Pəncərəmin önündə
Ağaclar çiçəkləyib.
Yaz gəlib, bilirsənmi,
Adamlar ürəklənib.
Sevənlər tabsızlaşıb,
Həsrətlər dadsızlaşıb,
Yaz gəlib, bilirsənmi,
Tənhalar yalqızlaşıb.
Budaqlar naxışlanıb,
Torpaqlar yağışlanıb,
Yaz gəlib, bilirsənmi,
Günahlar bağışlanıb.
İllüstrasiya: Klod Mone "Çiçəkləyən armud" (1885)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!