#EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsində bu gün Türkiyədən Yeşim Ağaoğlu öz şeirini oxudu.
Qeyd edək ki, Yeşim Ağaoğlu çağdaş türk şeirinin bilinən isimlərindən, tanınmış şair, fotoqraf və rəssamdır. Əsərləri bir çox dillərə tərcümə edilərək nəşr edilib. Həmiçin Azərbaycanda da kitabı çap olunub. Türkiyə Pen təşkilatının üzvüdür. Mətni Səlim Babullaoğlu tərcümə edib.
Yeşim Ağaoğlunun şeiri və müraciəti
Böyük partlama
Durdum,
toxumu dinləyirəm.
Böyük bir gurulutu ilə partlayacaq
tumurcuqlanmış toxum,
püskürəcək nəyi varsa-
saçılacaq içindən:
sirrlər,
həqiqət,
enerji,
yeni həyat,
keçmişdən qalan nə varsa
və gələcək...
Durdum,
toxumu dinləyirəm,
torpaqdadır qulağım-
şifrələrini
yaxında qıracağam kainatın
İstanbuldan salamlar sevimli azərbaycanlı dostlar! Sabah daha sağlam günlərdə bir yerdə olmaq üçün, lütfən, bu gün evimizdə qalaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!