Nizaminamə - Şeir - Fuad CƏFƏRLİ

 

Soyuq torpağın nəfəsini kəsirdi,

bizsə sadəcə seyr edirdik.

Kədərlisi də odur ki,

torpaq bizim sonuncu xatirəmiz idi, Şeyx.

Bunu isə sonralar, çox sonralar biləcəkdik.

 

Mən o, sonralarda həyatla barışdım.

Sən demə, həyatla barışmaq məqamı

məğlubiyyət mənasını sevmirmiş.

Əksinə, onu dərk etmək deməkmiş.

Dərk etdim ki, ovucdan axıb gedən deyil,

ovucda qalandı həyat.

Bəlkə də buna görə hələ də

körpə doğulanda əlində,

ovcunda qalsın söyləyirlər, Şeyx.

Bəlkə də...

 

Nə yaxşı varmış

bu bəyaz yollar, kağız yollar,

bu göy yollar, ərçin yollar.

Bir gün parlar var olar,

bir gün sönər yox olar.

İsmisə birdən çox olar,

qədər yollar, ömür yollar, tale yollar.

Yollar da adamlar kimiymiş, Şeyx,

böyüdüsə, suyu hiss etmir...

 

Beləcə, əsrlərdi əldən düşmüş qoca fırçanı

iki tanış sirr güldürər.

Xatırlar, unudar, xatırlar, unudar.

İnsanlarsa gecələrin kölgəsində o,

gülüşləri geyinib sabaha qanad almaq eşqi ilə

ovcuna qalxar, içinə qalxar.

Və...

Yəni bir şeirlə

eşqindən balığa dönmüş adamlar

nə yeri xatırlayıb onunla barışa bildi,

nə də sonda ümidi unudub

göydən küsə bildi, Şeyx.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!