Yaxşı pəhrizi var iztirabların - Qulu Ağsəsin şeiri - VİDEO

 

 

Bəzi şeirlərin hekayəsi var,

Bəzi xoşbəxtliyin qafiyəsi var.

Buludlar yağış yox, toz ələyirlər

Ulduzlar yanmır ha...

                        his eləyirlər.

Beş-üç arzu etməz ömrün qalığı

Didir başımızı kəpək balığı.

Daş-daş oynanılan bir aynabəddi,

Aman umduqları amana bənddi.

Nə talant?

            nə vergi?

                        nə sehr? -

                                    Adam

Günü axşam edir bikarçılıqdan.

Yaxşı pəhrizi var iztirabların

Nə özüm kökəldim,

                        nə kitablarım...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!