Nə o - yelkən, nə bu - gəmi - QARDAŞXAN

Qarabağda

qara imanlılar

imanına tula bağlayan qarı imanlılar

yelkən kimi açıb tumanlarını

bağladılar qanun limanlarını...

nə o- yelkən, nə bu-gəmi;

o- kəfəni, bu- tabutu!

Xortladı kündə-kündə kütə gedən bülleten

əcaib qəbir kimi bu gülfəsiz təndirdə.

 

...Canavar dadanıb..,

heey, çoban iti,

Yenə qoyun-quzu basabas salıb.

Çığırmaq istədim, səsim çıxmadı,

Gördüm ki, canavar səsimi alıb.

 

Qaragül dərili papaqdan qoyub,

əcəb şən havalar çaldı aşıqlar.

Bircə quzuları sevən uşaqlar

Manqurt havasına oynamadılar.

31 mart

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!