Qulu Ağsəsin "Bir yol yatağından qalxmayan bu çay" şeiri - Zemfira Əbdülsəmədin ifasında

 

 

Tanınmış aktrisa, bədii qiraət ustası Zemfira Əbdülsəməd "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin "Bir yol yatağından qalxmayan bu çay" şeirini səsləndirib.  Zemfira xanımın ifasını bu linkə keçid edərək izləyə bilərsiniz.

 

Bir yol yatağından qalxmayan bu çay

Qoluna döyməni nə vaxt yazdırıb?

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb…

 

Başını yelləsən, külü közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb…

 

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb…

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!