Zəfər nəğməsi - Sayın Cümhur Başqanım - Poema - II bölüm - Abuzər TURAN

Qırx dörd gün davam edən Vətən müharibəsində sevimli Azərbaycanımızın qazandığı misilsiz Zəfər, heç şübhəsiz, şanlı Ordumuzun, onun hər bir zabit və əsgərinin qəhrəmanlığı sayəsində reallığa çevrildi. Şəhidlərimizin məkanı cənnət olsun, qazilərimiz tezliklə tam şəfa tapsın, ulu Tanrım!

Şükrlər olsun ki, bu ölüm-dirim savaşında Müzəffər Ordumuza siyasi və hərbi baxımdan tam mükəmməl, qeyri-adi iradəyə malik, dəmir yumruqlu cəsur sərkərdəmiz - Ali Baş Komandanımız, millətin inandığı lideri, möhtərəm İlham Heydər oğlu Əliyev başçılıq edirdi.

Bütün bunlarla bahəm, danılmaz bir gerçəklik də mövcuddur ki, heç zaman unuda bilmərik, unutmağa mənəvi haqqımız da yoxdur! Bu müharibə fəlsəfi, psixoloji, təcrübi anlamda "Bir millət, iki dövlət" dünyagörüşünü tamam-kamal bütün Turan ellərindəki toplumun zehninə pərçimlədi, şüuruna oturuşdurdu, gündəlik həyatında mənəvi təbəddülat yaratdı.

Vətən müharibəsinin ilk anlarından başlayaraq hərtərəfli qardaş dəstəyini bizdən əsirgəməyən əzəmətli türk xalqı da, onun dövlət başçısı, bərkdən-boşdan çıxıb mətinləşən, dünyanın ağırçəkili siyasətçilərindən sayılan, mərd insan, qorxmaz sərkərdə, Türkiyənin Cümhur Başqanı, çox dəyərli, sayın Rəcəb Tayyib Ərdoğan da bizim tarixi Qələbəmizin qazanılmasında əvəzsiz rol oynadılar. Əminəm ki, bu haqda hələ çox qiymətli əsərlər yazılacaq, araşdırmalar, təhlillər aparılacaq. Mən isə millətimizin taleyüklü Qarabağ düyününün çözülməsində xalqı ilə birlikdə Can Azərbaycanımıza və onun Ali Baş Komandanına arxa durduğuna görə bütün türk millətinə, eləcə də Sayın Cümhur Başqanımıza sonsuz şükranlığımı, sayğılarımı, istəklərimi, sevgilərimi xoş məramla, duyğularımın qaynar çağında qələmə aldığım poetik dillə, qırx ildən artıq yaşayıb-yaratdığım Moskva şəhərindən ərməğan kimi təqdim etməklə təşnə könlümün aram tapacağına ümid bəsləyirəm. Uca Tanrım bütün bəşər övladını qorosun, doğru yola yönləndirsin, cümlə Turan elləri də içində!

Arxasızlıq zillətdi,

Qaranlıq bir zülmətdi,

Deməmək qəbahətdi,

Əzab çəkən millətdi,

Sayın Cümhur Başqanım!

 

Bir qərinə təkləndik,

Doğma yurdda teyləndik,

Yasdan yasa bələndik,              

Asi düşüb söyləndik,

Sayın Cümhur Başqanım!

 

"Qara Yanvar" zamanı,

Görəmmədik hayanı,

Dərdimizi ananı,

Halımıza yananı,

Sayın Cümhur Başqanım!

 

Haylar hücum çəkdilər,

Düz-dünyanı sökdülər,

Neçə qanlar tökdülər,

Bizə torba tikdilər,

Sayın Cümhur Başqanım!

 

Xocalıda soyqırım,

Səs çıxmadı hayqırım,

Güc çatmadı hay qırım,

Vurdu bizi ildırım,

Sayın Cümhur Başqanım!

 

Qarabağ getdi əldən,

Millət qırıldı beldən,

Qeyrət də küsdü eldən,

Köçkün ev yapdı gildən,

Sayın Cümhur Başqanım!

 

Bir milyon yurd-yuvasız,

Evlər qaldı sobasız,

Didərginlər obasız,

Məmurlar da qafasız,

Sayın Cümhur Başqanım!

 

Bir kimsə əl atmadı,

Çürük qoz uzatmadı,

Gecə-gündüz yatmadı,

Xalqım itib-batmadı,

Sayın Cümhur Başqanım!

 

Heydər bəy gəldi rəhbər,

O günə min şükürlər!

Qayda yaratdı Öndər,

Millət oldu səfərbər,

Sayın Cümhur Başqanım!

 

Düşünüb, gör neylədi,

Düşmənləri əylədi,

O, "Atəşkəs" söylədi,

Yurdu xilas eylədi,

Sayın Cümhur Başqanım!

 

Azərbaycan gücləndi,

Türk xalqına güvəndi,

Qardaş görüb sevindi,

Qəddi düzəldi indi,

Sayın Cümhur Başqanım!

 

Naxoş dərman arayar,

Təbib yara sarıyar,

Dara düşən zarıyar,

Qardaş gəlsə yarıyar,

Sayın Cümhur Başqanım!

 

"Bir millət, iki dövlət!"-

Ulu Öndər, min rəhmət!

Əbədi, dərin hikmət!

Bizə, Sizə, vəsiyyət,

Sayın Cümhur Başqanım!

 

Türkiyəm birdən-birə

Yaratdı xoş mənzərə,

Döndü qalxan-sipərə,

Zireh oldu bizlərə,

Sayın Cümhur Başqanım!

 

Qahmar çıxdın birbaşa,

İlham kimi qardaşa!

Gözlər qərq oldu yaşa,

Var ol! Ucal! Yüz yaşa!

Sayın Cümhur Başqanım!

 

"Təmiz torpaq" - Pakistan,

Baş naziri - İmran Xan,

Dəstəyinə can qurban!

Qanı bizlə eyni qan,

Sayın Cümhur Başqanım!

 

Haylar sayca çox azdır,

Di gəl, dünyaya pazdır,

Qafaları nasazdır,

İllacları qapazdır,

Sayın Cümhur Başqanım!

 

Tarixləri ağ yalan,

Xislətdə əqrəb, ilan,

Yaltaq, hiylə, şər salan,

Bellərinə vur palan!

Sayın Cümhur Başqanım!

 

Guya əcdadı Tiqran,

Qurub Böyük Hayastan,

Keçmişə atıb böhtan -

Deyirlər, yoxmuş Turan.

Sayın Cümhur Başqanım!

 

Miflərə qul olub xalq,

Yaşayır ruhu salxaq,

Diasporu qurumsaq,

Sayın Cümhur Başqanım!

 

Başçıları züy tutan,

Şuşada şıllaq atan,

Ayarı sıfır insan,

Rəzil Nikol Paşinyan,

Sayın Cümhur Başqanım!

 

Haylara sahib duran,

Haqq işə hiylə quran,

Sülhə çox ziyan vuran,

Müsyö Makrondu bəzirgan,

Sayın Cümhur Başqanım!

 

Amerika şeş atır,

Hamıya malın satır,

Bəzən da ara qatır,

Sonra imdada çatır,

Sayın Cümhur Başqanım!

 

Cəhənnəm olsun haylar,

Daha dərin mətləb var,

Dünya olub canavar,

Yırtmağa gəzir davar,

Sayın Cümhur Başqanım! 

 

Türkiyəm dada çatdı,

Çox gözəl addım atdı,

Zamanında əl qatdı,

Düşmənin köpü yatdı,

Sayın Cümhur Başqanım!

 

Komandanla min yaşa,

Hulusi Akar Paşa!

Haray saldı dağ-daşa,

Yağılar çəkdi haşa,

Sayın Cümhur Başqanım!

 

Çavuşoğlu bərk durur,

Gedişatı düz qurur,

Şər işlərə pəl vurur,

Millətə verir qürur,

Sayın Cümhur Başqanım!

 

Dövlət bəy qüdrətlidi,

Nitqində şiddətlidi,

Düşmənə hiddətlidi,

Haylar əcəb təntidi,

Sayın Cümhur Başqanım!

 

Atatürk törəməsi -

Böyük Millət Məclisi,

Sənə verdi tüm səsi,

Sevindirdi hər kəsi,

Sayın Cümhur Başqanım!

 

Bay olsun hər bir nazir,

Cümlə əmrə müntəzir,

Vəkillər də tam hazır,

Qardaşlıq himni yazır,

Sayın Cümhur Başqanım!

 

Dolub daşdı səbrimiz,

Hızlı vurdu nəbzimiz,

Zəfər oldu qəbzimiz,

Belə yazdı Rəbbimiz!

Sayın Cümhur Başqanım!

Müzəffər, şanlı Ordu,

Yağıya qan uddurdu,

Alp ərlər möhkəm durdu,

Dəmir yumruq zor vurdu,

Sayın Cümhur Başqanım!

 

Güclü, əzəmətlisən,

Dünyaca şöhrətlisən,

İmanda qüvvətlisən,

Turanda qiymətlisən,

Sayın Cümhur Başqanım!

 

Atatürkdən gələn dərs,

Türkçülükdən edir bəhs!

Turan ərzə salır səs,

Tutduğun yol müqəddəs,

Sayın Cümhur Başqanım!

 

Bayatı deyən Başqan,

Lərzəyə düşdü İran,

Güney bir gövhər məkan,

Burda qırılır Turan...

Sayın Cümhur Başqanım!

 

Ürəyimiz yaradı,

Bəxtimiz qapqaradı,

Azərbaycan paradı,

Bilək vətən haradı,

Sayın Cümhur Başqanım?!

 

Nə xeyri uzun gapın,

Rusiyayla dil tapın,

Birlikdə dağlar çapın,

Gərəkli işlər yapın,

Sayın Cümhur Başqanım!

 

Dəşti-Qıpçaq - çölümüz,

Türk-Slavyandı - elimiz,

Lap kökümüz, dilimiz,

Bir olubdu əslimiz,

Sayın Cümhur Başqanım!

 

Oxşardı adətimiz,

Əhdə sədaqətimiz,

Yurda məhəbbətimiz,

Düşmənə nifrətimiz,

Sayın Cümhur Başqanım!

 

Putinlə siz arkadaş,

Diz-dizə qurun bağdaş,

Anlat ki, canım qardaş,

Türkdü sizə tək yoldaş,

Sayın Cümhur Başqanım!

 

Yazıya pozu yoxdu...

Bərk durun, düşmən çoxdu.

Dostluq nizədi, oxdu,

Namərdi yerə soxdu,

Sayın Cümhur Başqanım!

 

Siyasətin zərgəri,

Bəlağətin pərgarı,

Hərb işinin Sərdarı,

Türkçülük bayraqdarı,

Sayın Cümhur Başqanım!

 

Uca boylu qəhrəman,

Qardaşlıqda mehriban,

Səmimi, gözəl insan,

Rəcəb Tayyib Ərdoğan,

Sayın Cümhur Başqanım!

 

Şəhid olmadıq hədər,

Qalib çıxdıq bu səfər,

Sənə fəda Abuzər,

Ey Sərkərdəm, Müzəffər

Sayın Cümhur Başqanım!

 

Moskva,

05.01.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!