Hər damla şəhid qanı
Yüz kafirə əvəzdir.
Evə girmiş ilanın
balan başını əzdi.
Qiyamətə qalmadı
Bu vətənin qisası.
Başını uca saxla
daha, şəhid anası!
Qoy kafirlər görməsin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
yanağında yaşını,
Torpaq azad olunur,
bir də əymə başını.
Yağı düşmən olubdu
öz haqqına çatası,
Başını uca saxla
daha, şəhid anası!
Bu müqəddəs torpaqdan
mənfur izlər pozulur,
Torpaqda Vətən sözü
indi qanla yazılır.
Silinməsin əllərdən
gəlinlərin xınası,
Başını uca saxla
daha, şəhid anası!
Hər damla şəhid qanı
bitirəcək bir lalə,
gülüstana dönəcək
torpağımız gör hələ.
Günəşdən nur alacaq
Azərbaycan səması,
Başını uca saxla
daha, şəhid anası!
Bilirəm bala dağı
bir dözülməz dağ olur
Hər yadına düşəndə,
ürəyin dağ-dağ olur.
Ondan ağır dərd də var,
vətən dərdi, bəlası,
Başını uca saxla
daha, şəhid anası!
Ağ buludun gözündən
torpağa nur sığılır,
indi səma aydındır,
qara bulud dağılır.
Yayılacaq dünyaya
Azərbaycan sədası,
Başını uca saxla
daha, şəhid anası!
Bu xalqın sinəsində
yatmış pələng oyandı
Düşmən özü tökdüyü,
naxaq qana bulandı.
Çatdı tanrı dərgahına
milyonların duası,
başını uca saxla,
daha, şəhid anası!
Kəsiləcək bu yurddan
yağıların ayağı!
Kəlbəcərdə, Laçında,
Xankəndində, Şuşada
Ucalacaq Azərbayan
bayrağı!
O gün deyil uzaqda,
Başdan-başa
vətən cənnət olacaq!
Ulu öndər demişkən,
"Azərbaycan dünyaya
Günəş kimi doğacaq!!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!