" bəlgəsəliylə (sənədli filmiylə) başladı. Bəlgəsəlin ardından Bakıdan telefonla Anar proqrama qatıldı. Minnətdarlığını və mutluluğunu ifadə edən sözlərlə onun üçün düzənlənən bu proqrama qatılan şair və yazarları salamladı. Anardan sonra "525-ci qəzet"in redaktoru Rəşad Məcid və prorfessor, doktor Asif Rüstəmli ilə telefonla bağlantı quruldu. Hər iki bilim adamı Anarın xidmət və başarılarından bəhs edərək ona uzun ömür dilədilər. Telefon konuşmalarının ardından sənətçi Fəthi Açıqgöz və oğlu Oğuz Açıqgöz Azərbaycan türkülərindən bir dəmət sundular (təqdim etdilər)."

Sonrakı məlumatda proqrama qatılan Firat Universiteti Türk dili və ədəbiyyatı bölüm başqanı professsor, doktor Əhməd Buranın, Şükrü Qacarın, Təhsin Öztürkün və otuza qədər başqa şair və yazıçının adları verilir. Proqram - iştirakçıların birilkdə oxuduqları "Çırpınırdı Qara dəniz" mahnısıyla tamalanıb.

Tədbirlər haqqında eyni məlumatı dərc edən "Hakimiyyət" qəzeti qeyd edir ki, Elazığ Bələdiyyə başqanı Mücahit Yanılmaz Anarı kültür və sənət həyatımıza yapmış olduğu xidmətlərindən dolayı kutladı (təbrik etdi). Tədbirlər haqqında məlumat daha geniş şəkildə və çoxlu şəkillərlə "Gün işığı" qəzetində də dərc edilib. "Gün işığı" qəzetinin başqa sayında isə Bədrəddin Kələştemirin Anar haqqında bir səhifəlik geniş yazısı dərc edilib. Xalq yazıçısının tərcümeyi-halı haqqında Azərbaycan oxucularına yaxşı məlum olan faktları gətirən müəllif yazısını belə başlayır: "Anar üçün nə yapılsa azdır" diyoruz. Üzeyir Hacıbəyli "Bəziləri sadəcə kendisi (özü) üçün deyil, bir millət, bir xalq üçün doğulur" - deyir. İştə Anar böylə bir şəxsiyyətdir... Məhəmməd Əmin Rəsulzadə, Füzuli, Nuru paşa, "Çırpınırdı Qara dəniz", Almas İldırım, Bəxtiyar Vahabzadə və Anar bizləri birləşdirən dəyərlərdir.

"Xəzər" şeir axşamlarının memarı Şener Bulut deyir: "Anar Xəzər axşamlarının hamısında iştirak edən və qiymətli fikirlərindən yararlandığımız vəfalı bir dostdur".

Daha sonra Bədrəddin Kələştemir Anarın Elazığla bağlılığından söz açır: "Manas" yayınçılığının 4-6 mayıs 2006 tarixindəki açılışında Anar bizləri yalqız buraxmadı, o tarixi günlərdə "Çağdaş Azərbaycan ədəbiyyatı" konulu (mövzusunda) bir konfrans verdi. 11-13 nisan 2007 tarixində elimizdə gerçəkləşdirilən "Doğumunun 100 ilində Almas İldırım" etginliyinə qatıldı. "Elazığ Çələngi" kitabı tanıtım toplantısını Anar dəstəklədi, bütün bu xidmətləri dolayısıyla Firat Universitesi tərəfindən Fəxri doktor adıyla təltif edildi.

Anar "Azərbaycan" parkının açılışında deyirdi: "Gərək Çanaqqalada, gərəksə 1918-ci ildə Bakının qurtuluşunda Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bağımsızlığına qovuşduğu Ocaq 1991-də Türkiyəni yanında gördü. Biz Azərbaycan türkləri Türkiyəyə minnətdarıq.

Əziz gözəl Elazığ,

səni görməyənlərə,

nə yazıq, nə yazıq".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!