Korlar gecələr
dolaşar.
Gecələr daha asandır
Meydançalardan keçmək.
Korlar hiss edərək yaşar,
dünyaya əlləri ilə
toxunaraq,
aydınlığı və kölgəni
tanımadan
və daşları hiss edərək:
Daşlardan tikilər
divar.
Divarların dalında kişilər.
Qadınlar.
Uşaqlar.
Pul.
Buna görə
yıxılmazdır daş divarlar.
Yanlarından düz keçmək
daha yaxşıdır.
Musiqisə - onlara ilişib qalır
Daşlar udur musiqini.
Musiqi onlarda ölür.
Gecələr ölmək pis şeydir.
Pisdir ölmək
hiss edərək.
Belə çıxır - korlar üçün
hər şey çox daha sadədir.
Kor adam
meydandan keçir.
(196?)
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!