Nə Araz, nə də ki, tıkanlı məftil
Xalqın niyyətini bölə bilmədi.
İki yüz ildi ki, erməni qafil
Sənin millətini bölə bilmədi.
Bu gün ad günündür, cənab Prezident,
Altmışı haqladın, mübarək olsun!
Gücümüz gücündür, cənab Prezident,
Gözlərin sevinclə, zəfərlə dolsun!
Sən altmış yaşında, sən altmış milyon...
Böyük bir millətin ümidi sənsən.
Sonadək şərəflə dayandın, durdun,
Sən özün vətənsən, özün vətənsən!
İzin ver izinlə sürünüb gedək
Bakıdan Şuşaya, ordan Təbrizə.
Vətən torpağına bürünüb gedək,
Əmrinlə düşməni gətirək dizə.
Gözlərin yol çəkir, görürəm hərdən,
O yolun sonunda vətən görünür.
Xalqın qüdrətini görür efirdən,
Qoca da, cavan da sənlə öyünür...
Lütfən kədərlənmə, sən gül hər zaman,
Güləndə gülürük biz də səninlə.
Min ilin həsrəti silinir, inan,
Vətənə yaydığın gün nəfəsinlə.
Sən ey Azad vətən, ey azad dəniz,
Sənlə ömrümüzə zəfər dolacaq.
18 ildir ki, səninləyik biz,
Min illər keçsə də belə olacaq.
Dəmir yumruğunla, ləyaqətinlə,
Xalqının qəlbində heykəl qurubsan.
Vətən məhəbbəti, saf niyyətinlə,
Ordunun önündə özün durubsan.
Ey son yüz illərin məğrur fatehi,
Sən ey ölümsüzlər Baş Komandanı,
Dədəm Xətainin ruhu səndədir,
Bütövlət, bütövlət Azərbaycanı!
İkinci Qarabağ savaşı bizə,
Həmrəylik, bütövlük nəğməsi oldu.
Düşməni qarşında gətirən dizə,
Müzəffər savaşa qoyduğun qoldu.
Sən təkcə Şuşanın fatehi deyil,
Həm də ürəklərin fatehisən, bil.
İlhamın nə xalqın düşüncəsindən,
Nə də tarixindən silinən deyil.
Şuşanı işğaldan azad edəndən,
Günbəgün dirçəlir dumanlı Təbriz.
Sənə səslənirik Xudafərindən,
Bizə arxayın ol, səninləyik biz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!