Qonsam dan yerinə
azad, hürr kimi,
Dolansam başına
eşqi pir kimi,
Açılsa ürəyim
qızıl gül kimi,
Haqqı tər sinəmə
qızılı yazsam?
Yazsam, yeymi, Xocam?
Gecədən səhərə
axan sirr olum!
Şükürlər içində
Şükranə yolum!
Sənin hüzurunda
nədir ki ölüm?
Baglı düyünlərin
bagını açsam?
Açsam, yeymi, Xocam!
Qazilər ən gözəl
Şərqini yazdı,
Sevgisi qol-boyun
Kürdü, Arazdı.
Ahı sinə yaxdı,
bu hələ azdı,
Hələ yıxılmalı
dagları aşsam?
Aşsam, yeymi, Xocam!
Mənə anlatdığın
həqiqət, andım!
Gerçəklər əzmini
mərdanə sandım!
Yandım bənövşəyi,
şahanə yandım!
Zəfər bulağıtək
qaynayıb daşsam?
Daşsam, yeymi, Xocam!
Dərsin görünməyən
ibrət dərsidi,
Alın yazısının
sağdan tərsidi.
Səsin divanilər
müqəddəsidi,
Sənsən haqq aşiqi
hayana baxsam...
Baxsam, yeymi, Xocam?
Sən əlii milyonsan,
Bəlkə də çoxsan,
Ədalət axtaran
pirani haqsan.
Sabahlar eşqinə
qurtulacaqsan,
Səninlə əbədi
baş-başa qalsam?
Qalsam, yeymi, Xocam?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!