Sezai Karakoçun "Qurban Bayramı" şeiri Azər Turanın təqdimatında

 

Poeziyamızın kəsiri, yaxud dünyanın

metafizik dərkinə niyə yönəlmirik?..

Modern poeziyamızın teoloji mövzulara, dünyanın metafizik dərkinə yönəlməməsi, yaxud çox nadir hallarda yönəlməsi belə qutsal günlərdə daha çox diqqəti cəlb edir. Tutaq ki, Qurban bayramında çap etmək üçün şeir axtarırsan, əlinə Məhəmməd Hadinin 1906-cı ildə yazdığı "Təbriki Eydi-Əzha" şeirindən başqa bir şeir gəlmir: "Bəşarət, əyyühəl ixvan, bu gün bir eydi-zişandır.../ Müqəddəsdir, mübarəkdir, böyükdür, ruzi-pürşandır...".

Çağdaş şeirin qutsal günlərimizi sükunətlə qarşılaması, məncə, poeziyamızın çox ciddi kəsiridir. Türk poeziyasında Yahya Kamal Bayatlıdan Nəcib Fazilə, Orhan Vəlidən Cahit Sıtkı Tarançıya, Sezai Karakoçdan Cahit Zarifoğluna qədər hansı səmtə yönəlsəniz orda ya az, ya çox ilahi bir ovqatın əsintilərini, metafizik yanaşma, ruh və maddə aləminin təmasını, dünyanın, insanın metafizik aspektlərdən incələnməsini görəcəksəniz. Məsələn, Sezai Karakoçun "Xızırla qırx saat" kitabında olduğu kimi... Bu şeirdə cazibədar olan bir də odur ki, Sezai Karakoçun poetikası (hətta "Qurban bayramı" şeirinin ilk misralarında da) öncə mənsub olduğu İkinci Yeni poetikasına bağlılığını qoruyub saxlamaqla Cemal Süreyanın dediyi kimi, Mehmet Akiflə Nəcip Fazil Kısakürək poetikasının qarışığı (əslində, polifoniyası) kimi təzahür edir. Şeirin mistik ritmi də öz yerində.

Modern Avropa poeziyasında da dini mətnlərin çağın yaşantıları fonunda yenidən dəyərləndirilməsinə, yenidən yazılmasına tez-tez təsadüf olunur. Bunu şərtləndirən amillərdən biri də dünyanın apokaliptik durumudur. İnsan bəzən özünün ruh halını rahatsız edən suallara, necə deyərlər, elmi-əbdandan (təbiətşünaslıqdan) deyil, elmi-ədyandan (teolojidən) cavab almaq istəyir.

"Ədəbiyyat qəzeti"nin bu sayında əziz günümüzü Sezai Karakoçun "Qurban bayramıdır ən dərin bayram, məncə" və çağdaş serb-xorvat şairi Selimir Raduloviçin "İsmayıl - o qürub bilməyən günəşim..." şeirləri ilə qeyd edirik.

Azər Turan

 

 

 

Sezai

KARAKOÇ

 

Qurban Bayramı

("Xızırla qırx saat" kitabından)

 

şəkərə alışmış əqrəbi öldürməzsən

şəkərdən zəhər yapacaqdır

çocuqların üçün bunu iyi bil

bu öldürdüyüm çocuq üçün bir örnəktir

hər yaz baxçalarda minlərcə əqrəb öldürüləcəkdir

gəziyə çıxan çocuqlar üçün

gün görməmiş mənəkşələr dəriləcəkdir

baharı gecikmiş kəndlər üçün

qurban bayramında ortalıq ışıqlanmadan oyanılır

lampalar yaxılır qoyunlar üstünə bir işıq düşər dağ işığından öncə

qurban bıçaq səsini duyar xoruz səsindən öncə

 

saatlarını çabuk tükət ey ulu gecə

qurban bayramıdır ən dərin bayram məncə

 

bu nə uslu yumşaq yaratıklardır ki

kilometrlərcə

günlərcə

yolu aşarlar sabah kuşluk öglə

ikindi və çöldədirlər akşamları

və sonra yorğun doldururlar çarşıları

və top patlamadan öncə

hər biri başları gün doğusuna dönük

bir evin önündədir

çocuqların önündədir

çocuq əllərindən alırlar son dünya yeşilliyini

bir bəngisu kibi içərlər

son sularını

 

saatlarını çabuk tükət ey qutlu gecə

qurban bayramıdır ən dərin bayram bəncə

 

Quran dinləmiş və ondan boyun əymişlərdir sanki

yaşamın sirrinə bizdən öncə ermişlərdir sanki

kəndilərini bir səs uğruna qurban vermişlərdir sanki

ölmədən öncə ölümdən sonrasını görmüşlərdir sanki

dağlarda yankılanmışlar dərələrdə ağarmışlardır sanki

düşlərində Məkkəyə varmışlardır sanki

 

saatlarını çabuk tükət ayını və yıldızlarını yak ey gecə

 

bizim qəlbimizdə qurbanlar kəsilmədən öncə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!