Adı soyadından
bir hava var çöldə
qatarın altına düşməyin
qorxusundan əsir
külək tuneldə.
Ayağı çəkməli, əli qayçılı
bulud keçib dan yerindən,
bir əsgər cəbhə xəttini
o üzə adlayıb
Vətən şeirindən.
Parkda ağacların
polisin gözü önündə
sevişən vədəsi:
kök sevgilisinə
"mənim sala-m"
yazır votsapın səsi.
Dodaq böyüdürlər
qeybət internatında,
amma hənir yoxdu
sözün alt qatında.
Axşama bir əlimizi
təmiz saxlayaq barı,
Birdən sayası olduq -
kefli balkonlardan
uçan boşqabları...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!