Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..
Şeiri Anar Adilin səsləndirməsində buradan dinləyə bilərsiniz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!