İt nəfsi - Poema-pritça. Dəyanət OSMANLI

 

 

15 Sentyabr

Bakının erməni-daşnak

işğalından qurtuluşuna

 

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Türkün hər kəsə

açıq qucağında

tüstüsü bol ocağında

doğurdunuz

            doyurdunuz

kimliyi bilinməyən

çoluq-çocuğunuzu

və beşikdə qorxutdunuz

Türk sizi kəsər deyə.

 

Göydə Tanrı

yerdə Türkdür hökm edən

deyərək Türkə yaltaqlanıb

düşük hiylənizlə

öydünüz Tanrı kimi.

Tanrısız və imansızca

xəlvətdə diş qıcayıb

günəşin kölgəsini qılıncladınız.

İsindiyiniz ocağın

üstünə su dağıdıb

sönməyini bəklədiniz

külüylə oynamaqçün.

Heç düşünmədinizmi

çörək qantək tutar naşükürü...

 

Namusunuzu atıb getdiniz

cəng meydanlarında

Bozqurdlar dil vurmadı

milli mənliyi itirdiniz

tarixin qaranlıq dalanlarında

Saraylarda

qazandınız Türkün etibarını.

Qız verib oğul aldınız

artıb törədi içimizdə

soyumuzun qatilləri.

Türkü öz qılıncı

öz övladlarının əliylə

öz evinin içində qətl etdiniz.

Susmadı zaman-zaman

Günahsız ruhların fəryadı.

 

Arxivlərdə yandırıldı

tarixin dərsləri.

Və hər dəfə

faciələri unudub

əl uzadıb bağışladıqca

amansız düşmənin

goru çatlayır.

 

Millətin tale yazısına

bəndə düzəlişidi

Gülüstan

Türkmənçay anlaşmaları

milləti qələmlə

ayırıb özgələşdirdi.

Düşmənin çürük dişləriylə

təkcə Azərbaycan parçalanmadı...

Kilsəylə məscidin izdivacları

Türkün dünyasını

Türkün öz dünyasında

qarabaşın

            sarıqulağın

əsirinə çevirdi.

 

Yürüdük ayağımızda qandal

danışdıq ağzımızda qıfıl

oxuduq ürəyimizdə

kəlmeyi-şəhadətimizi.

Dilimizi unutmadıq

yerişimizi itirmədik

həyatımızı

            özgürlüyümüzü

qeyb etmədik.

 

Qərbin və şimalın himayəsində 

Türk torpaqları içində

özünə vətən axtaran

erməni köçmənləri

daim sel kimi basdı yurdu

vətənin bağrının başında

Ermənistan adında

bir daşnak obası

yarada bildi.

Elə o gündən də

soyumuz qarışdı

ruhumuz didərgin düşdü

öz tənimizdən.

 

Əzrayıl önündə

çökməyən torpaq

iblis qələmiylə

yarı bölündü.

Mən dünyanın ilk sakiniyəm

adımla bağlıdır insanlığın

və kimliyin tarixi...

Eheyyy...

Türk düşmənləri

tarixin sevimli

bic öyrənciləri

qəddar siyasət cərrahları

qələmi qanıma batırıb

dəyişdiniz tariximin

məsum simasını.

Abidələrimizin alnına

xaç basıb dağ çəkdiniz

silməyə qalxışdınız

kutsal alın yazımızı.

 

Ey cənablar,

dəqiq tutmusunuz

Türkün həssas ürəyində

zəif telləri.

Qadınla

qızılla şirnikləndirib

kilsə planlarıyla 

Türkün ayaqlarının altından

çəkdiniz torpağını.

Daşlaşan tarixlərdən

Türkün damğasını

gizlicə pozarkən

zəfərlərin altına atılmış

məğrur Türk imzasını

dəyişməyə çalışırkən

dünyanı məhvərindən

çıxarmaq istədiniz...

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Üç qitənin sultanı

Osmanlı dövlətində

müsəlman qanadları altında

yaxşıca bəslənib

Türklük donuna girdi

şər övladları.

Təmiz qanlı

vətəncanlı varisləri

ölüm saçan sərkərdələri

bir-bir tuzağa saldılar.

Qardaşı qardaş

ananı övlad qatili yapdılar.

Sonra bu zavallı

əzabkeş tayqulaqlar

səpələnib dünyaya

ağlayıb

            sızlayıb

parlament salonlarında

Türkdən qanpulu istədilər.

Tanrını heyrətə salan

hüznlü şou qurdular:

Amannn...

soyumuzu qırdılar

müqəddəs torpağımızı

ismətli qadınlarımızı

məsum çocuqlarımızı

qətliam etdilər deyə...

ulu torpaqlarımız üzərində

şər dövləti qurmaq üçün

şeytandan imdad istədilər...

 

Ulu evlərimizin çatısında

erməni bayrağı

asılıb dalğalansın deyə

ulu sularımızda

Şimal-Qərb gəmiləri

rahatca üzsün deyə

ulu ruhumuz

naməlum məzara

daşınsın deyə

ulu göylərimiz

başımıza yıxılsın deyə

kilsə bu quldurlara

altın piyalələrdə

Türk qanı içirib

xeyir-dua vermişdi...

 

Dünyanın hünkarı

Osmanlı dövləti

vuruldu içindən.

Könüldən birləşib

soysuz saray xacələri

fürsət bulmuşdular

Türkün səltənətini

Tanrıdan izinsiz

diri-diri dəfn etməyə

öz xarabalığında...

 

Bəyanat yaymışdı

Rusiyanın qansız çarı:

erməni xalqı

satqınlığı əvəzində

vətənsiz qalmamalı

halal Türk torpaqlarında

özünə müstəqil dövlət qurmalı

və yaşayıb ölməli

rus bayrağı altında.

Çökdürmək amacı vardı

birinci cahan oyununda

dünyaya ədalət bəxş eyləyən

azman Türk səltənətini

ədaləti edam edənlər.

 

Şər ordusu

tutub günəşin qabağını

qaraltdı vətənin göylərini

tapdadı cəsədlərimizi

Anadolu sərhədlərində.

Milyonlarla Türkün qətli

daha acımasız...

amansız dərs oldu gələcəyə

naməlum toplu məzarlar.

Buna şahid çıxır

Amerikada

"Bristolun sənədləri" də.

Bitlisdən Mosula qədər

alova bürüyüb Türk obalarını

süngüdə oynadıb çağalarını

qanını içdilər piyalələrlə.

Qurmağa qərar verdilər

 "Erməni Van dövləti"ni...

Amma yenə də Tanrının

sevimli əsgərləri

buna izin vermədi.  

 

Antanta çox usta

oynadı planlarını

Türk dünyasının damarlarında

Qarsda ...

            Ərdahanda...

                        Ərzurumda... 

Qarabağda... axan qanımız

dondu çöllərində Sarıqamışın.

Yayda buxarlanıb

            payızda yağdı...

toplu məzarların içinə yağdı

qanlı yağışlar...

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Böyük xaç yürüşü

daşnak kələyi ilə

məchula sürükləndi

sınağa çəkildi Türkün aqibəti.

Tanrının yaxasından

tutub silkələyirdi

Anadoluda

            Türküstanda

                        Azərbaycanda

könüllü şəhid düşən əsgərin

dodağında quruyan

kövrək Vətən duası...

 

Bozqurd ulayan çöllərdə

karvankeçməz dağlarda

suyu qanlı dərələrdə

ilan mələyən səhralarda

sükuta qərq olan

naməlum əsgər məzarları

burada həyat var

burada yurd salmaq olar deyə

hər dəfə

doğma bir insan gördüyündə

Türkün ruhuna

ismarış göndərir.

 

Dəyişdirilib insafsızca

oxunmaz hala düşmüş

bu dünyanın kuralları

yenə Allahdan izinsiz...

Navarində

            Tripoliçedə

Orta Yunanıstanda

            Egey adalarında

                          və Naxçıvanda...

canbazların oyunları

hər gecə təzələndi

əməliyyat masalarında

incələnib yarğılandı

millətimin tərcümeyi-halı

dilimin ad-soyadı.

 

Tatar deyib

özlərini aldatdılar

azəri deyib

milləti çaşdırdılar

iranlı deyib

gorumuzu çatlatdılar.

Əsli-kökü nəməlumlar

dilimizə

            elmimizə

                        tariximizə

başbilən təyin olundular.

Türk oğlu Türkə

milli kimlik

əxlaq dərsi keçdilər.

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Eheyy... səmt küləklərinin

oynatdığı müqəvvalar

biz bilirik

kimlərin bulaşığını yalayıb

ayaqda qalmısınız

kimlərin ağlını oğurlayıb

imansız kurallar yazmısınız.

Can alıb

            can satmağa

gəlib yazıq yurdumu

bazar meydanı bulmusuz.

İnsanların taleyini

ziyarətgahlarda uduzub

bizi dinimizlə bölüb

imanımızla vurub

Allaha şükr etdiniz.

 

Soykökünü gizlədən

yabançı örgütlərin

qansız övladları

maskalı ictimai fəallar

Avropada

            Qərbdə

demokratiya tribunalarında

gecə-gündüz bağıran

ən mübariz demokrat

vətəndə ən qatı millətçisiz...

saxta Turançı-Türkçü

bugünün missioneri

sabahın başkəsəni...

Türkü inancından

inamından

məsləkindən

sapdırmaq cəhdləriniz

dünyanın fəlakətidir.

"Gündəyməz" məmurlar

erməni köpəyindən

iyi təlim almısız

millətin sərvətini talamısız

haqqını yedirtmisiz

nəşəxor

            fahişə

homoseksual övladlara.

Doyunca mayalanmısız

Şeytanın əmcəyindən.

Hələ də ağzınız

iyimiş süd qoxuyur

bozqurdların səbirli nəfəsinə.

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusları

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Eheeyy...

Pensilvaniyada dəstəmaz alıb

məscid salonlarında bəslənən

FETÖ-nün siyasət dəllalları

hakimiyyət dalanlarında zorladınız

xalqın özgürlük arzularını.

Demokrat obrazında

yırtıcı surətini

xalqın gözlərinə döydürən

və adını Məkkədə

şeytana atılan

daşlara həkk edən

SOROS-un muzdlu yazarları

hər gün televizyonlardan

demokratiya

            inteqrasiya

bağıra-bağıra

beyinlərdə fırtına qoparırsız.

Fərqində olmadınız

kimi neçəyə satıb

kimi havayı alırsız...

 

Damarlarımızdan axan qanı

ömür boyu halallıqla

damla-damla topladıq.

Qapdırdınız haqqımızı

çürük dişlərə

içirdiniz qanımızı

mistik röyalarda

xortlamış vampirlərə.

 

Qurulu taxtımızı

isti yuvamızı

öz balamızın əliylə

öz içindən yıxmaqla

könlümüzü dağlamaqla

ruhlarımızı talamaqla

böyük sərvət yığmısız.

İz itirib

            yol çaşdırıb

uzaq Pensilvaniyada

qala qurmusuz

içində qatillər doğurmusuz.

Bütün Türk dünyasını

qan gölündə gömmək üçün

yüz kərə ölçüb

            bir kərə biçib

terror planları cızmısız...

Hər gün

gənc beyinlər dəfn oldu

hizmət yollarında. 

Çocuqların kafasında

çarmıxa çəkildi keçmiş.

Gəncliyin yaddaşında

getdiyi yol dumanlandı...

Amma nə olsun

hər gün Şərqdən maneəsiz

və eyni təbəssümlə

doğar köhnə Günəş.

Türk hara addım atdısa

insanların

            böcəklərin

                        otların

və torpağın

burnunu qanatmadan

barış körpüləri saldı

dost-düşmən arasından.

 

Türk bayraq sancdığı yerə

ürək dolusu

ədalət

            iman

sevgi apardı.

Türk harda məskən saldısa

cənnətə çevirdi xarabalığı

ziyarətgaha çevirdi məzarlığı.

 

Qəlbimizdə

özgür çağlayan qanı

ömür boyu halallıqla

damla-damla topladıq

Vətənçün axıtmağa...

Və mistik röyalarda

qanımızın qoxusunu alıb

kimlər tamah salmadı...

iblislə insanın izdivacından

Türk qanıyla yaşayan

bir PKK

            bir ASALA

                        bir YPG

bir İŞİD ... kimi

doğuldu şər qiyafəli

xortlamış vampirlər.

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

Eheey...

İrəvana sahib çıxmış

aclıq və səfalət köçmənləri

Asiyada

            Qərbdə

Avropada yallanan

muzdlu ağzı qanlı

cins köpəklər

Türk ellərinə səpələnmiş

xəstə küçüklərinizlə

saldırdınız kölgəmizə.

Quduz dişlərinizlə

yoluxdurmaq istərsiniz

ulu vətənin ruhunu...

 

Cildini dəyişib

Əhli-beyt yolunda

kabus kimi dolaşır

Qərbdə yatıb

şərqdə oyanır

iman Qatilləri.

Çarmıxa çəkir

Gəncliyin düşüncəsini

nəzakətsiz imam övladları.

 

Eheyy...

şər hizmətçiləri

bayrağa

            imana

                        torpağa

və millətə xəyanətə

haqq verən fəlsəfənizdən

xalqın övladlarına

illərlə dərs keçmisiz.

Nə kutsal imanınız

nə də uca başında

məğrur bayrağı olan

kutsal vətəniniz var.

Beyinləri sovurub

yerinə şərəfsizlik

iliyi yeritmisiz.

Pozuqdur soykökünüz

hizmət hərəkatının

könüllü sevdalıları

kimlərin haqqını yeyib

üstündən Türk qanı içmisiz... 

torpağımda əkmisiz

Türkə nifrət toxumları.

Çörəyimlə bəsləyib

suyumla böyütmüsüz

xəfiyyə imamları.

Ən gərəkli

hökmlü və gəlirli

görəvlərə seçdirmisiz

qanıpozuq vassalları.

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

Millətim öz içində

yadı da doğma bildi.

Hər kəs öz kimliyi ilə

onur duyanda

millətim sevindi.

Düşmənliyi

            dostluğu da

ər kimi könüldən

sevə-sevə yapdı.

Ancaq mən

"Nə mutlu Türkəm" deyəndə

dünya lərzəyə gəldi

yağılar qeyzləndi.

İt nəfsi varmış

doğulduğumuz gündən

yolumuzda və uğrumuzda

heç fərqində olmamışıq.

 

Balkanlarda ölüb

dirildim Çanaqqalada.

Təbrizdə dilimdən asılıb

Bakıda ağılar söylədim.

Gənc ikən

Anadoluda

kürəyimdən vuruldum...

körpəykən

yandırıldım Qarabağda...

Borçalıda

adımdan güllələndim...

Tariximi oxuyarkən

gözümdən oxlandım

atəşlərə verildi yaddaşım...

Amma bu gün yenə

özüm at belində

bayrağım göy üzündə

səsim və varlığım

iki cahanı tutmuş durumdadır.

 

Qara yara vurmusuz.

Yurdumun

            millətimin

sadiq aydınlarına.

Qəhbə-şüvən salaraq

cama çamur atmısız.

Məsləkindən

            işindən

vətəndən qovdurmusuz

və çox erkən

uçurtdunuz yuvasından

hələ qanadı çıxmayan nəsilləri.

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Belə fitva verilib

Masonlar lojasından:

bütün Türk dünyasında

harda vətənə bağlı

sözündə hökümlü

varlığı yurda qalxan

qürurlu Türk insanı

bir əsgər gördünüzsə

bilin ki, alnına zəfər yazılıb.

Haqqına sahib çıxıb

boğmalısız öz qanında.

Sonra da anısına

yanıqlı dualar oxumalısız...

Milli birlik yolunda

"Quran"a əl basanın

andını pozmağa

dilini qoparmağa

qürurunu qırmağa

Allahdan əmriniz var.

Bu dünyada paranız

o dünyada cənnətiniz var...

 

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Təbrizdə

            Qarabağda

                        Borçalıda

                                   Göyçədə

Dərbənddə

və Türkmən eli Kərkükdə

Sincanda...

yağı qoruğuna döndü

kutsal torpağım.

İndi o doğma yerlərdə

küskün və ürkək

qocaman bozqurd kimi

dolaşır ruhum.

 

İt nəfsi tək gəzir

terror çeteleri

ulu Türk məskənlərində

Buğda zəmisində

quraqlıq ilanı

daş altında

əqrəb misallı müridlər

fürsət gözləyir

dilimizdən sancmağa

və fürsət gözləyir

torpağımızı yaralayıb

nəfəsimizi zəhərləməyə.

Türk bir qocaman ağacdı

şəkər-şirəsi boldu

içində çoxdu qurdu.

PKK

            ASALA

                        İŞİD...

daraşaraq canına

sümürdülər qanını

qocaman bir millətin.

Gələcək türkündür deyə

daşladılar

            atəşə verdilər

siyasət masasında                   

dondurdular

Türkün gələcəyini

dünyanın kor gözləri önündə.

Yenə acdı qarınlar

sıçrayır cəlladların sifətinə

yenə havayı qanlar.

Başımız üstündə

Türkün göyündə

Şimal-Qərb kabusu

savaşır hər gün.

Döyüş səngiyəndə

Cənub-Şərq mollası

nağıl danışır...

 

Yeddi arxa dönənini

tanıyan Türkü

əbədi düşmən seçmisiz

şeytanın məsləhətiylə.

Ölüm kutlamalarında

qatil barmağınız görünür.

Harda Türkün qanı tökülsə

orda şeytan nəbziniz döyünür.

Və hələ bu terror çeteləri

acımasız

            əngəlsiz

abırsız təbəssümlə

və hər gün yeniləşən vərdişlə

dünyanın qafasına

təcavüzü sürdürür.

 

Eheyy... cənablar

heç umrunuzda deyilmi

Tanrı yadınıza salır

hər qətllər törədib

rahat nəfəs alınca:

Bu gün də dövlət qurur

OSMAN QAZİLƏR

bu gün də döyüşür

NURU PAŞALAR

Və Zəfərin daimi sahibidir

neçə-neçə QAZİ ATATÜRK!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!