Əbədiyyət yolçuları... - Gülxani PƏNAH - Şeirlər

 

Çinar ağacı

 

Bizim yolun sağında

bir çinar ağacı var,

Çinar deyirəm sənə -

başı göyə dəyir,  

kökü yerin altında,

bəlkə də o qədər də yerin qatında.

Dümdüzdür qaməti

şumal boylu çinarın,

Vüqarlı duruşundan

danışmıram mən sənə...

Sanki bənzəyir şux qamətli sənəmə...

Qonşumuzda Sənəm vardı...

Bu çinara baxdıqca 

yadıma Sənəm düşür

                        - bizim Sənəm...

...Təndiri odlayıbmış

                        çörək bişirmək üçün...

Silahlı ermənilər həyətə girən kimi

atıb özünü təndirə...

Örpəyini bir çəngə saçıyla 

təndirin yanında tapıb qardaşı...

göynətdi içimi, göynətdi yaddaşı...

Sənəm qəsd eləmiş canına,

Yağı girdi günahsızın qanına...

Təndirdəki külünü,

bir çəngə saçını

dəfn elədik o zaman...

Çinar boylu Sənəmdən bu qaldı bizə

Bu çinar Sənəm kimi xal salıb qəlbimizə...

 

 

Əbədiyyət yolçuları...

 

II Qarabağ Muharibəsində

şəhid olmuş Oğuz rayonunun

Xaçmaz kəndinin igid oğlu Atakişiyev Kamil Araz oğlunun xatirəsinə

 

Başdaşlarından boylanan

nər oğullar, əbədiyyət yolçuları,

qəbriniz nurla dolsun.

İçimə axıtdım göz yaşımı...

Başımızın tacısız,

qəlbimizin acısı.

Hər birinizin qardaşıyıq, 

hər birinizin bacısı.

Qanınız qanımızdan,

canınız canımızdan,

Şöhrətimiz bir, şanımız bir,

Bütöv - Vahid Azərbaycanımız bir.

Yurdun, torpağın

sərvətisiz, qeyrətisiz,

Torpağının altında 

onun ən dəyərli nemətisiz.

Məzarlarınız and yerimiz...

Nələr deyir başdaşlarından

boylanan o mənalı gözləriniz?!

Yarımçıq qalan işiniz var,

gözünüz arxada qalmasın,

Qarabağa dönəcəyik,

Yağıları qanına göməcəyik!

Şübhəniz olmasın!

Ruhunuz narahat olmasın!

Düşməndə torpaq qoymarıq...

Hələ bu harasıdır,

Qisasınızı onlarda qoymarıq

Başdaşından boylanan

nər oğullar, əbədiyyət yolçuları...

 

 

Azərbaycan əsgəri

         

Uğurlu yol, Allah sənə yar olsun!

Doğru, dürüst bu dünyada var olsun!

Qazandığın Zəfər adlı bar olsun,

Hey eşidək "ura! ura!" səslərin,

                        Azərbaycan əsgəri!

 

Şuşa, Laçın, Kəlbəcərdə varam de,

Ağdərədə, Xocavənddə varam de,

Külli-Qarabağda hər vaxt varam de,

Möhkəm saxla, möhkəm qoru səngəri,

                        Azərbaycan əsgəri!

 

Çalın-çarpaz dağ çəkili sinələr,

İnanmıram intiqamsız sönələr.

Qarabağın tapdaq altda sənələr,

Qaytar yurda qaçqın, köçkün elləri,

                        Azərbaycan əsgəri!

 

Tax düşmənin sinəsinə süngünü,

Qov yurdumdan o çaqqalı, tülkünü,

Birə ilə doldur onun kürkünü.

Qorxusundan qoy tutulsun dizləri,

                        Azərbaycan əsgəri!

 

İti ağlın, sərt baxışın, şux qəddin,

Düşmənə göz dağıdır, bildir həddin.

Qarabağda düşmən quran hər səddi,

Məzar elə, göm torpağa, leşləri,

                        Azərbaycan əsgəri!

 

Torpağımdan izini sil, qalmasın,

Qarabağı bir də yada salmasın,

Dövlətim içində dövlət olmasın.

Təkrar etmə babam edən səhvləri,

                        Azərbaycan əsgəri!

 

Düşmənində qisasını qoyma sən,

Tök qanını, iç qanını, doyma sən.

Kəm gözləri öz əlinlə oymasan,

Olmayacaq bil ki, sonu dərdlərin,

                        Azərbaycan əsgəri!

 

Yenə gəlib şər toxumun əkəcək,

Yenə gəlib qanımızı tökəcək,

İblis, şeytan "sülh, barışıq" biləcək?

Unutma ha, o bir iblis, sərsəri...

                        Azərbaycan əsgəri!

 

Qusdur ona yediyini torpaqda,

Qisas gözlər çəmən, çiçək, yarpaq da.

Kəs ayağın patavada, sapoqda,

Qarış-qarış azad elə elləri,

                        Azərbaycan əsgəri!

 

Bircə qarış əsir torpaq qalmasın,

Düşmən yurdda bir də binə salmasın,

Kəs nəfəsin, yurdda nəfəs almasın.

Yıx başına o qurduğu səngəri,

                        Azərbaycan əsgəri!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!