Tanrı ilə dağların birləşdiyi yerdə...
Oyanır duman baxışlı bir müdrik...
- Nə yaman qırmızı imiş röyalar?..
Günəş, qucaqla məni
Mən masmavi özgürlüklər görmək istəyirəm
aydınlığın kövrək zümzüməsində...
Bir səs ki, ovuclarımda gülümsəyir...
Bir nəfəs ki, dağ çiçəklərinə layla deyir...
Və Tanrı ilə dağların birləşdiyi yerdə...
...hər səhər bir duman baxışlı
müdrik oyanır qollarında istilik...
Qulaqlarında aydınlığın kövrək zümzüməsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!