Proses sualları - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Qarışıq və qanlı-qadalı dövrlərdə gözəl şeylərin rəsm edilməsi, duyğu və hisslərin "arxaik
dərinliyi"ni göstərən mətnlərin yazılması, sevgi məktublarının təzələnməsi, ən ibtidai və arxaik
sözlərlə başlayıb, nağıllardakı kimi bitməməsi... prinsipcə bütün dövrlərdə rast gəlinib. Məsələ
bu deyilən önəmli məqamın üstündən illər keçəndən sonra həmin qarışıqlıq, qan və qadanın o
gözəl və qənirsiz şeylərin, necə deyək, içindən çıxmasıdır; bir obraz, bir fiqur kimi. Eynən,
klassik ədəbiyyat obrazları kimi. O ədəbi mətnlərdə gül heç zaman solmur, duruşu və
xarakteriylə əsrlərə meydan oxuyur, pıçıltı və sükutun diliylə.
Bu məntiqlə düşünsək, indinin çox havalı, gərgin, fantastik dərəcədə ağrılı dövründə hansı gözəl
şeylər çəkilib (həm də məlum ifadəylə desək, bir qələmlə, -qələm oynar qaşında...), hansı şeir,
yaxud nəsr mətni o qovğanı yüzdəyüz göstərməyə qabildir? Açığını desəm, mən bilmirəm,
çünki bədii mətnlərin yaranma, doğulma, gerçəklikdən qaçaraq onun nüvəsindəki mətləbi üzə
çıxarmaq mexanizmini anlamaq, fəhm etmək çox çətindir. Həmişə eyni sualı veririk: Bədii
mətndə məna necə yaranır, süjetin, necə deyək, anidən "gözdən itməsi" (bundan sonra təsəvvür
edilməyən dərəcədə dəyişməsi və yaddaşımızda ayrıca bir süjet formulu kimi qalması - !), onun
kompozisiyada fəlsəfi düyünə (suala, cavaba, metaforaya...) çevrilməsi necə baş verir? Bədii
mətnlərin təhlilində bu, fikrimizcə, ən önəmli məqamdır və təəssüf ki, dar və geniş
diskussiyalarda, yazı və təhlillərdə unudulur. Ona görə də, hekayə və romandan bəhs edəndə
bədii mətnin spesifikası, özünəməxsusluğu toxunulmamış qalır, nəsr mətnini duymaq
məzmundan yox, formadan başlayır (məzmun həmişə xaos yaradır, forma bu xaosu harmonik
düyümə gətirir...), təhkiyə bərbaddırsa, onun məzmunundan danışmaq mənasızdır.
Məna...
Bizim nəsrdə üslub dəyişmələri izlənibmi, bir yazıçının bədii keyfiyyəti yüksək əsərləriylə
yanaşı fərqli üslubda baş tutmayan əsərlərinin olmasının səbəbləri nədir?
İzmlər gəlib gedir, dünya ilə paralel üslublar təzələnir, amma Mirzə Cəlil onların yanında yenə
yeni söz kimi görünür. Yusif Vəzir də. Hər şeydən öncə belə bir səbəbdən ki, onlar, xüsusən,
Mirzə Cəlil və Haqverdiyev, elə Yusif Vəzirin özünün nəsr mətnləri də ədəbiyyat tarixi
düşüncəsindəki sinxronluq stixiyasından, sinxron "qırılma"/ diaxron boşluq məqamlarının"
restavrasiyası"ndan irəli gəlir, orta əsrlər ədəbiyyatının bir az gizlində, qürbətdə qalan şifahilik
qatı yeni təfəkkür arşınlarıyla cızılan yazı məkanında mürəkkəb üslubi konstruksiyaların
meydana gəlməsini şərtləndiririr.
Nəsrdə ümumi nəfəs dəyişmələri də araşdırılmalı məsələdir, sırf sosial təbiətli mətnlərdən
metafizik yapılı mətnlərə keçiddə meydana çıxan problemlərin fərqli kontekstlərdə araşdırılması
mühüm məsələdir. Belə demək olarsa, yuxarıdakı kontekstdə yeni nəfəsə keçiddə dil məsələsi
önə çıxır. Nəsr mətnini yaradan nəfəs və düşüncədən "dil məhsulu" axtarmağın yolu faydasız
mübahisələrin meydana çıxmasına səbəb olur. İşarə-göndərmələrin bədahətən baş tutduğu
mətnlərlə bu mesajların düşünülərək, həm də qismən düşünülərək yazıldığı mətnlərin dili fərqli
poetika sferasına aiddir. Mirzə Cəlil, yaxud Axundov mətnləri bədii yaddaşın bir layının
sakinidirsə, düşünərək o əraziyə işarə etmək mətni şüursuz hala gətirir. Yaxud bəlkə bu
düşüncənin, belə düşünməyin özü elə səhvdir?
Və bütün bu proseslər bir az da qatı mühafizəkarlıq layının formalaşmasına təkan verur: sırf
sosial xarakterli ədəbiyyat, nəsr yaradıcılarına elə gəlir ki, bu sahədə fərq, hətta vurğu, intonasiya
fərqi artıq ədəbiyyat deyildir, yəni, bizim nəsr təcrübəmizdə bir nəfəs darlığı müşahidə edilir,
 

Qarışıq və qanlı-qadalı dövrlərdə gözəl şeylərin rəsm edilməsi, duyğu və hisslərin "arxaik dərinliyi"ni göstərən mətnlərin yazılması, sevgi məktublarının təzələnməsi, ən ibtidai və arxaik sözlərlə başlayıb, nağıllardakı kimi bitməməsi... prinsipcə bütün dövrlərdə rast gəlinib. Məsələ bu deyilən önəmli məqamın üstündən illər keçəndən sonra həmin qarışıqlıq, qan və qadanın o gözəl və qənirsiz şeylərin, necə deyək, içindən çıxmasıdır; bir obraz, bir fiqur kimi. Eynən, klassik ədəbiyyat obrazları kimi. O ədəbi mətnlərdə gül heç zaman solmur, duruşu və xarakteriylə əsrlərə meydan oxuyur, pıçıltı və sükutun diliylə.

Bu məntiqlə düşünsək, indinin çox havalı, gərgin, fantastik dərəcədə ağrılı dövründə  hansı gözəl şeylər çəkilib (həm də məlum ifadəylə desək, bir qələmlə, -qələm oynar qaşında...), hansı şeir, yaxud nəsr mətni o qovğanı yüzdəyüz göstərməyə qabildir? Açığını desəm, mən bilmirəm,  çünki bədii mətnlərin yaranma, doğulma, gerçəklikdən qaçaraq onun nüvəsindəki mətləbi üzə çıxarmaq mexanizmini anlamaq, fəhm etmək çox çətindir.  Həmişə eyni sualı veririk: Bədii mətndə məna necə yaranır, süjetin, necə deyək, anidən "gözdən itməsi" (bundan sonra təsəvvür edilməyən dərəcədə dəyişməsi və yaddaşımızda ayrıca bir süjet formulu kimi qalması - !), onun kompozisiyada fəlsəfi düyünə (suala, cavaba, metaforaya...) çevrilməsi necə baş verir? Bədii mətnlərin təhlilində bu, fikrimizcə, ən önəmli məqamdır və təəssüf ki,  dar və geniş diskussiyalarda, yazı və təhlillərdə unudulur.  Ona görə də, hekayə və romandan bəhs edəndə bədii mətnin spesifikası, özünəməxsusluğu toxunulmamış qalır, nəsr mətnini duymaq məzmundan yox, formadan başlayır (məzmun həmişə xaos yaradır, forma bu xaosu harmonik düyümə gətirir...), təhkiyə bərbaddırsa, onun məzmunundan danışmaq mənasızdır.

Məna...

Bizim nəsrdə üslub dəyişmələri izlənibmi, bir yazıçının bədii keyfiyyəti yüksək əsərləriylə yanaşı fərqli üslubda baş tutmayan əsərlərinin olmasının səbəbləri nədir?

İzmlər gəlib gedir, dünya ilə paralel üslublar təzələnir, amma Mirzə Cəlil onların yanında yenə yeni söz kimi görünür. Yusif Vəzir də. Hər şeydən öncə belə bir səbəbdən ki, onlar, xüsusən, Mirzə Cəlil və Haqverdiyev, elə Yusif Vəzirin özünün nəsr mətnləri də ədəbiyyat tarixi düşüncəsindəki sinxronluq stixiyasından, sinxron "qırılma"/ diaxron boşluq məqamlarının" restavrasiyası"ndan irəli gəlir, orta əsrlər ədəbiyyatının bir az gizlində, qürbətdə qalan şifahilik qatı yeni təfəkkür arşınlarıyla cızılan yazı məkanında mürəkkəb üslubi konstruksiyaların meydana gəlməsini şərtləndiririr.

Nəsrdə ümumi nəfəs dəyişmələri də araşdırılmalı məsələdir, sırf sosial təbiətli mətnlərdən metafizik yapılı mətnlərə keçiddə meydana çıxan problemlərin fərqli kontekstlərdə araşdırılması mühüm məsələdir.  Belə demək olarsa, yuxarıdakı kontekstdə yeni nəfəsə keçiddə dil məsələsi önə çıxır.  Nəsr mətnini yaradan nəfəs və düşüncədən "dil məhsulu" axtarmağın yolu faydasız mübahisələrin meydana çıxmasına səbəb olur. İşarə-göndərmələrin bədahətən baş tutduğu mətnlərlə bu mesajların düşünülərək, həm də qismən düşünülərək yazıldığı mətnlərin dili fərqli poetika sferasına aiddir. Mirzə Cəlil, yaxud Axundov mətnləri bədii yaddaşın bir layının sakinidirsə, düşünərək o əraziyə işarə etmək mətni şüursuz hala gətirir. Yaxud bəlkə bu düşüncənin, belə düşünməyin özü elə səhvdir?

Və bütün bu proseslər bir az da qatı mühafizəkarlıq layının formalaşmasına təkan verur: sırf sosial xarakterli ədəbiyyat, nəsr yaradıcılarına elə gəlir ki, bu sahədə fərq, hətta vurğu, intonasiya fərqi artıq ədəbiyyat deyildir, yəni, bizim nəsr təcrübəmizdə bir nəfəs darlığı müşahidə edilir, məsələn, "...Altıncı mərtəbə"ni yazan nasirin "Gözmuncuğu" əsəri nədir? Uğur, yoxsa nonsens? "Gülmalı kişinin axırı" hara, "Azığa doğru" hara? Yaxud şeirdə, az qala, riyazi mühakimələr üstündə qurulan mətnlər var, bir də qatmaqarışıq, zahirən "parıltılı" duyğuların səpildiyi mətnlər... Bu barədə ayrıca danışmaq olar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!