İkinci Dünya müharibəsində itkin düşənlərə - Şeir - Qulu AĞSƏS

 

Hər yandan

basdı qapısını 41-ci il

Allahverdi kişinin

oğlanlarını oda-alova atdı:

həkim oğlu düşməni iynələdi -

qayıtdı

çoban oğlu otardı -

qayıtdı     

qalaycı oğlu sındırdı -

qayıtdı!

Müəllim oğlundansa

əl boyda məktub gəlmişdi

azad edəndə Kerçi.

Deyilənə görə, o,

indiyəcən düşmənə

hesab dərsi keçir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!