Kəlbəcərdən qovulan erməni
Səni necə çağırım,
Bir azca üzüsulu?
Bəlkə Əhrimən deyim.
Şər allahının qulu?!
Çiynindəki baş deyil,
Naxələf kəlləsidi.
Kəlbəcərin çörəyi
Burnundan gələsidi.
Yox, Allah yaratmayıb,
Sizi - Şeytanın itləri.
Sizə nə eləmişdi
Kəlbəcər məscidləri?!
Adam bir iş görəndə
Düşünər balasını.
Niyə tar-mar etdiniz
Gözəl Lök qalasını?
Xaçpərəst də deyilsən,
Dinin yox, kəs səsini!
Yandırdın Çərəndarda
Həsən Camal kilsəsini.
Yaxşı yadında saxla,
Bu ürək sözlərimi:
Qalaboynu, Uluxan
Kor etdi gözlərini.
Qorxmadınmı onların
Yüksələndə ah zarı.
Qəfil sıcrayıb qalxar
Zarda türk məzarları?!
Kəsdin göy meşələri
Əzdin son körpəsini.
Dağıtdın Tərtərimin
Tağlıdaş körpüsünü.
Gördüyün bu Kəlbəcər
Müqəddəsdi əzəldən.
Onu belə sehrli
Yaradıbdı düzəldən.
Bircə dağın daşından
Min divar hörmək olar.
Camışçı zirvəsindən
Dünyanı görmək olar.
Burda hər daş, hər qaya
Xatırladır ərləri.
Qəbirlərin üstündə
At və qoç heykəlləri.
Baş əymədi yağıya
Ər oğlu, ər Kəlbəcər.
Dağlarının üstü göl,
Altı gövhər Kəlbəcər.
Meşəsində palıddan
Polad kimi qolu var.
Alagöllər, Qara göl,
Gözəl Zalxa gölü var.
Nə görsən həmin saat
Ona quyu qazarsan.
Sənin ürəyin yoxdu
Ayaqüstü məzarsan.
Qoy bu dünya tanısın
Erməninin üzünü.
Yer kürəsi qorusun
O millətdən özünü!
Laçın
Gözün aydın, ay Laçın,
Gözün aydın, Həkəri!
Demə geri dönərmiş
Tarixin də təkəri.
Otuz il əsir qaldın
Erməninin əlində.
Quşların oxumadı
Azərbaycan dilində.
Gedəndə yandırdılar -
Erməni kələyidi.
Yox, yanan evlər deyil,
Düşmənin ürəyidi!
Onlar itilən kimi
Təbiət cilvələndi.
Göy meşələr oyandı
Günəşdən nur ələndi.
Dağkeçisi tullandı
Ən hündür qayalıqdan.
Tülkü çöl xoruzunu
Marıtlayıb bayaqdan.
Yenə də sığışmadı
Yatağına Həkəri.
Min ildi beləcədi
Hayqırtısı, ləngəri!
O alp cəmənliyində
Vələslər qırçın kimi.
Evlərin dağ başına
Qonubdu Lacın kimi.
Külək zümzümə deyir
Rəqs eləyir ağaclar.
Elə bil bir-birinə
Nəsə deyir ağaclar.
Deyəsən, Məhəbbətdi,
Pəsdən, zildən oxuyur.
Ona görə çəmənlər
Belə gözəl qoxuyur.
Qızılboğaz zirvəsi
Bir çələngə bənzəyir.
Sinəsində binələr
Çərpələngə bənzəyir.
Gözün aydın, gözəlim!
Gözəlliyin qayıtdı.
O sıldırım dağların
Düzənliyin qayıtdı.
Ağdamım, ağ şəhərim
Gözlərin aydın olsun,
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!
Hər oğlun bir qəhrəman -
Nə gizlədim, nə danım!
Allahverdi Bağırov -
İgidim, pəhləvanım.
Görəydiniz bu günlər
Ordumuz nəyə qadir!
Faiq, Rövşən, Canbulaq,
Asif, Baxşeyiş, Nadir!
Muxtar, Əlabbas, Fazil,
Ay Hidayət, İxtiyar.
Sizdən sonra nə qədər
Yeni qəhrəmanlar var.
İti, qurdu qovmuşuq
Ağdamın ortasından!
Qisasınız alındı,
Xalq qurtardı yasından!
Qələbəni görmədi
Famil Mehdi qardaşım.
Yəqin, bu gün tərpəndi
Şahmarın da başdaşı.
Əziz Rafiq Əliyev,
Çağır gəlsin Xudunu.
Qoy töksün ekranlara
Ürəyinin odunu.
Otuz ildi bu şəhər
Darda qaldı, ay bala.
Bəs bu Ceyhun Mirzəyev.
Harda qaldı, ay bala.
Nə durmusan, ay Rəmiş,
Gitaranı alsana!
Ramiz kişi, o tarı
Bir ürəkdən çalsana!
Elman da yavaş-yavaş
Dindirər kamançanı.
Belə bir ansambla
Yer üzündə tay hanı?!
Qədir bir qıyya çəksin!
Qoy diksinsin Səxavət.
Arif pəsdən oxusun,
Bir də gözəl Nəzakət.
Qoy kor qoysun düşməni
Mənsumun məlahəti!
Oyansın Məcid kişi,
Güldürsün bu milləti.
Gözlərin aydın olsun.
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!