Ana Torpaq,
Anam Torpaq,
Bir ömürlük yol gəlmişik
Tarix olan yaddaşına.
Gəlmişik ki,
görmüşük ki,
qətiyyətin, cəsarətin,
Azıxdan,
Gəmiqayadan,
Qobustandan
düşən nura sədaqətin
qılınc kimi sıyrılıbdı
boy göstərən yad daşına!
2020-nin payızında
Azərbaycan əsgərinin
Qüdrətinin qarşısında
dizin-dizin sürünənlər,
ermənilik kəfəninə bürünənlər,
bir niyyətin yedəyində
dağda-daşda görünənlər
2022-nin sentyabrında
Kəlbəcərə daş atdılar,
Daş atdılar Laçına da.
Gizlin-aşkar hay verdilər
pay verdilər,
Yeri göydən,
Göyü yerdən çimçəşdirən
ermənilk xaçına da...
Azərbaycan əsgəriylə yan-yanaşı
Bamsı Beyrəklərin,
Qaraca Çobanların...
qətiyyəti döyüşürdü,
Pənahəli xanın, Cavad xanın...
dövlətçilik sədaqəti döyüşürdü,
Xan qızının
məmləkətə məhəbbəti döyüşürdü...
Əsgərləşən bir millətin
döyüş ruhu döyüşürdü.
Nizaminin Bəhram-Guru döyüşürdü,
Füzulinin "Şəbi-hicran"ı,
Xətainin "Dəhnamə"si,
Xanın səsi,
Seyidin zənguləsi,
Yaqubun "Mənsurə"si,
"Qarabağın şikəstəsi" döyüşürdü...
Döyüşürdü...
Vətən üçün
Ermənilik xislətini
əzə-əzə döyüşürdü,
Bir niyyətin boğazını
üzə-üzə döyüşürdü...
Kəlbəcərə daş atanın
Əllərini
kəsmək üçün döyüşdülər,
"Laçın!" - deyən
dillərini kəsmək üçün döyüşdülər...
Bir bayrağın işığında
Şəhid oldu döyüşçülər...
Bir döyüşdən ölməzliyə
Gedən yoldu döyüşçülər...
Ömür nədir,
Ölüm nədi
Vətən deyə!
Ana Torpaq,
Anam torpaq!
Şəhidləri
Uğurladıq ölməzliyə!
...daşdı dizə,
Min illər adaşdı bizə.
Son qəmin olsun, ay Vətən,
Hər şəhid qardaşdı bizə!..
15 sentyabr 2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!