Sabah ölə bilər duyğular
Çox qəribə hissdir bu -
Səni dünən sevmirdim,
bu gün sevirəm.
Səni sabah da sevməyəcəm...
Gözəl oyundur -
Bir gün sevgi
Bir gün ölmüş hisslər.
Bil, bu gün yenə qəlbimdəsən,
Bu gün göz yaşımın hər giləsində.
Bu gün xatirəmdə,
Bu gün burdasan.
Səni qovmaram, qal yanımda,
Amma bircə günlük qal.
Sabah ölə bilər duyğular,
Gəl, birgə ağlayaq -
İlk dəfə üz-üzə,
göz-gözə baxaraq.
Gəl, birlikdə qaçaq
Hamıdan uzağa,
Cənnət olan diyara.
Xatırladım səni bu axşam da.
Günləri sayıram dayanmadan
Artıq səhv saldım
Başlanğıcda başlayan
tarixə yenidən qayıdaq.
Mən baxmayım gözünə,
Sənsə gülümsəmə saf gülüşlə,
Baxsaq da ancaq nifrətlə.
Gəl, başlamadan son qoyaq hekayəmizə
Yarımçıq romanları sevmədim,
Bilirsən? Səni çox sevmişdim mən…
Gəncə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!