Haqqın səsi - Poema - Zeynal VƏFA

On illərlə bundan öncə

Fransalı dahi alim

Baron de Bay gör nə demiş:

Planetin arxivləri

Nöqtə-nöqtə aradılmış,

Erməninin yüzə yaxın

Qatı terror təşkilatı

Eçmiədzin kilsəsinin

Əllərilə yaradılmış.

"Daşnaksütyun", "Əl Qaidə",

"Armenikan", Hezb təhrir",

"9 iyun", "Cəza", "Orli"

Və onlarca başqaları...

Eçmiədzin monastrı,

Sanmayın ki, əbədidir.

Çünki dini mərkəz deyil,

O, siyasi ixtişaşlar,

Terrorçular məbədidir.

Amalları sabahları

Görməyəcək kor amaldır.

Onlar adi insan deyil,

Hər birisi ilan, çayan,

Koramaldır.

Təəssüf ki, indiyədək

Nəhəng dünya dövlətləri

O qatillər sürüsünü

Yer üzündən nə pozdular,

Nə sildilər.

Niyə onlar dərk etmədi

Ermənilər,

Yalnız iblis tayfasından

Törəmə bir nəsildilər.

Tanrımızı dana-dana,

Bu ölkədən - o ölkəyə

Uçar olub,

Hətta İsa peyğəmbəri

Dandığından,

Monofizit adında bir

Xəstəliyə düçar olub,

Burunları ovulmuşlar,

Lənətlənib uzaq Qərbdən

Frakiyaya qovulmuşlar

Kütləsidir o namərdlər.

Damarından qan yerinə,

Çirkab axan o tayfaya

Hamının bir iradı var:

Öz ilahi peyğəmbərin

Dananların,

Yalnız, yalnız bir adı var -

Yırtıcılar.

 

***

Məşhur ABŞ alimi

Samuel Yimz isə

"Ermənistan-xristian

ölkənin gizlinləri"

Əsərində yazırdı -

Yaza-yaza hər sətrində

O qatillər nəslinə

Qara qəbir qazırdı.

...O şərəfsiz millətin

Hamısı terrorçudur.

Erkəyi, dişisi də,

Qadını, kişisi də.

Alçağı, ucası da,

Cavanı, qocası da...

Ot deyil, ələf deyil,

İnsan bədənləridir

Onların biçdikləri.

Su yox, insan qanıdır,

Onların içdikləri.

Onların zövq aldığı,

Adi musiqi deyil.

Qılıncla böldürdüyü,

Əzabla öldürdüyü,

Günahsız insanların

Acı fəryadlarıdır.

Bir ərazi göstərin,

Ermənilər orada

Ölüm əkməmiş olsun.

Elə millət göstərin,

Erməni terrorundan

Əzab çəkməmiş olsun.

Onlar Amerikada da,

Fransa, İsveçdə də,

Uzaq Kanadada da,

Türkiyədə, İraqda,

Hətta Rusiyada da

On minlərlə insanı

Qan selində boğublar.

Erməni qadınları

Çünki insan yerinə

Yalnız iblis doğublar,

Yalnız şeytan doğublar.           

 

***

Rus tədqiqatçısı

Veliçko da yazırdı:

Onlar tarix boyunca

Min-min cana vardılar.

Çünki qoyun cildinə

Girmiş canavardılar.

Yer üzündə satqınlıq,

Yaltaqlıq yarışında

Onlar birincidilər.

Bəlkə elə bunun üçün

Özlərinə bənzəyən

Dövlətlərin gözündə,

Onlar "bir incidilər".

 

***

Bir ana da söyləmiş:

Əzrailə ver məni,

Qoy aparsın yer məni,

Təki sahib olmasın,

Torpağıma erməni.

 

***

Bütün tarix boyunca

Erməni qızlarının

Namusu yadın olmuş.

Karl Marks demişkən,

Dünyada ən birinci

Fahişə Anaid adlı,

Erməni qadın olmuş.

 

***

Həqiqəti yazana

Ulu tarix hə demiş.

Görün Con Habçs adlı

Məşhur ABŞ alimi

Nə söyləmiş, nə demiş:

"Ədaləti libastək

Əyninə geyən olsa,

14-cü əsrdən

19-cu əsrədək,

Ermənistan deyilən

O qondarma dövlətin

Bir paytaxtı olduğun,

Bir lideri olduğun

Deyən olsa,

Bir milyon

Dollar verrəm ona mən".

 

***

Hələ bunlar nədir ki,

Ən böyük yalanı da

Doğurlayıblar onlar.

Hətta əlifbaların

Efiopiya xalqından

Oğurlayıblar onlar.

Vallah, vicdanlarının

Azı qandır, çoxu su.

Yalnız türk adlarıdır

Adlarının çoxusu.

Pozsaq soyadlarından

Əgər bir çox yanları,

Yerdə Dəmir qalacaq,

Yerdə Əmir qalacaq.

Bir də Şahnazar, Ambar,

Bir də Bala, Çörəkçi,

Ya da, ya da Bağdasar...

Niyə dərk etməyirlər

Heç zaman ola bilməz

Türk ünvanlı bağda Sar.

Bu dünyada bir nəfər

Qarabağlı erməni

Tapmaq olarmı görən,

Zəngulə ilmələrlə

Bir "Heyratı", bir "Şahnaz"

Bir "Şur" toxuya bilsin.

Mənim Cabbarım kimi,

Seyidim, Xanım kimi

Muğam oxuya bilsin?!

Yurdum kişi məkanı,  

Yurdum kişilik özü.

Bəlkə elə bunun üçün

Bütün dillərdə yalnız

Tək kişi cinsindədir,

"Azərbaycanım" sözü.

***

Neçə illər bundan öncə,

Nyu-Yorkda,

Qriqoryan kilsəsində,

İbadətin qızğın çağı,

Rahib Leon Touryanı

Məhv elədi doğma yağı.

Əvvəl onu oğurladılar,

Sonra isə güllələyib,

Tikə-tikə doğradılar.

Niyə? Çünki o biçarə

Öz xalqına demişdi ki,

Səsinizi qaldırmayın,

Dünya baxıb gülər bizə.

Bir də heç vaxt,

Siz Qarabağ söhbətini

Gətirməyin dilinizə.

O torpağın sahibi var...

Orda xalqım ömr edirsə,

O Azəri millətindən

Bizə olan inayətdir.

"O yer bizim yurdumuzdur"

Deyər olsaq,

Bu ən böyük cinayətdir.

Gərək olsa,

Öz əzəli sahibinə

Qaytarmasaq Qarabağı,

Taleyimiz

Qaranlığa bürünəcək.

Ermənistan,

Azərbaycan qarşısında

Dizin-dizin sürünəcək.

Qoy gəlməsin heç kəs cuşa.

Bizim deyil nə Qarabağ,

Nə Zəngəzur, nə də Şuşa.

Qarabağa Arsax deyən

Dilinizi danlayın siz.

O Azəri kəlamıdır,

Bir dəfəlik anlayın siz.

Frakiyada ara çaydır.

Bizim əsl yurd yerimiz

Fərat çayın ilkin qolu

Qaraçaydır.

Biz o məğrur insanların

Qarşısında durammarıq,

Çünki azıq.     

"Yox, Qarabağ bizimkidir"

Deyər olsaq, edəcəklər,

İçimizi qazıq-qazıq...

Bu haqq sözlər toplumunun,

Güdazına getdi yazıq.

...Kaş terrorçu yurddaşları

Touryanın dediklərin,

Öz vaxtında dərk edəydi.

Ermənilər Qarabağı

Bugünkütək,

Qan selində boğulmadan

Tərk edəydi.

 

***

Mənim də arzum vardı:

Deyirdim, eşit məni,

İlahi, eşit, Ağdam,

Kəlbəcər, Şuşa, Laçın

dərdindən otuz ildir

yatmamışam, oyağam.

Arzuma çatar olsam,

Dincimi almaq üçün

Qarabağa sancılan

Zəfər bayrağım altda,

Mən otuzca dəqiqə

Uzanıb yatar olsam,

Sonra qalxıb yuxudan,

Köhnə Qarabağımı

Təzə bir libas kimi,

Əynimə geyə bilsəm,

Şuşa, sabahın xeyir,

Laçın, sabahın xeyir,

Ağdam, sabahın xeyir

Deyə bilsəm,

Nə gözəl.

Axır ki, gəldim cuşa,

Artıq mənimdir Şuşa.

Doğma yurd yerlərində

Ucalan bayrağa bax.

Artıq bu gündən belə

Bizimkidir Qarabağ!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!