Dəmir yumruğum
Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə,
Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə,
Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə,
Birləşən əllərimiz döndü dəmir yumruğuma.
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Aslana tülkü açıb cəng, bu nə haqsız davadır?
Otuz ildir dilənir, atdığı boş-boş havadır.
Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır,
Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Hər qarış torpağa həkk oldu zəfər tariximiz,
Vətənə sevgi çələngiydi hünər tariximiz,
Dirçəliş mənliyimizdir bu təpər tariximiz,
Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf,
Aldıq öz haqqımızı, çünki bizik haqlı tərəf,
Gücümüz, qeyrətimizlə elədik düşməni dəf
Dünya heyrətlə baxır indi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Qoyarmı?
Murdarları heç dalğalar ümmanə qoyarmı?
Namərdləri mərdlər ulu meydanə qoyarmı?
Sərvətləri, nemətləri bitməz Vətənim var,
Oğru donuzu kimsə bu bostanə qoyarmı?
Hardan Qarabağ oldu sənin, erməni dəyyus,
Öz yurdunu insan belə viranə qoyarmı?
Yurdu-yuvası olmayana xalq demək olmaz,
Heç bayquşu qartal belə sahmana qoyarmı?
Qovduq bu xəbis iblisi öz cənnətimizdən,
Gül qədri bilən xarı gülüstanə qoyarmı?
Murdar nəfəsin gör necə soldurdu həyatı,
Heç gül-çiçək olmazsa arı şanə qoyarmı?
Xalq birləşərək oldu müzəffər Qarabağda,
Qəddar yağını bir də bu ünvanə qoyarmı?
Bu gün
Bu gün otuz ilin cəsarət günü,
Böyük qələbəyə inam günüdür.
Bu gün tariximə şərəf gətirən,
Şanlı şəhidlərin anım günüdür.
Bu gün əsarətdən qurtuluş günü,
Müqəddəs anıdır səfərbər xalqın.
Bu gün parçalandı Qordi düyünü,
İti qılıncıyla hünərvər xalqın.
Bu gün mərd-mərdanə, inam, əzmlə,
Təməli qoyuldu zəfərimizin.
Şanlı qələbədə haqqı, payı var,
Hər bir fərdimizin, nəfərimizin.
Təkbətək, dişə-diş hərb meydanında
Göstərdi xainə gücünü xalqım.
Dünyanın ən iyrənc, bəd şeytanından,
Aldı şəhidlərin öcünü xalqım.
Hansı bəd üz desən bu haylarda var,
Zinakar, xətakar, yaramaz, xain.
Yaxında, uzaqda gəzər havadar,
İçində yurd salıb küdurət və kin.
Çaqqallar susayıb cumsa da qana,
Çürümüş dişləri boz qurda batmaz!
Hərb ilə göstərdik bütün cahana,
Müzəffər millətim sığala yatmaz!
Görünür
Şair Elşən Əzimin Kəlbəcərdə şair Məhəbbət Kəlbəcərlinin doğulduğu evi göstərərək "Görünür" rədifli şeir söyləməsini dinləyərkən
Elşən Əzim, qədəmlərin mübarək,
Yurda dönüş, - o xoş zaman görünür.
Otuz illik həsrət sona yetişdi,
Gözlərində sevinc ümman görünür.
Xalqımızın bu birliyi, qüdrəti,
Kəlbəcərə yaz gətirdi əbədi.
Məhəbbətin doğulduğu məbədin,
Hər kərpici yurda həyan görünür.
Dayanmısan zirvələrin qaşında,
Vüsal dəmli yurd havası başında...
Bu yerlərin torpağında, daşında,
Şəhid ruhu, - müqəddəs qan görünür.
Ətri gəlir yenə o xoş çağların,
Qayıdacaq bar-bəhəri bağların.
Ətəyində yaz oynayan dağların,
Zirvəsində bəyaz duman görünür.
Əsli safdır dağı bulud əmənin,
İlmələri güllənibdir çəmənin,
Bu yerlərdə Sücaətin, Bəhmənin,
Sıranızda yeri yaman görünür.
İnam etdi xalımızı müzəffər,
Oyandırdı ruhumuzu bu zəfər,
Hər birimiz gələcəyə səfərbər, -
Üfüqlərdə ağaran dan görünür.
Əleyküm Salam, əleyküm
"Salam, Vətən" - deyə son sözlərini yazan qəhrəman şəhidimiz İsa Rəhim oğlu Kəlbiyevin
əziz xatirəsinə
Vətən aldı Salamını,
Əleyküm Salam, əleyküm.
İnandı, güvəndi sənə,
İgidim, balam, əleyküm.
Sözlərin şirindir baldan,
Cəsarət aldın macaldan,
Səni yanına ucaldan,
Allaha qulam, əleyküm.
Şəhidliyi nəmər bildin,
Taleyinə bəhər bildin,
Məğlub ömrü hədər bildin,
Yenilməz qalam, əleyküm.
Zamanın səbrini qıran,
Ruhuna bələdçi duran,
Səni cənnətə aparan,
Müqəddəs yolam, əleyküm.
Yüzdə biri
Hələ nakamdı vüsal, həsrət ola yüzdə biri,
Yenə məqsədlidi eşq şəhvət ola yüzdə biri.
Bəlkə xoşbəxt ola bu dünyada hər kəs əbədi,
Şipşirin arzuların qismət ola yüzdə biri.
Ucalar daima, düşməz yerə əlbəttə, müdam,
Hər sözün, hər kəlamın hikmət ola yüzdə biri.
Naxələf işlərə yer qalmaz, əgər hər əməlin,
Hər işin biz bəşərə ibrət ola yüzdə biri.
Arif ol sən də Müzəffər, hələ düşməz savaba,
Etdiyin yaxşılığın töhmət ola yüzdə biri.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!