təbrizli qadınların
kəsilən saçlarındakı...
ey dili qafil fil faili məchul fani f...
güllər ətrini təbriz qadınlarının saçlarına verdilər
bu anlaşma nə vaxtdan göylərdə saklı qaldı
çiçəklər əcəlini o saçlarda bulub dirildilər yenidən yazda
quşlar bihuş oluban çəkilib səmanın küncünə daldılar
quşlar bihuşlanıb səmanın namını öz adlarına çıxdılar
böcəklər hayıl mayıl pozdular yaşam nizamını
saçlar çəkib götürmüş cahanı canla yaxan qoxuları bu qınanarmı
ağrıları acıları erkən fərq etdilər
saç saç üstə qalanır
ətir ətirə qarışır
kəsildikcə saçlar çoxalırdı o bihuşu o nuru
göz qapadıb kirpik çəkib nəfəs tutub öləsən
sözü ağızdan geriyə təpib mənasını ətirdə öpəsən
olum olum olum əsirin
sarıl boğazıma dol gözlərimə
üzümə sürtüb sürtüb sinəmin başında titrəşimini hiss edim
həyəcanları canıma çəkərək dünyanı dünyanı yenidən dərk edim
dərk edim qadınların kəsilən saçlarında aləmlər mələyir
anlayım təbrizli qadının kəsilən hörüyündə əyyam döyünür
qanım qandırım
təbrizin küçələrinə eşq sovuran kəsilmiş tellər
tarixdə qalmış nakam azadlığın zalımlara sitəmiylə sayılar
bu ki saç
bu ki tel
bu ki hörük deyil
milyonlarca kəsilmiş biləklərin eşqə ərkini gördüm
milyonlarca kəsilmiş qolların savaşa sığmayan
tanrıya sayğısını gördüm
milyonlarca kəsilmiş əllərin
yaradana uzanan duasını gördüm
gördüm və savundum
gördüm və ovundum
gördüm və vuruldum
o saçlar ətrini mənim sözlərimlə bəzzcə danışdırırsa
o saçlar rahiyəsini mənim dilimlə savalanca od püsgürdürsə
o saçlar qokusunu mənim hayqırışımla təbrizcə söylədirsə
yaşamaq can keçib ömür aşıb gün sonalamaqmış
ölüm əmrdən ötə sadəcə fələkləri duza gətirib küyə salmaqmış
tale soruşma məndən əhdim var imanım daha cəsur
fələk əsirgəmədi tarix boyu ərkini məndən
odur ki saçlarında acılarım mücahiddir şərlə savaşır
hörüklərini görüncə qəsdinmi var canıma...
sevda çağırır
eşq səsləyir
haqq savunur
təbrizdə qadınların kəsdiyi saç
ey dadi bidad danəndə dəhan dərviş d...
qayçılar biçdiyi örpəklərdən
döndərdi ağzını təbrizli qadınların saçlarına
qara saçlar uzun saçlar qulaç saçlar
arşın arşın hörüklər
qara kömür saçlar qulac qulac qulac
kəsildi doğrandı köləlikdən qoparıldı bağlar
arazın o tayından üç tel göndər sızladım sazımda
günəşi mizrab edib yaxım cahanı
qoy beləcə titrəsin ərşin dabanı
urmu gölü bəzz qalası savalan dağı
urmu gölü təbriz göyü quşların lələyindən qurulan eşq hanası
savalan dağı təbriz gülü səs yanğısı
bəzz qalası haqq leylasında ərdəbil ərdəbil haylasın
uzun qara doğranmış saçlar
kürəkləri saçlarından boş qalan bacılar
hörükləri kürəklərindən ayrı düşüb sızlayan gəlinlər
üsyan
tufan
çağlayış
elədir vardır bu gurlayışa şayan özgə tələb
onu məndə yalnız göylər yaxın gələr örgütlər
gəl və ağ
ey dadi bidad danəndə dəhan dərviş d...
padişahın kitabxanasına siçan daraşıb...
yox və çıx get
qırmızıdır yaşıldır lap belə ağdır və ... görürəm
uzun qısa və gəlmisən xoşdur baxışlarımdan sızan
məndən sızan mənə sızan mən sızan o qalıqlar
"lakin" götürmədiyi duyğularım hiylədən
hədə gözlər və ağdır ...rəng bildyim
burnuma dolan qoxularla ol zamandır ürpərdiyim
bağrıma basdığım ağrılarla salam verdiyim şamandır... və getdiyim
çəkilib kənara yol verdiyim soyuma da yaddır bu minilliyim ...
get get və ağdır rənglərdəki ayrılığa ərşi çəkən işgəncəm
get get bir də get və boşluqdan şah böyüdən yerlərə çıxalım bir dənəm
hava soyuqsa üstəlik tanıdıqların susubsa birdən
mənmi deyim
- sən böyüksən
- sən kiçiksən
- sən lap böyüksən sən laaaaaaaaaaap kiçiksən...
(qalxıb hal qarışdırmağa əsla solmaz vərdişim)
qulağıma dolan səslər yer tapdığı canımda otururlar nota.. işləyirlər xəta və get
duruşumu pozmayıb açılmayan qırışımla "bax bu da mənimdir" - sitildəyirəm
qurğuşun tökülmüş içimdə çəkib çiləmi atıram hiyləmi...
hə və qal
gəl və ağ...
2008
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!